Məhkəmə qərarları › İş №2(060)-5941/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5941/2022

31.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5941/2022 31.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı X2, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X8 Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü Abdulcabbarov Ömər Elşən oğlunun, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt şəhər məhkəməsinin 2(060)-4502/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh hər ay onun xeyrinə tutulması qət edilmiş 93.00 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, hər ay hər uşağa görə 193 manat, ümumilikdə 772 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X8 iddia tələbini onunla əsaslandırmışdır ki,Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur və birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü Abdulcabbarov Ömər Elşən oğlu, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X10 adlı 4 (dörd) uşaqları anadan olmuşdur. Cavabdeh ailəsinə və uşaqlarına maddi yardım və qayğı göstərmədiyinə görə ona qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər məhkəməsinin 2(060)-4502/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 93.00 (doxsan üç) manat, ümumilikdə 372.00 (üç yüz yetmiş iki) manat sabit pul məbləğində aliment tutulması qət edilmiş və icraya yönəldilmişdir. Lakin görülmüş icra tədbirlərinə baxmayaraq, cavabdeh icra sənədi üzrə heç bir ödəniş etməmiş və 6.696.00 (altı min altı yüz doxsan altı) manat məbləğində aliment borcu yaranmışdır. Aliment borcunu ödəmədiyinə görə xx.xx.2015-ci il tarixdə barəsində X18 protokol tərtib edilmiş və Sumqayıt şəhər məhkəməsinin 3(060)-229/2015 saylı, xx.xx.2015-ci il tarixli X18 iş üzrə qərarı ilə Elşən AR İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra, Sumqayıt şəhər məhkəməsinin 1(060)- 411/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Daha sonra, Sumqayıt şəhər məhkəməsinin 3(060)-1199/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə başlanmış X18 iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-317/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt şəhər məhkəməsinin 3(060)-1199/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, E.Cabbarov AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda, o, işləmir və heç bir yerdən gəliri, qazancı yoxdur. Maddi vəziyyəti olduqca ağırdır. Uşaqlarının ikisi xəstədir və mütəmadi olaraq müalicəyə ehtiyacları var. Lakin, maddi imkanı olmadığına görə uşaqlarını müalicə etdirə bilmir. Bu cür yaşamaq onlar çün çox dözülməz və olduqca ağırdır. Yalnız sosial müavinətlə yaşamaq və gündəlik tələbatlarını, maddi ehtiyaclarını ödəmək hazırki vəziyyətdə çox çətindir. Kommunal xərcləri ödəyə bilmədiyinə görə yaşadıqları fərdi yaşayış evində elektrik enerjisindən, su və qazdan lazımınca istifadə edə bilmir. 2022-ci ildə Azərbaycan Respublikasmda yaşayış minimumu uşaqlar üçün 193.00 (yüz doxsan üç) manat müəyyən edildiyindən, hesab edir ki, cavabdehlə birgə nikahlarından doğulmuş uşaqları - Fatimənin, Ömərin, Yusifın və Zəhranın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə cavabdehdən tutularaq ona ödənilməsi qət edilmiş 93.00 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 193.00 manat məbləğində müəyyən edilməlidir. Ona görə də aliment miqdarının dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 4 övladı var. Cavabdeh rəsmi işləməsə də, taxtadan müxtəlif əşyalar düzəldən sənətkardır. Əl işlərinin şəklini də məhkəməyə təqdim etmişdir. Onun məhkəməyə təqdim etdiyi digər şəkildəki qadın isə cavabdehin hazırda münasibətdə olduğu insandır. Cavabdeh həmin qadına qızıllar alıb gəzməyə aparır. Onun banka kredit borcları var vəhəmin borcları ödəyə bilmir. Məhkəmənin nəzərinə çatdırır ki, o, krediti uşaqların sağlamlığı və müalicəsi üçün götürmüşdür. Hazırda işləyir və 283 manat məbləğində əmək haqqı alır. İddiaçı qeyd edilənlərə əsasəniddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etdiyini və tələb olunan məbləğdə aliment ödəməyə razı olduğunu bildirdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü Abdulcabbarov Ömər Elşən oğlu, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. (işdə olan AZ-İ 742038 saylı, AZ-İ 951385 saylı, AZ-İİ 381468 saylı doğum haqqında şəhadətnamənin surətlərinə əsasən) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(060)-4502/2013 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə xx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü Abdulcabbarov Ömər Elşən oğlu, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2013-cü ildən başlayaraq Cavabdeh X2 xeyrinə hər ay biri üçün 93 manat olmaqla ümumlikdə 372 (üç yüz yetmiş iki) manat sabit pul məbləğində alimnet tutulması qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-317/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarla Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1199/2022 saylı, 16 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi, Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-411/2015 saylı, 29 dekabr 2015-ci il tarixli hökmündən görünür ki,Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan(xəstəlik tarixindən) çıxarışdan görünür ki, X10 bronxit xəstəsidir. İş materiallarında olan X15 xx.xx.2022-ci il tarixli epikrizindən görünür ki, X7 J45.0 Allergik komponentin üstünlüyü ilə müşayət olan astma(orta ağlr gedişli) diaqnozu qoyulmuşdur. İşdə olan X15 xx.xx.2022-ci il tarixli epikrizindən görünür ki, Abdulcabbarov Ömər Elşən oğluna J 20.8 dəqiqləşdirilmiş infeksion amillərdən törənən bronxit diaqnozu qoyulmuşdur. İşdə olan Sumqayıt şəhər Tibb Mərkəzi, phş, 1 nömrəli Şəhər Xəstəxanası Yoluxucu X12 Epikrizindən görünür ki, X5 dəqiqləşdirilməmiş infeksion mənşəli qastroenterokolit diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan(xəstəlik tarixindən) çıxarışdan görünür ki, Abdulcabbarov Ömər Elşən oğlu bronxit xəstəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan(xəstəlik tarixindən) çıxarışdan görünür ki, X1 bronxit xəstəsidir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2020-ci il tarixli məlumatdan görünür ki, Abdulcabbarov Ömər Elşən oğlu sağlamlıq imkanları məhdud uşaqdır. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2020-ci il tarixədəkdir. Əlillik səbəbi ümumi xəstəlikdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, X8 ikinci dərəcəli əlildir. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2026-cı il tarixədəkdir. Əlillik səbəbi ümumi xəstəlikdir. İşdə olan Sumqayıt şəhər Uşaq Xəstəxanasının xx.xx.2017-ci il tarixli, 140 nömrəli arayışından görünür,X2 uşaqları X10 (xx.xx.2013 - cü il təvəllüdlü) “Bronxial astma, kəskinləşmə dövrü”, X9 (xx.xx.2006 - cı il təvəllüdlü) “Kəskin respirator xəstəlik”, Abdulcabbarov Ömər Elşən oğlu (xx.xx.2017 - ci il təvəllüdlü) “Bronxial astma, kəskinləşmə dövrü” diaqnozu ilə Pediatriya şöbəsində stasionar müalicədədirlər. İşdə olan xx.xx.2022-ci il tarixli BPM**********77 nömrəli tam kart müqaviləsindən görünür ki, ABB ASC tərəfindənX536 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 900 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli 6757sSUMb/2022 nömrəli kredit xətti müqaviləsindən görünür ki, Unibank ASC tərəfindən X5 35 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti açılmışdır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 060)-4502/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi qəbul olunduğu vaxt tərəflərin birgə nikahından olan uşaqları 7, 6, 4 yaşlarında və 9 aylıq olmuşdurlar. Hazırda isə onların 16, 15, 13 və 9 yaşları var. Bu isə uşaqların saxlanılması üçün zəruri olan xərclərin artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə iddiaçının maddi vəziyyətini,cavabdehin razılığını,uşaqların tələbatlarını və xəstəliklərininəzərə alaraq hesab edir ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-4502/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər uşaq üçün hər ay 193 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 372 manatdan 772 manata dəyişdirilməsini xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 4800((772-372) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 68 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmmə dövlət rüsumu ilə bağlı hesab edir ki, alimentin dəyişdirilməsi tələbinə görə X8 dövlət rusumunu ödəməkdən azad edildiyindən, 68 (altmış səkkiz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4502/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü Abdulcabbarov Ömər Elşən oğlunun, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 772 (yeddi yüz yetmiş iki) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 68 (altmış səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar