Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6/2025 24.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X11) «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X11) “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onların ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2001-ci ildə mənzilin əsas kirayəçisi X9 ilə el adəti ilə ailə quraraq həmin mənzilə gəlin gəlmişdir. 21 ildir ki, həmin mənzildə yaşayır. Həmin mənzildə yaşayarkən onların faktiki nikahından el adəti ilə qurulmuş ailədə xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 adlı oğulları anadan olmuşdur və o da doğulduğu gündən həmin mənzildə yaşayır. Mübahisəli mənzil ilk əvvəl o 2001-ci ildə gəlin köçərkən dövlət fonduna aid olmuş, sonradan həyat yoldaşının iştirakı ilə özəlləşmişdir. İşin yuxarıda şərh olunan hallarından görünür ki, onların mübahisəli mənzildə istifadə hüquqları var. Hazırda həmin mənzil Cavabdeh satılmış və onun mülkiyyətindədir. Lakin hazırda mülkiyyətçinin dəyişməsi onların mənzildə olan hüquqlarına xitam vermir.O da bir gəlin kimi icarədarın evində yaşayıb, onunla uzun müddət birgə təsərrüfat aparmış, oğlu da icarədarın ailə üzvüdür. Belə olan təqdirdə onların həmin mənzilə olan istifadə hüquqları məhkəmə qaydasında tanınmalıdır.Çünki onların bu mənzildə 20 ildən artıqdır ki, istifadə hüququ var və hazırda mənzilin mülkiyyətçisinin dəyişməsi onların istifadə hüququna xitam verilməsi üçün əsas ola bilməz. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınmasına dair mülki iş üzrə iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 etirazı onla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki iş sizin icraatınızdadır. İddiaçı1 qeyd edir ki, guya o, X17 ilə el adəti ilə ailə quraraq 2001-ci ildən hazırda mübahisə edilən mənzilə gəlin köçərək 21 ildir ki, həmin mənzildə yaşamaqdadır. Aşağıda qeyd edəcəyi sorğulara alınmış cavablardan görünür ki, iddiaçının iddiası tamamilə əsassızdır. Belə ki, ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğusuna cavab olaraq onlara təqdim edilmiş xx.xx.2023-cü il tarixli, № **********453-21-2-30/2-4745/2023 saylı məktubda qeyd edilmişdir ki, Bakı Şəhəri Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi ev 35, 44 saylı mənzil xx.xx.2001-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4-Ə-2/218 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Onlarda olan məlumata görə həmin ev faktiki olaraq Maidənin mərhum həyat yoldaşı Ülfətə və Maidəyə məxsus olmuşdur. Onlar da həmin evi 2005-ci ildə 45000 (qırx beş min) manata özgəninkiləşdirmişlər. Həmin puldan da Maidənin haqqı verilmiş və o da, köçərək anasına məxsus olmuş ünvan 2 ünvanında yaşamışdır. Yetkinlik yaşına çatmayan İddiaçı2 də məhz ana nənəsinə məxsus evdə qeydiyyatda olması dediklərini təsdiqləyir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 95 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən sorğularına cavab olaraq onlara təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 08 №-li məktubunda qeyd edilmişdir ki, Binəqədi rayonu 9cu mkr, M.Cəlal küçəsi ev 35, mənzil 44-ün sahibi 2000-2007-ci il tarixində X12 olub və həmin ünvanda qeyd olunan illərdə qeydiyyatda tək olub. Sorğulara alınmış cavablardan da görünür ki, mərhum X2 mülkiyyətində xx.xx.2001-ci il tarixdən Bakı Şəhəri Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi ev 35, 44 saylı mənzil olmuş və həmin mənzil xx.xx.2005-ci il tarixdə satılmışdır. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 digər işdə verdiyi ifadədən də məlum olur ki, İddiaçı1 məhz bu evə gəlin köçərək orada yaşamağa başlamışdır. Həmin ev satıldıqdan sonra iddiaçı övladı ilə birlikdə anasına məxsus ünvan 2 ünvanında yaşamışlar. ƏMDX DƏDKR PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən sorğularına cavab olaraq onlara təqdim edilmiş 01 fevral 2023-cü il tarixli, 3-21-3-31/2- 331/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1A ünvanında yerləşən 28 saylı mənzil Azərbaycan SSR KTN ünvan 6rilmiş xx.xx.1981-ci il tarixli, 12/217 nömrəli orderin surəti, Azərbaycan respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 182 nömrəli arxiv çıxarışı, Sumqayıt Şəhər İcra Hakimiyyəti MTİİB 12 saylı Mənzil istismar Sahəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 3396 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X2 adına qeydiyyata alınmış və xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı MKS tərəfindən sorğularına cavab olaraq onlara təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 230 №-li Ətraflı arayışda ünvan 4 ünvanında qeydiyyatda olan və qeydiyyatsız yaşayan bütün şəxslər barəsində məlumat qeyd olunmuşdur. Arayışa əsasən 12 Saylı MKS-nin 2010-2016-cı il hesabat kitabına əsasən 2010-2016-cı il tarixlərində göstərilən ünvanda X12, X11, X13, X1 yaşamışlar. Hal-hazırda 12 saylı MKS-nin hesabat kitabına əsasən mənzildə 2019-cu ildən İddiaçı1 və İddiaçı2 qeydiyyatsız tək yaşayırlar. Bundan başqa Sumqayıt Şəhər 12 Saylı MKS-nin mühasibi X7, qonşu 41-ci məhəllə ev 1a, mənzil 14-də yaşayan X10, qonşu-41-ci məhəllə ev 1a, mənzil 22-də yaşayan X4 və qonşu-41-ci məhəllə ev 5, mənzil 26 ünvanında yaşayan X5 iştirakları ilə akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2006-cı il tarixinədək göstərilən ünvanda yaşamamışlar. Qeyd edilən tarixdə həmin ünvanda X12, X11, X13 və X1 yaşamışlar. Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən sorğularına cavab olaraq onlara təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-29-36/2-394/2023 №-li məktubundan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 2010-cu ildə Sumqayıt şəhəri İ.Qayıbov adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuş və xx.xx.2014-cü ildə Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin 5ci sinfinə yerdəyişmə etmişdir. 2020-2021-ci tədris ilində Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 10-cu sinfinə yerdəyişmə etmiş və həmin məktəbdə tam orta təhsilini başa vurmuşdur. Sumqayıt Şəhər 12 Saylı MKS-dən təqdim edilmiş ətraflı arayış və tərtib olunmuş aktdan da görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 2006-cı ilin yayından etibarən mübahisəli mənzildə yaşayırlar. Odur ki, onların həmin mənzilə istifadə hüquqlarının yaranmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mülki Məcəllənin 228.5 və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair 8 oktaybr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 1 sentyabr 2000-ci ildən 1 oktyabr 2009-cu ilədək yaranmış münasibətlərlə bağlı MM-nin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərlə bağlı isə 1 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Dolayısı ilə mərhum Məkurə ilə Maidə arasında mənzildən istifadə hüququna dair hər hansı yazılı müqavilə olmadığından iddiaçının həmin mənzilə istifadə hüququnun yaranması qeyri-mümkündür. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçılar ana baladır. 41 məhəllə ünvanındakı mənzil sənədlə iddiaçının qaynatasına, sonra qaynanasına keçmişdir. İddiaçı o mənzilə gəlin köçmüşdür. Həmin mənzildə oğlu Mehdi dünyaya gəlmişdir. Ərinin razılığı ilə qaynanasının adına özəlləşdirilmişdir. Nikah qeydi olmamış, ancaq yaşamışdırlar. Qaynanası və əri rəhmətə getmişdir. Sonradan Ədalət şəhadətnamə almışdır. Mətinin atasının payı nəzərə alınmamışdır. Əmisi şəhadətnamə ilə çıxarış alıb evi satmış, daha sonra Mətin iddia qaldırmış, iddia qismən təmin olunmuşdur. Alqı-satqının etibarsız sayılması təmin olumamışdır. Ali Məhkəmədə xx.xx.2024-cü il tarixli, 2(102)-2206/2024 saylı qətnamə ilə Mətinin payı tanınmışdır. Pul tələb etməmiş, yanlız 2 vərəsə tələb olunmuşdur. Yalnız yaşamaq hüququnun təmin edilməsi xahiş edilmişdir. Mülkiyyətçi iddiaçıların çıxarılması barədə iddia vermişdir. Ondan sonra onlar xəbər tutmuş və bu iddianı vermişlər. Nəticədə çıxarılma barədə iddia dayandırılmışdır. Mülkiyyətçinin hüququ tanınmışdır. Mülkiyyətçinin dəyişməsi həmin mənzildə istifadə edən şəxslərin hüququnu dəyişmir. xx.xx.2023-də tərtib edilmiş akt qoyulmuşdur. 2001-ci il tarixində gəlin gəlmiş, 2005-ci il tarixdə köçmüşdür. Həmin vaxt mənzil Dövlət fondunda olmuş və 2006-cı il tarixdə özəlləşmişdir. Ona görədə qarşı tərəfin dəlilərinə etiraz edir. Bu münasibətlər Mülki Məcəllə ilə yox Mənzil Məcəlləsi ilə tənzim olunmalıdır. Mənzildə yaşayanların heç bir razılığı tələb olunmamışdır. Yanlız orderdə adı olan və qeydiyyatda olan şəxslərin razılığı tələb olunmuşdur. Atası razılıq vermişdir. Mətin az yaşlı olmuşdur. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaya etiraz edərək izahatında qeyd etdi ki, sorğulara cavab almışdır. Məkurənin adına ev vardır. Mətinin doğulduğu təhsil aldığı yerlərin mənzillə əlaqəsi olmamışdır. Məkurənin oğlu Ülfətə verdiyi ev satılmış, ondan sonra Maidənin anasının evinə köçmüşdürlər. Maidə 2001-ci ildə Binəqədidə ki evə gəlin gəlmişdir. Ev satıldıqdan sonra Maidənin anasının evi gəlmiş, uşaq orda doğulmuş, orda məktəbə getmişdir. Ordenlə ev Məkurənin adına keçəndə mənzildə qeydiyyatda olan və yaşayan şəxslərin razılığı alınmışdır. Maidənin razılığı olmamışdır. Maidə oğlu ilə 2006-ci ildə həmin evə köçmüşdürlər. Mətin mülkiyyət hüququ olaraq evin pulunu əmisindən tələb etməli, odur ki, Maidənin istifadə hüququ olmadığından iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Sumqayıt şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil-Komunal idarəsinin 66 saylı arayışından görünür ki, İddiaçı1 41-ci məhəllə, ev 1a, mənzil 28 ünvanında qeydiyyatsız yaşayır. - Sumqayıt şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil-Komunal idarəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, həqiqətən İddiaçı1 2005-ci ildən 41-ci məhəllə ev 1a mənzil 28 də övladı İddiaçı2 ilə qeydiyyatsız yaşayır. - 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Nümayəndə1 və Partnyorları” vəkil bürosuna göndərilən xx.xx.2023-cü il tarixli sorğuya cavabdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mır Cəlal küçəsi, ev 35, 44 saylı mənzil xx.xx.2001-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4-8-2/218 reyestr nömrəli daşınmaz əmlakın alqı- satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. - 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Nümayəndə1 və Partnyorları” vəkil bürosuna göndərilən xx.xx.2023-cü il tarixli sorğuya cavabdan görünür ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1A ünvanda yerləşən 28 saylı mənzil Azərbaycan SSR KTN ünvan 6rilmiş xx.xx.1981-ci il tarixli, 12/217 nömrəli orderin surəti, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 182 nömrəli arxiv çıxarışı. Sumqayıt Şəhər İcra Hakimiyyəti MTİİB 12 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 3396 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X2 adına qeydiyyata alınmış və xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. - Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil- Kommunal Təsərrüfat birliyi 95 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən “Nümayəndə1 və Partnyorları” vəkil bürosuna göndərilən xx.xx.2023-cü il tarixli sorğuya cavabdan görünür ki, 95 saylı MKİS-nin xidməti ərazisində, yəni Binəqədi rayonu 9A mkr M.Cəlal küçəsi ev 35, 44 saylı mənzilin sahibi 2000-2007-ci il tarixlərində X14 olub və həmin ünvanda qeyd olunan illərdə qeydiyyatda tək olmuşdur. - Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən “Nümayəndə1 və Partnyorları” vəkil bürosuna göndərilən xx.xx.2023-cü il tarixli sorğuya cavabdan görünür ki, xx.xx.2003-cü təvəllüdlü İddiaçı2 2010-cu ildə Sumqayıt şəhəri 1.Qayıbov adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuş və xx.xx.2014-cü ildə Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin 5-ci sinfinə yerdəyişmə etmişdir. 2020-2021ci tədris ilində Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 10-cu sinfinə yerdəyişmə etmiş və həmin məktəbdə tam orta təhsilini başa vurmuşdur. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2206/2024 saylı qərarından (sədrlik edən Elşanə Vəliyeva) görünür ki, İddiaçı2 cavabdehlər X11, Cavabdeh, Bakı şəhəri 1 saylı Notariat Ofisi, Sumqayıt "ASAN Xidmət" Mərkəzində Notariat Ofisi və "Bank Avrasiya” Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1635/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-1510/2025 saylı qərarından (sədrlik edən Vüqar Həsənov) görünür ki, İddiaçı2 cavabdehlər X8 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, alqı-satqı və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2(105)- 923/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin 31 iyul 2025-ci il tarixli müraciətə cavabdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1635/2024 nömrəli mülki iş üzrə 25 dekabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı2 cavabdehlər X8 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və alqı-satqı və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)- 1510/2025 nömrəli qərarı ilə kassasiya şikayət təmin olunmamışdır. - 25.12.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı ödənilmişdir. İnsan Hüquqlarının və X16 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il qeyd olunur ki, hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər(Mənzil Məcəlləsinin 30.3-cü və 30.4cü maddələri). Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 4.8-ci bəndinə əsasən birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür. Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıb alınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər. - Məhkəmə hesab edir ki, mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.İşin araşdırılan hallarına əsasən preyudisal qaydada hazırki mülki iş üzrə birbaşa bağlılığı olan iş materiallarında olan məhkəmə aktlarına əsasən (İddiaçı2 cavabdehlər X11, Cavabdeh, Bakı şəhəri 1 saylı Notariat Ofisi, Sumqayıt "ASAN Xidmət" Mərkəzində Notariat Ofisi və "Bank Avrasiya” Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1635/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-1510/2025 saylı qərarından İddiaçı2 cavabdehlər X8 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, alqı-satqı və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2(105)-923/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır) İddiaçı2 hüquqi əsas olaraq istinad edib vərəsə tanınması, iddiaçıların istifadə hüququların yaranması üçün əsas olmamaqla, hazırki potensial mülkiyyətçinin hüquqlarına maneə yaratmasına əsas olmamaqla, cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırılması üçün tələb olunan hüquqi əsaslar mövcud olmaması qənaətinə gəlməsinə məhkəməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?. Digər tərəfdən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X6rşı" qərarının 139- cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz…Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. «X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006- cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mulkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Eyni zamanda, «H.Cəfərovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mubahisəli əşya uzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mulkiyyətci ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli suruldukdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in: 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X11) «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6/2025
24.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver