Məhkəmə qərarları › İş №2(060)-605/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-605/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-605/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 oktyabr 2014-cü il tarixli qəbz üzrə ödənilməmiş 3000 (üç min) manat borcun və məhkəməyə müraciət üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, onunla Cavabdeh arasında bağlanmış 12 oktyabr 2014-cü il tarixli qəbzə əsasən cavabdeh barəsində Sumqayıt Apellyasiya Məhkəməsində olan cinayət işi üzrə zərərçəkmiş şəxsə, yəni ona cinayət əməli nəticəsində vurulmuş 7000 (yeddi min) manat məbləğində puldan 4000 (dörd min) manat məbəğində pulu 12.10.2014-cü il tarixdə ödəmiş, qalan 3000 (üç min) manat məbləğində pulu isə 2015-ci il yanvar ayının sonunadək ödəməyi öhdəsinə götürmüşdür. O, isə cavabdehin 12 oktyabr 2014-cü il tarixli qəbzi üzrə öhdəlik götürdüyünü əsas götürərərək məhkəmədə ona dəymiş 7000 (yeddi min) manat məbləğində maddi ziyanın tam olaraq ödənildiyi barədə ərizə yazmışdır. Cavabdeh 12 oktyabr 2014-cü il tarixli qəbzə əsasən öhdəlik götürdüyü və ödənilməli olduğu 3000 (üç min) manat məbləğində pul bu günədək ödəməmişdir. Həmçinin cavabdeh pulu bu günədək qaytarmaqdan imtina edir. Dəfələrlə cavabdehə bu barədə xəbərdarlıq etsə də, cavabdeh müxtəlif bəhanələrlə ona borclu olduğu 3000 (üç min) manat borcu qaytarmaqdan yayınır. Buna görə, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 12 oktyabr 2014-cü il tarixli qəbz üzrə ödənilməmiş 3000 (üç min) manat borcun və məhkəməyə müraciət üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, İddiaçı iddia tələbini əsaslı və qanuni hesab etmir. Belə ki, o, İddiaçı olan 7000 (yeddi min) manat borcunu tam şəkildə ödəmişdir. Onun həmin borcun tam ödənilməsi, iddiaçının ondan heç bir şikayəti və tələbi olmaması haqda sübut olaraq notarius tərəfindən təsdiqlənmiş ərizəsi var. Ona görə də, İddiaçı 3000 manat borc olması haqda məhkəməyə təqdim etdiyi ərizəsi iddianın təmin edilməsi üçün sübut kimi qəbul edilə bilməz və iddianın hüquqi əsası olmadığı üçün rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq, İddiaçı ona qarşı “borc tələbinə” dair iddia tələbi əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 12.10.2014-cü il tarixli qəbzdən görünür ki, o, Cavabdeh hazırda barəsində Sumqayıt Apelyasiya Məhkəməsində olan cinayət işi üzrə zərərçəkmiş İddiaçı cinayət əməli nəticəsində vurulmuş 7000 (yeddi min) manat puldan 4000 (dörd min) manatını bu gün, yəni 12.10.2014-cü il tarixdə qaytarır, həmin məbləğdən qalan 3000 (üç min) manat pulu 2015-ci il yanvar aynının sonuna kimi qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı məhkəməyə ziyanın tam məbləğdə ödənilməsi barədə ərizəsi ona köməklik məqsədi daşıyır və həmin puldan 3000 (üç min) manat ödənilməmişdir. İş materiallarında olan İddiaçı notarial qaydada təsdiq olunmuş 12.10.2014-cü il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh cinayət əməli nəticəsində ona vurduğu 7000 (yeddi min) manat ziyan tam məbləğdə ödənilmişdir. Ona görə də, ondan hər hansı bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 14.10.2014-cü il tarixli qərarının surətindən görünür ki, Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında təqdim edilmiş, notarial qaydada təsdiq olunmuş zərərçəkmiş şəxs İddiaçı 12 oktyabr 2014-cü il tarixli ərizəsində Cavabdeh törətdiyi cinayət əməli nəticəsində ona vurulmuş 7000 manat ziyan tam məbləğdə ödənilmiş, onun məhkum Cavabdeh heç bir şikayəti və tələbinin olmadığını göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 28.08.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6-da qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 3, mənzil 34-də qeydiyyatdadır. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı notarial qaydada təsdiq olunmuş 12.10.2014-cü il tarixli ərizəsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin 14.10.2014-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh cinayət əməli nəticəsində ona vurduğu 7000 (yeddi min) manat ziyan tam məbləğdə ödənilmiş və ona görə də, ondan hər hansı bir şikayəti və tələbinin olmadığı göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı Cavabdeh qarşı “Cavabdeh 12 oktyabr 2014-cü il tarixli qəbz üzrə ödənilməmiş 3000 (üç min) manat borcun və məhkəməyə müraciət üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi” barədə iddia tələbi edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar