Məhkəmə qərarları › İş №2(060)-6025/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6025/2022

18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6025/2022 18.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinə məxsus ev siqnal ötürücüsünün dəyəri, yəni 108,32 manat pulun alınaraq (M/H: AZ41NABZ**********000003944, VÖEN **********, Kod, 210005, SWİFT: CTREAZ22, H/H:AZ66CTRE**********002107131, VÖEN: **********, Büdcə səviyyəsinin kodu:1, Büdcə təsnifat kodu: 142330, 30 saylı) hesaba köçürülməsinə dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-325/2019 saylı, 19 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 66.5-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, Sumqayıt şəhərinin, hüdudlarından kənara çıxmamaq vəzifəsi qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2019-cu il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. xx.xx.2019-cu il tarixdə nəzarət subyekti Cavabdeh yaşadığı ünvanda elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd elektron qolbağ üçün enerji bankı, üç ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitənin zədələndikdə və ya digər pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədələndikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh, xx.xx.2021-ci il tarixdə cəzasını tam şəkildə çəkib qurtarmış və üzərində olan nəzarət vasitəsi götürülmüşdür. Bundan sonra Elektron nəzarət vasitəsinə texniki baxış keçirilmiş bununla əlaqədar, texniki rəy verilmişdir. Müəyyən olunmuşdur ki, nəzarət subyekti ev siqnal ötrücüsünü yararsız hala salınmışdır. Cavabdeh məsuliyyətli olduğu ev siqnal ötrücüsünü yararsız hala salmaqla maddi ziyan vurmuşdur. Avadanlığın dəyəri 108,32 manat təşkil edir. Məhkəmədə iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mülki iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-325/2019 saylı, 19 noyabr 2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci maddəsi ilə təqsirli bilinərək 66.5-ci maddəsinə əsasən 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Elektron nəzarət dəstinin vəziyyəti haqqında Texniki Rəydən görünür ki, xx.xx.2020ci il tarixdə keçirilmiş texniki baxış nəticəsində nəzarət subyekti Cavabdeh təhkim olunmuş ev siqnal ötürücüsünün əridildiyi müəyyən olunmuşdur. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsi tərəfindən Probasiya Xidmətinə ünvanlanmış arayışdan görünür ki, elektron nəzarət vasitəsi kimi tətbiq edilmiş ev siqnal ötürücüsünün dəyəri 108,32 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2.-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, cavabdehin hüquqazidd əməl törətməsi toplanmış sübutlarla öz təsdiqini tapır, odur ki, cavabdeh vurduğu zərər həddində mülki cavabdehlik və maddi məsuliyyət daşıyır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 108,32 manat tutulmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən 30 manat dövlət rüsumunu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 108,32 (bir yüz səkkiz manat otuz iki qəpik) manat tutularaq - M/H: AZ41NABZ**********000003944, VÖEN **********, Kod, 210005, SWİFT: CTREAZ22, H/H:AZ66CTRE**********002107131, VÖEN: **********, Büdcə səviyyəsinin kodu:1, Büdcə təsnifat kodu: 142330, 30 saylı hesaba köçürülsün. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar