Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-5978/2021 29.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlu, tələbkar – Kreditor borclu – Borclu (ünvanı: ünvan 1 borc, 146 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1627,7 manat məbləğində borcun borcludan məcburi qaydada tutulması barədə məhkəmə əmri verilməsinə dair ərizəsinə baxaraq m üəyyən e t d i m: Tələbkar – Kreditor ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, borclu – Borclu 17.12.2020-ci il tarixli ******* saylı “Alqı-satqı müqaviləsi” üzrə əsas məbləğ 1461,70 manat əsas borc, 146 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Hesab edirəm ki, tələbkarın ərizəsi əsaslıdır və təmin olunmaldır. Belə ki, tələbkar – Borclu 17.12.2020-ci il tarixli ******* saylı “Alqı-satqı Müqaviləsi”nə əsasən modeli Samsung QE50Q67TAUXRU olan və ümumi dəyəri 1689,70 manat təşkil edən televizor ilkin 228 manat ödəməklə geri qalan 1461,70 manat məbləğində pulu 9 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. Televizor işlək vəziyyətdə borcluya təqdim edilmiş, bu barədə tərəflər arasında akt tərtib edilərək imzalanmışdır. Lakin borclu həmin Müqavilə üzrə öhdəliyi icra etməməklə Müqavilənin 6-cı bəndində göstərilən tələbləri pozmuşdur. Hal-hazırda müqavilə üzrə əsas borc 1461,70 manat, əsas məbləğin 10 faizi cərimə 146 manat təşkil edir. “Alqı-satqı Müqaviləsi”nin 11ci bəndinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, borclu müxtəlif bəhanələrlə müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq Kreditornə ciddi ziyan vurmuşdur. Hesab edir ki, Mülki qanunvericiliyin göstərilən müddəaları baxımından kreditor ilə borclu arasında bağlanmış müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaratmış və kreditora vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Tərəflər arasında tərtib olunmuş müqavilənin aşağıdakı şərtlərinə və nəzərdə tutulmuş bəndlərinə əsasən; 1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə uyğun olaraq bu “Müqavilə”yə görə “Satıcı” Müqavilənin 1.1-ci bəndində göstərilən “Malı” “Alıcı”nın mülkiyyətinə verilməyi, “Alıcı” “Malı” qəbul edib əvəzinə “Müqavilə”nin 3.1-ci bəndində qeyd edilən pul məbləğini (qiyməti) “Müqavilə”də göstərilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Göründüyü kimi kreditorun tələbi aşkardır və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün çavabdehdir. Azərbaycan Respublikası Mülki Məçəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə görə də kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məçəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 (üç) gün ərzində, məhkəmə baxışı kecirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 275-276, 278-282-ci maddələrinə əsasən əmr edirəm: Ərizə təmin olunsun. xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş Borclu (ünvanı: ünvan 3 146 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1627,7 manat məbləğində borcun tələbkar Kreditor (ünvan: Bakı şəh., Nəsimi rayonu, Azadlıq prospekti 72/49) xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5978/2021
Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-5978/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver