Məhkəmə qərarları › İş №2(060)-603/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-603/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-603/2022 13.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.02.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********37285 olan Xiaomi Mi A2 markalı telefon və Power Bank Mİ üçün 126 (yüz iyirmi altı) manat manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu, 11.12.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********76364 olan Samsung Galaxy J6 markalı telefon üçün 362 (üç yüz altmış iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu, 04.08.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********22978 olan Xiaomi Redmi S2 markalı telefon üçün 198 (yüz doxsan səkkiz manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu, 23.02.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********72978 olan Xiaomi Mi A2 markalı telefon üçün 782 (yeddi yüz səksən iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu, 03.12.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********38300 olan Samsung Galaxy A7 markalı telefon üçün 1134 (min yüz otuz dörd) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu olmaqla, ümumilikdə 2602 manat borc və 46.02 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 19.02.2019, 11.12.2018, 04.08.2018, 23.02.2019 və 03.12.2018-ci il tarixli müqavilələrə əsasən İMEİ Kodları **********37285 və **********72978 olan 2 ədəd Xiaomi Mi A2, **********76364 olan Samsung Galaxy J6, **********22978 olan Xiaomi Redmi S2, **********38300 olan Samsung Galaxy A7 markalı telefonlar və Power Bank Mİ almış və nəticədə 2602 (iki min altı yüz iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.02.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 900 (doqquz yüz) manat (18 ay x 50 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********37285 olan Xiaomi Mi A2 markalı telefon və Power Bank Mİ üçün ümumilikdə 126 (yüz iyirmi altı) manat olmaqla ondan 126 (yüz iyirmi altı) manat manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə borcu yaranmışdır. 11.12.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 594 (beş yüz doxsan dörd) manat (12 ay x 44 manat +66 manat ilkin ödəniş) İMEİ Kodu **********76364 olan Samsung Galaxy J6 markalı telefon üçün ümumilikdə 362 (üç yüz altmış iki) manat olmaqla ondan 362 (üç yüz altmış iki) manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə borcu yaranmışdır. 04.08.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 564 (beş yüz altmış dörd) manat (12 ay x 47 manat +0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********22978 olan Xiaomi Redmi S2 markalı telefon üçün ümumilikdə 198 (yüz doxsan səkkiz) manat olmaqla ondan 198 (yüz doxsan səkkiz manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə borcu yaranmışdır. 23.02.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 828 (səkkiz yüz iyirmi səkkiz) manat (18 ay x 46 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodı **********72978 olan Xiaomi Mi A2 markalı telefon üçün ümumilikdə 782 (yeddi yüz səksən iki) manat olmaqla ondan 782 (yeddi yüz səksən iki) manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə borcu yaranmışdır. 03.12.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1345 (min üç yüz qırx beş) manat (24 ay x 54 manat + 49 manat ilkin ödəniş) olan İMEİ Kodı **********38300 olan Samsung Galaxy A7 markalı telefon üçün ümumilikdə 1134 (min yüz otuz dörd) manat olmaqla ondan 1134 (min yüz otuz dörd) manat ödənilməmiş hissə, cavabdehə güzəşt edilərək 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdeh 19.02.2019-cu il tarixli müqaviləyə əsasən 23.02.2019-cu il tarixində Xiaomi Mi A2 markalı telefondan imtina etmiş və məhsul 770 manal qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 19.02.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 770 manat, ümumilikdə, 770 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 859 manat təşkil edir. Cavabdehin 04.08.2018-ci il müqaviləsi üzrə sonuncu ödəniş tarixi 09.04.2019-cu ildir. Cavabdehin cəmi ödədiyi məbləğ 1441 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinadən mübahisəyə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin qanunla nəzərdə tutulmuş müddətdə iddia ilə bağlı etiraz daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan alqı-satqı müqavilələrindən görünür ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 19.02.2019, 11.12.2018, 04.08.2018, 23.02.2019 və 03.12.2018-ci il tarixli müqavilələrə əsasən İMEİ Kodları **********37285 və **********72978 olan 2 ədəd Xiaomi Mi A2, **********76364 olan Samsung Galaxy J6, **********22978 olan Xiaomi Redmi S2, **********38300 olan Samsung Galaxy A7 markalı telefonlar və Power Bank Mİ almış və nəticədə 2602 manat borc yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə, İMEİ Kodları **********37285 və **********72978 olan 2 ədəd Xiaomi Mi A2, **********76364 olan Samsung Galaxy J6, **********22978 olan Xiaomi Redmi S2, **********38300 olan Samsung Galaxy A7 markalı telefonlar və Power Bank Mİ üçün 2602 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh hər ay ödəniş cədvəlinə uyğun olaraq pul ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 46.02 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İMEİ Kodu **********37285 olan Xiaomi Mi A2 markalı telefon və Power Bank Mİ üçün 126 manat manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu, 11.12.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********76364 olan Samsung Galaxy J6 markalı telefon üçün 362 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu, 04.08.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********22978 olan Xiaomi Redmi S2 markalı telefon üçün 198 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu, 23.02.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********72978 olan Xiaomi Mi A2 markalı telefon üçün 782 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu, 03.12.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********38300 olan Samsung Galaxy A7 markalı telefon üçün 1134 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu olmaqla, ümumilikdə 2602 manat borc və 46.02 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2648.02 manat iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İMEİ Kodu **********37285 olan Xiaomi Mi A2 markalı telefon və Power Bank Mİ üçün 126 manat, 11.12.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********76364 olan Samsung Galaxy J6 markalı telefon üçün 362 manat, 04.08.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********22978 olan Xiaomi Redmi S2 markalı telefon üçün 198 manat, 23.02.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********72978 olan Xiaomi Mi A2 markalı telefon üçün 782 manat, 03.12.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********38300 olan Samsung Galaxy A7 markalı telefon üçün 1134 manat cəmi 2602 manat borc və 46.02 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2648.02 manat iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar