Məhkəmə qərarları › İş №2(060)-596/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-596/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-596/2022 22.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 (dörd min beş yüz) manat, həmçinin ödənilmiş dövlət rüsumu və xidmət haqqı 65 manat+1 manat, cəmi 66 manat pulun əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.04.2018-ci il tarixli 1(101)-109/2018 saylı hökmü ilə hazırki iş üzrə Cavabdeh qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən pensiyaya çıxmasında iddiaçıya köməklik göstərməsi üçün cavabdehə müraciət etmiş İddiaçı belə bir fəaliyyətlə məşğul olmaq hüququ olmadığı halda özünü vəkil kimi təqdim edərək əlaqələrindən istifadə edib məhkəmə yolu ilə yüksək məbləğli pensiyaya çıxardacağını və hətta 30.000 (otuz min) manat kompensasiya aldıracağına dair yalan vəd verib aldadaraq vahid qəsdlə 28.04.2014-cü il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində “Arzu” şadlıq sarayında yerləşən, icarə əsasında işlətdiyi "xxxx" MMC-nin ofisində 3000 (üç min) manat pulu ələ keçirmiş, bundan sonra vahid qəsdi davam etdirərək yüksək məbləğli pensiya məsələsini həll etmək üçün əlavə pul lazım olduğunu bildirərək 20.06.2014-cü il tarixdə İddiaçı yaşadığı ünvan 1 ünvanında 1500 (min beş yüz) manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş İddiaçı ümumilikdə xeyli miqdarda, yəni 4500 (dörd min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən hökmlə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri lə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmün “Hökm etdi” hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən məhkəmə istintaqı zamanı mülki iddia vermədikləri üçün zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermə hüquqları izah edilsin. Sumqayıt Apellyasiya məhkəməsinin 28.01.2019-cu il tarixli l(105)-2019 saylı Qərarı ilə hökm dəyişdirilərək Cavabdeh cəzası 5 (beş) il 6 (altı) ay müddətinə təyin edilmişdir. Azərbaycan Respublkası Ali Məhkəməsinin 17.06.2021-ci il tarixli Qərarına əsasən yuxarıda qeyd edilən hadisə bas versə də. Azərbavcan Respublikası CPM- nin 39.1.3-cü maddəsinə əsasən cinavət məsulivvətinə cəlbetmə müddətləri kecdivinə görə barəsində olan cinavət isinə həmin hissə üzrə və digər epizodlar üzrə xitam verilmiş, ona təvin edilmiş cəza Qüvvəsində şaxlanmışdır. Bununla bağlı bildirir ki, Cavabdeh 2014-cü ilin aprel və ivun avlarında iddiaçıdan cəmi 4500 manat pul alması cinavət isinin materialları ilə tam sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin müddəasına görə onun cinavət məsulivvətinə cəlbetmə müddətləri keçdiyinə görə barəsində olan cinavət isinə həmin hissə üzrə və digər epizodlar üzrə xitam verilmişdir. Lakin Bakı Ağır Cinavətlər Məhkəməsinin hökmündə göstərildiyi kimi iddiaçının mülki icraat qaydasında müraciət etmək hüququ saxlanmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd olunanları təsdiq etdi. Bildirdi ki, 2014-cü ilin aprel ayında 3000 və 1500 olmaqla cəmi 4500 manat pulu Cavabdeh vermişdir. Pulu ona görə vermişdir ki, cavabdeh ona pensiyaya çıxmasında köməklik göstərməli idi. Cavabdeh ondan pul aldıqdan sonra ona heç bir köməklik etməmiş və onun pulunu ələ keçirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, cavabdeh bir çox şəxslərə qarşı dələduzluq etmişdir. Cavadeh bu hərəkətlərinə görə məsuliyyətə cəlb edilmiş və o da, həmin iş üzrə zərərçəkmiş kimi tanınmışdır. Cavabdehin bu hərəkətləri ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.04.2018-ci il tarixli 1(101)-109/2018 saylı hökmü ilə ona cəza təyin edilmişdir. Həmin iş üzrə zərərçəkmiş olduğu üçün ona hökmdə mülki iddia vermək hüququ olması izah edilmişdir. Hazırda cavabdeh azadlıqdadır. Dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlasada cavabdeh hər dəfə bir bəhanə ilə borcunu ödəməkdən yayınmışdır. Bundan başqa cavabdeh onun sənədlərini cıraraq məhv etmişdir. Buna görə də məcbur qalıb sənədləri arxivdən çıxartdırmışdır. Şəkər xəstəsidir, cavabdehə verilmiş pulunu tələb edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Ərizə ilə məhkəməyə müraciət edərək xəstəliyinin yoluxucu olması ilə əlaqədar məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin ərizədə qeyd etmişdir ki, iddiaçı ilə aralarında müqavilənin bağlanma vaxtından 7 ildən artıq müddət keçmiş və cinayət işi üzrə 2016-cı ildə zərərçəkmiş şəxs qismində tanınmış və iddiaçının Bakı Ağır Cinayətlər Məhkəməsində 3 il müddəti keçirmədən cavabdehə qarşı mülki iddia qaldırmaq hüququ yaranmış, iddiaçı bunu etməmiş, Azərbaycan Respublikası MPM-nin 373.3-cü maddəsinin tələblərini pozaraq cavabdehə qarşı iddia qaldırmışdır. Odur ki, iddia müddəti tətbiq olunmaqla iddianınn rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-109/2018 saylı, 04.04.2018-ci il tarixli hökmündən görünür ki, Cavabdeh təkrarən qulluq mövqeyindən istifadə etməklə, özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən pensiyaya çıxmasında ona köməklik göstərilməsi üçün Cavabdeh müraciət etmiş İddiaçı belə bir fəaliyyətlə məşğul olmaq hüququ olmadığı halda özünü vəkil kimi təqdim edərək, əlaqələrindən istifadə edib məhkəmə yolu ilə yüksək məbləğli pensiyaya çıxardacağını və hətta 30.000 (otuz min) manat kompensasiya aldıracağına dair yalan vəd verib aldadaraq vahid qəsdlə 28.04.2014-cü il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində “Arzu” şadlıq sarayında yerləşən, icarə əsasında işlətdiyi "xxxx" MMC-nin ofisində 3000 (üç min) manat pulu ələ keçirmiş, bundan sonra vahid qəsdi davam etdirərək yüksək məbləğli pensiya məsələsini həll etmək üçün əlavə pul lazım olduğunu bildirərək 20.06.2014-cü il tarixdə İddiaçı yaşadığı ünvan 1 ünvanında 1500 (min beş yüz) manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş İddiaçı ümumilikdə xeyli miqdarda, yəni 4500 (dörd min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə ona 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qərarı ilə Cavabdeh təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş əsas cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Cavabdeh üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhməməsinin 1(105)-20/19 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.04.2018-ci il tarixli hökmü dəyişdirilmiş, Cavabdeh zərərçəkmiş X1 qarşı törədilmiş epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.04.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 4 il 6 ay müddətinə və Sumqayıt Apellyasiya Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli qərarı ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrumetmə əsas cəzaları qismən toplamaqla və həmin cəzaya Bakı ğır Cinayətlər Məhkəməsinin 04.04.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəza tam birləşdirilməklə Baxışova Nüşabə Şahbaz qızına qəti olaraq 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmdən görünür ki, iş üzrə şahid qismində şahid qismində dindirilmiş Məmmədov Elşad Eyvaz oğlu ifadəsində göstərmişdir ki, Nüşabə ona kiməsə SOCAR şirkətində əmək stajı yazdırmaq üçün müraciət etməmiş və həmin işə görə ona 3000 manat pul verməmişdir. Xalidə Rüstəmova adlı qadını tanımamış və Nüşabə bu qadının işindən ötrü ona müraciət etməmişdir. Azərbaycan Respublikası Ali Məkəməsinin Cinayət Kollegiyasının 1(102)-205/2021 saylı, 17.06.2021-ci tarixli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmişdir. Zərərçəkmiş şəxslər X1, X6 və X3 qarşı törədilmiş cinayət əməllərinə dair epizodlar uzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nın 39.1 2 və 39.1.11-ci maddələrinə əsasən xitam verilsin və həmin epizodlar uzrə ittihamlar məhkəmə qərarlarından xaric edilmiş, zərərçəkmiş şəxslər X4, Rüstəmova Xalidə imamverdi qızına, X7, iskəndərov Bəhruz Şahkərəm oğluna, İddiaçı, X2. X9. X8 və X5 qarşı törədilmiş cinayət əməllərinə dair epizodlar üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nın 39.1.3-ci maddəsinə əsasən xitam verilsin və həmin epizodlar üzrə ittihamlar məhkəmə qərarlarından xaric edilmiş, Cavabdeh hazırki cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) ıl müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı ilə təyin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2021-ci il tarixli qərarı ilə 4 (dörd) il 10 (on) aya endirilmiş əsas cəza ilə bırləşdırilməklə Cavabdeh üzərində qəti olaraq 2 (iki) ıl müddətinə dövlət və yerli özünü idarəetmə orqanlaənda maddı-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 4 (dorc) ay müddəimə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.04.2018-ci il tarixli 1(101)-109/2018 saylı hökmünə əsasən hazırki iş üzrə Cavabdeh qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən pensiyaya çıxmasında iddiaçıya köməklik göstərməsi üçün cavabdehə müraciət etmiş İddiaçı belə bir fəaliyyətlə məşğul olmaq hüququ olmadığı halda özünü vəkil kimi təqdim edərək əlaqələrindən istifadə edib məhkəmə yolu ilə yüksək məbləğli pensiyaya çıxardacağını və hətta 30.000 (otuz min) manat kompensasiya aldıracağına dair yalan vəd verib aldadaraq vahid qəsdlə 28.04.2014-cü il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində “Arzu” şadlıq sarayında yerləşən, icarə əsasında işlətdiyi "xxxx" MMC-nin ofisində 3000 (üç min) manat pulu ələ keçirmiş, bundan sonra vahid qəsdi davam etdirərək yüksək məbləğli pensiya məsələsini həll etmək üçün əlavə pul lazım olduğunu bildirərək 20.06.2014-cü il tarixdə İddiaçı yaşadığı ünvan 1 ünvanında 1500 (min beş yüz) manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş İddiaçı ümumilikdə xeyli miqdarda, yəni 4500 (dörd min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneaəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən: “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan vuran və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 4500 manat pulunu ələ keçirməklə, hüquqi əsas olmadan cavabdehin hesabına əmlak əldə edərək əsassız varlanmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə Cavabdeh iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsinə dair ərizəsini araşdıraraq hesab edir ki, cavabdehin istinad etdiyi Mülki Məcəllənin 373-cü maddəsi hazırki halda tətbiq edilə bilməz, belə ki, tərəflər arasında müqavilə münasibətləri mövcud deyildir. İddiaçı ilə cavabdehin hazırki mübahissəsi Mülki Məcəllənin 384.0.4-cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun əvəzinin tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, Cavabdeh 66 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 4500 (dörd min beş yüz) manat, həmçinin ödənilmiş dövlət rüsumu və xidmət haqqı 65 manat+1 manat, cəmi 66 manat pulun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat və ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzi 66 manat, cəmi 4566 manat tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsindən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar