Məhkəmə qərarları › İş №2(060)-6014/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6014/2022

23.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6014/2022 23.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, Corat qəsəbəsi, 165 b saylı evin sahibidir. Fərdi yaşayış evi 0.06 hektar təşkil edir. Həmin ev xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestirində 10 nömrəli kitabın 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. 05 iyul 2022-ci il tarixində otaqların birində olan LG markalı kondisioner evi soyutmadığı üçün bir tanış vasitəsi ilə usta çağırmışlar. Usta və köməkçisi gələn zaman evdə atası olmuş, o isə beli ağrıdığı üçün ustalara nəzarət edə bilmədiyindən 1 saat sonra onlar kondisionerdə olan problemin aradan qaldırıldığını deyib atasından 50 manat məbləğində pul alıb getmişlər. Özü evə döndüyü zaman kondisionerin işləmədiyini görmüşdür. Ustalara zəng edib məsələni bildirdikdə onlar sabah gəlib baxarıq demişdirlər. Lakin sabah onlara zəng edəndə telefonu açmamış və bu vəziyyət uzun müddət davam etmişdir. O, başqa usta çağırmış, həmin usta kondisionerin motorunun işləmədiyini, kondisionerin öz original motorunun başqa motorla dəyişdirildiyini, təmir üçün blokun bütünlüklə dəyişdirilməli olduğunu bildirmişdir. Bu isə usta pulu ilə birgə 200 manat təşkil etmişdir. O, Vətən müharibəsi veteranı, iştirakçısıdır. Qeyd olunanlara əsasən məhkəmədən 200 manat məbləğində kondisonerin blokunun dəyəri və cavabdehə verilmiş 50 manat pulun, cəmi 250 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddia tələbini müdafə edir. Belə ki, cavabdeh onu aldadaraq kondisionerini düzəltmədən pul almış, həmçinin kondisionerin blokunu yararsız hala salmışdır. İkinci dəfə qonşularının qohumu olan usta ilə danışılmış, o isə təmirin çox xərc tələb edəcəyini bildirmişdir. Özü beli ağrıdığı üçün kondisionerin işləyib-işləməməsini yoxlamamışdır. Ona görə də məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, yay aylarında kondisionerləri işləmədiyindən usta çağırmışlar. Özü işdə, yoldaşı isə xəstə olmuşdur. Usta evə gəlib kondisonerə baxmış, düzəltdiyini demiş və 50 manat pul almışdır. Daha sonra kondisionerin işləmədiyi məlum olmuş, cavabdeh gəlib düzəldəcəyini desə də, onunla əlaqə saxlamaq mümkün olmamışdır. Polisə müraciət etdikdən sonra cavabdeh yenə gəlmiş, axşama qədər gəlib düzəldəcəyini bildisə də, gəlməmişdir. Daha sonra başqa usta kondisionerin xərcinin çox olacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əmikişiyev Azər Rafik oğlu ifadəsində bildirdi ki, birinci dəfə idi ki, kondisionerləri üçün usta çağırmışlar. O, gəlib kondisionerə baxmış, düzəltdiyini bildirmişdir. Atası ağrıdığı üçün kondisionerin işləyibişləməməsi yoxlanmamış, atasının verdiyi 50 manat məbləğində pulu Elnura vermişdir. Problemin həll olunmadığını gördükdən sonra əlaqə saxlanılsa da, cavabdeh gəlməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Nümayəndə, X1, İddiaçı və Əmikişiyev Azər Rafik oğlu ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən 518 inventar nömrəli fərdi yaşayış evi İddiaçı məxsusdur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 20 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardadan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbinin hüquqi əsası kimi pulu Cavabdeh tələb edərkən iddia tələbinin əsasını sübut edə bilməmiş, zərərin məbləğini və həcmini təsdiq edən heç bir mötəbər sübut məhkəmə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür, 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (MM 1091.1. 1091.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı 200 manat məbləğində kondisonerin blokunun dəyəri və cavabdehə verilmiş 50 manat pulun, cəmi 250 manat məbləğində pulun Cavabdeh alınması tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmənin qənaətinə görə iddiaçının məhkəmə iclasında verdiyi izahatlar həqiqəti əks etdirməyərək, şahid izahatları, həmçinin Polis İdarəsinə müraciət etməsinə əsasən araşdırma aparılmış, lakin həmin şəxslərin şəxsiyyəti müəyyən edilməmiş, təkzib olunmayan sübutlarla təsdiq olunmamışdır. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar