Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5986/2022 26.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər məhkəməsinin 25 dekabr 2014-cü il tarixli 2(060)-1020/2014 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırması, xx.xx.2013-cü il təvəllüdlü qızı Sunayın, xx.xx.2015-ci il təvəllüdlü qızı Səmanın yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər birinə 193 manat olmaqla iki uşağa görə 386 manat sabit pul məbləğində alimentin təyin olunması, xx.xx.2020-ci il təvəllüdlü oğlu Məzahirin yetkinlik yaşma çatanadək saxlanılması üçün 193 manat sabit məbləğdə alimentin müəyyən olunması, qızı Səmanın müalicəsi ilə bağlı hər ay 100 manat maddi yardımın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2013-cü ildə rəsmi nikahla ailə qurmuş və birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Sunay, xx.xx.2015ci il təvəllüdlü Səma və xx.xx.2020-ci il təvəllüdlü Məzahir adında üç övladı olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 25 dekabr 2014-cü il tarixli qətnaməsi ilə həmin vaxt iki uşağa görə, Sunay və Səmanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa 117 manat olmaqla ümumilikdə 2 uşağa görə 234 manat məbləğində aliment qət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah ləğv olunmuş, lakin bir müddət sonra faktiki olaraq bir yerdə yaşamağa başlamış və xx.xx.2020-ci ildə Məzahir adında bir oğlu da doğulmuşdur, cavabdeh uşağa atalıq vermişdir. Cavabdeh uşaqlara baxmır, aliment ödəmir, o, uşaqların maddi təminatında çətinlik çəkir, işləmir. Buna görə də belə hesab edir ki, cavabdehdən oğlu Məzahirin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment kəsilməli, Sumqayıt şəhər məhkəməsinin 25 dekabr 2014- cü il tarixli qətnaməsi ilə qət edilmiş aliment isə artırılmaqla hər uşağa 193 manat olmaqla iki uşağa görə 386 manat aliment müəyyən olunmalıdır. Bundan başqa bildirir ki, qızı Səma autizm xəstəliyindən əziyyət çəkir, hazırda 7 yaşı olmasına baxmayaraq, yaşıdlarından geri qaldığı üçün məktəbə getmir və onun daima psixoloji və loqopedik müalicələrə, xüsusi kurslara getməyə ehtiyacı vardır ki, bütün bunlar da pul vəsaiti tələb edir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun cavabdehlə birgə nikahdan olan uşaqları xx.xx.2013-cü il təvəllüdlü qızı Sunayın və xx.xx.2015-ci il təvəllüdlü qızı Səmanın yetkinlik yaşlarına satanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2017- ci il tarixli 2(060)- 152/2017 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırılaraq hər uşaq üçün 193 manat olmaqla iki uşağa görə 386 manat sabit pul məbləğində alimentin tutulması və xx.xx.2020ci il təvəllüdlü oğlu X1 isə yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək oxhar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10201/2014 saylı, 25 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən, “İddia qismən təmin edilsin. xx.xx.2013-cü il tarixdə anadan olmuş X9 18 yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 103 (bir yüz üç) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilsin və alimentin tutulmasının əvvəli 03 dekabr 2014-cü il tarixdən hesablansın. 13 (on üç) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin” qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-152/2017 saylı, 23 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, “İddia qismən təmin edilsin. Cavabdeh ilə X7 arasında olan xx.xx.2013-cü ildə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış və 669 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulsun. xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X14 anaları X2 himayəsinə verilsinlər. Cavabdeh hər ay hər uşağa 117 (yüz on yeddi) manat olmaqla, iki uşağa görə ümumilikdə 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində aliment xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 verilsin” qət edilmişdir. xx.xx.2022-ci il tarixli, MŞB/6-4894 saylı X5 İştirak Edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, X5 iştirak etməmişdir. İddiaçı X5 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. AZ-İ seriyalı 387779 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci ildə İddiaçı doğulmuş X6 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə, 57 № ilə qeyd edilmişdir. AZ-İV seriyalı, 451876 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qətnaməsinə əsasən tərəflərin birgə rəsmi nikahdan iki övladının olması, uşaqların ananın yanında qalması və uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlara əsasən tərəflərin faktiki nikah münasibətlərindən X8 adlı övladının olması, Cavabdeh İddiaçı ilə birgə nikah münasibətlərindən olan uşağın atası olması öz təsdiqini tapdı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımışdır və formalaşmış məhkəmə təcrübəsinə görə alimentin minimum məbləği müəyyən edilərkən bir qayda olaraq ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu meyar olaraq qəbul edilir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Beləliklə, məhkəmə mübahislənlirilən məhkəmə aktının qəbul edilməsindən beş il vaxt keçməsini, bu müddətdə uşağın böyüməsini və onun tələbatlarının artmasının real olmasını, ölkə ərazisində islehlak səbətinin miqdarının artmasını, habelə uşağın minimum təminat almaq hüququnu nəzərə alaraq hesab edir ki, alimentin miqdarı həmin məbləğə yaxın ağlabatan məbləğ həddində müəyyən edilməli, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-152/2017 saylı, 23 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment, həmçinin 29 avqust 2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Alimentin dəyişdirilmiş məbləğdə tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. MPM-nin 234.2, 234.2.1-ci maddəsinin tələblərinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X4 münasibətdə qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İş üzrə sənədlərdən görünür ki, iddiaçı tərəfindən 50 manat mediyasıya xərci ödənilmişdir. MPM-nin 119, 112, 113-cü maddəsinin tələblərinə əsasən iş üzrə ödənilmiş mediasiya xərci nəzərə alınmalı, 24 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-152/2017 saylı, 23 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Dəyişdirilmiş məbləğdə alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. 29 avqust 2022-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. xx.xx.2020-ci il təvəllüdlü X4 münasibətdə məhkəmə qətnaməsi dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 24 (iyirmi dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5986/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5986/2022
26.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver