Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5917/2022 13.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, iddiaçı X1, Cavabdeh iştirakları ilə, iddiaçı X1 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(060)-4494/2021 saylı qətnaməsi ilə cavabdehdən 07 avqust 2008-ci il təvəllüdlü X4, 20 fevral 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğini dəyişərək cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 09 oktyabr 2007-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından iki övladları, 07 avqust 2008-ci il təvəllüdlü X7, 20 fevral 2013-cü il təvəllüdlü X8 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(060)-4494/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqların saxlanılması üçün hər biri üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşaqların dərs, hazırlıq, müalicə müayinə xərclərini təkbaşına qarşılamaq olmur. xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olarsa, alimentin miqdarı dəyişə bilər. Cavabdeh "xxxx" MMC-nin Təmir və Avtomatika Xidməti Bölməsində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində xx.xx.2022-ci il tarixindən çalışır. Onun aylıq əmək haqqı 642 manat təşkil edir. Cavabdeh hər ay iddiaçıya 240 manat vaxtı-vaxtında aliment ödəyir. İddia ərizəsinə əlavə edilən ödəniş qəbzləri təsdiq edir. Bundan əlavə cavabdeh bir ata kimi hər ay ən azı 2 dəfə övladlarına maddi köməklik göstərir. Həmçinin iddiaçı işləyir, pensiya alır və cavabdeh tərəfindən uşaqların saxlanması üçün aliment ödənilir. İddiaçı öz gəlirlərini məhkəmədən gizlədir. Cavabdehin anası və bacısı onun himayəsində yaşayırlar və bütün maddi tələbatlarını cavabdeh ödəyir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, tibb bacısı işləyir və 475 manat məbləğində maaş alır. Cavadehin iş yeri, başqa gəlirləri barədə məlumatı yoxdur. O, yeni nikaha daxil olmamışdır. Cavabdehin ailə üzvlərinin hamısı işləyir. Maddi imkanları yaxşı vəziyyətdədir. Qeyd edilənlərə əsasın iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, yeni nikaha daxil olmamışdır. Maddi imkanı aşağıdır. Özünün bank ödənişləri var. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1980-ci ildə anadan olmuşdur. Cavabdeh isə xx.xx.1974-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1974-cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X8 xx.xx.2013-cü ildə, X7 xx.xx.2008-ci il ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası X2r. 404760 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasındakı nikahın pozulması xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2(060)-4494/2021 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahı pozulması, birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumilikdə 240 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Pərvanə Novruzovanın iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli arayışa əsaəsn xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi cavabdeh tərəfindən heç bir aliment ödənilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. İddiaçı övladları üçün hər ay 400 manat sabit pul məbləğində aliment tələb etsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşaqın mənafeyi nəzərə alınmaqla uşaqın yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4494/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4494/2021 saylı qətnaməsi ilə Cavabdeh iddiaçı X1 xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-5917/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5917/2022
13.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver