Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-606/2025 05.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin ləğv edilməsi və Cavabdeh ona borclu olduğu 7000 manat borcun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 90,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsilə əlavə ilə məhkəməyə müraciət edərək, məhkəmədən onunla Cavabdeh arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin ləğv edilməsi və Cavabdeh ona borclu olduğu 7000 manat borcun, hüquqi xidmət üçün ödənilmiş 300 manat və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 90,40 manat dövlət rüsumunun, ümumillikdə 7390,40 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixində 7000 manat məbləğində Sumqayıt şəhər 4 saylı notariat ofisində borc vermişdir. Borc müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh həmin borcu xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixədək 24 ay müddətində ilk 23 ay 300 manat 00 qəpik, sonuncu ay 100 manat 00 qəpik olmaqla ona qaytarmalı idi. Lakin cavabdeh öhdəliyini icra etmədiyinə görə pretenziya məktubu ilə cavabdehə müraciət edərək, pretenziya məktubunu aldığı tarixdən 3 gün müddətində borcun qaytarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsinə əlavə olunmuş xəbərnamədən də görünür ki, cavabdeh pretenziya məktubunu xx.xx.2024cü il tarixində almasına baxmayaraq bugünə kimi öhdəliyini icra etməmişdir. Ona görə də ona borclu olduğu 7000 manat pulun geri alınması ilə bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı Cavabdeh tərəfindən verilmiş etiraza qarşı İddiaçı tərəfindən verilmiş rəy və mülahizədən görünür ki, Cavabdeh onun pul tələbinə qarşı iddia ərizəsinə qarşı etiraz verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazda göstərmişdir ki, Sumqayıt şəhəri, Maralgöl-1, 13B/2 ünvanında yerləşən fərdi yaşayış evini 34.000 manata satacağı barədə onlar cavabdehlə razılığa gəlmişlər. Həmin razılığa əsasən, fərdi yaşayış evi təmirsiz vəziyyətdə olduğu üçün evin dəyər qiymətini aldıqdan sonra o, 10 gün ərzində həmin evi təmir etdirməyi, işıq, su və qaz xəttlərini çəkdirməyi və evi tam hazır vəziyyətdə cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən cavabdeh ona 27.000 manat məbləğində pul vermiş, qalan 7.000 manat borcunu isə o, evi təmir etdirdikdən sonra hər ay 300.00 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra fərdi yaşayış evinə işıq xətti çəkdirəcəyini bildirərək cavabdehdən 330.00 manat məbləğində pul almış, lakin evin təmir işləri barədə verdiyi sözə əməl etməmiş və cavabdeh özü 5.000 manatdan artıq xərc çəkərək həmin işləri tamamlamışdır. Etirazda göstərilənlər real həqiqətə uyğun deyildir. Belə ki, cavabdehlə aralarında heç vaxt belə bir razılaşma olmamış və o, heç bir öhdəlik götürməmişdir. Evi tam təmirli vəziyyətdə və qaz xəttindən başqa bütün kommunal xəttlər çəkilməklə ona təhvil vermişdir. Onların evin alqısatqısı ilə söhbətləri qurtarandan bir müddət sonra Cavabdeh ona müraciət edərək, ona borca pul lazım olduğunu bildirmiş və kömək etməyini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər 4 saylı Notariat ofisində borc müqaviləsi bağlamaqla o, cavabdehə 7.000 manat məbləğində borca pul vermişdir. Həmin borc müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdən – xx.xx.2026-cı il tarixədək 24 ay müddətində ilk 23 ay 300.00 manat və sonuncu ay 100.00 manat olmaqla ona qaytarmalı idi. Lakin, öhdəliyini yerinə yetirmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmirlər. Ona görə ki, iddiaçıdan pul götürməmişdir. Təsdiq edir ki, iddiaçıya 7000 manat pul borcludur. İddiaçıya bildirmişdir ki, qazı, su çəksin ki, o da pulu hissə-hissə ödəsin. Ona demişdir ki, səhhətində problem vardır, əməliyyat olunmalı və Türkiyə Respublikasına getməlidir. O da bildirmişdir ki, gedib-gəlsin, hesablaşsınlar. Lakin öhdəliyi yerinə yetirməmişdir. Evi təmir edirməmiş, suyu da çəkməmişdir. Müqaviləni onunla evə köçdükdən sonra bağlamış və ona demişdir ki, aylığı versin. Onda da aralarında narazılıq yaranmışdır. Özü əlavə xərc çəkmiş, təmir etmiş, suyu qonşudan götürmüşdür. Qazı da hələ çəkməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, iddiaçı notariusda 75 yaşlı qadını aldatmışdır. Onlara pul verməmişdir. Ev alanda onu tanımışlar. Notariusda borc bağlansa da pul verilməmişdir. Orada kamera da vardır. Mənzilin pulu verilərək, 7 min manat müqabilində işığı, qazı, suyu çəkib, evi təmir etməli idi. Borcludurlar. Lakin qarşı tərəf də öhdəliyini yerinə yetirməmişdir. Onlar evi satmışdırlar. Ona görə də köçməyə məcbur idilər. 1 ay müddətində köçməli idilər. Məhkəmə, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 7000 manat borc pul almışdır. O, borc məbləğini 23 ay müddətinə qaytarmağı öz öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 91 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödəmişdir. - 12 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hüquqi yardım üçün 300 manat məbləğində vəsaiti "xxxx" MMC-nin hesabına ödəmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, borcun tam ödənilməsinin təmin edilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən cavabdehə 7000 manat borc pul vermişdir. Cavabdeh borc məbləğini 23 ay müddətinə qaytarmağı öz öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmiş və pulu qaytarmamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısında borc pulu qaytarmaq öhdəliyi daşıyır və həmin öhdəliyin əmələ gəlməsi əsası onların bağladıqları borc müqaviləsidir. Cavabdeh iddiaçıya ondan aldığı pulu qaytarmağı barədə üzərinə öhdəlik götürmüş, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Odur ki, iddia tələbi əsaslıdır, ona görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehdən 7000 manat borc pulun tutulmasını xahiş edir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia əsas borc hissəsində təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 90 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 7000 manat borc, ödənilmiş 90 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin hüquqi xidmət üçün nümayəndə və ya vəkilə ödənilmiş xərcin tutulması ilə bağlı qeyd edir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, nümayəndə və ya vəkilin prosesdə iştirakı və onun göstərdiyi hüquqi yardımın nədən ibarət olması müəyyən edilə bilməmişdir. Belə ki, nümayəndə və ya vəkil məhkəmə iclaslarında iştirak etməmiş, onun adından məhkəməyə hər hansı bir sənəd göndərilməmişdir. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia qaldırıldığı andan müqavilə ləğv edilmiş hesab edildiyindən həmin hissədə iddia tələbinin təmin edilməsinə zərurət yoxdur. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7000 manat borc, ödənilmiş 90 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-606/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-606/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver