Məhkəmə qərarları › İş №2(060)-6083/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6083/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6083/2022 28.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh mərhum əri X3 ilə 2011-ci ilin mart ayında aralarında olan şifahi razılaşmaya əsasən məhrum A.Həsənov mülkiyyətində olan 2000-ci il buraxılışlı “Mercedes Benz E-270 CDİ minik” markalı, **-HF-*** dövlət nömrə nişanlı avtomobili ona 12000 ABŞ dolları məbləğinə satmağı, o isə həmin məbləği 2 il ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Razılaşmanın şərtlərinə müvafiq olaraq, xx.xx.2011-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək o, mərhum A.Həsənova hər ay 400 ABŞ dolları, ümumilikdə 10000 ABŞ dolları məbləğində pul ödəmişdir. Hər ödəniş zamanı ödəniş cədvəlinə həm mərhum A.Həsənov həm də o, imza etmişdir. xx.xx.2015-ci il tarixində mərhum A.Həsənov dəyərinin böyük hissəsini ödədiyi avtomobilə dair ona Sumqayıt “ASAN” xidmət mərkəzində etibarnamə vermişdir. xx.xx.2016-cı il tarixində X3 vəfat etmiş və o, pulun qalan hissəsini, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı iİ tarixinədək ayda 300 manat, ümumilikdə 2200 manat məbləğində pulu mərhumun qardaşı X1 hissə-hissə ödəmişdir. Hər ödəniş zamanı ödəniş cədvəlinə həm V.Həsənov, həm də o, imza etmişdir. Bakı şəhəri 11 saylı Notariat kontoru tərəfindən xx.xx.2016-cı il tarixində təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən məhrum X2 vərəsəsi kimi, arvadı - Cavabdeh tanınmışdır. Cavabdeh atası Həsənov İbrahim İsmayıl oğluna qarşı avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-411/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməmişlər. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9726/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-411/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Daha sonra Cavabdeh atası Həsənov İbrahim İsmayıl oğlu qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-766/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası rədd edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5124/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Вakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-766/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh atası Həsənov İbrahim İsmayıl oğluna qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, atası Həsənov İbrahim İsmayıl oğlundan 9000 manat pul vəsaitinin alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən atası Həsənov İbrahim İsmayıl oğlu kassasiya şikayəti versə də, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1204/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Atası cavabdehə 9000 manat verməli olsa da, Cavabdeh da ona mərhum ərinə ödədiyi 10000 ABŞ dolları məbləğində pul vəsaitini ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 10000 ABŞ dolları məbləğində pul, ödəmə tarixinə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, habelə hazırkı iddianı verilməsinə görə ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh yoldaşı Anar vəfat etdikdən sonra oğlu ilə birlikdə cavabdehin evinə getmişlər. Anar həm maşın satışı, həmçinin pulun faizlə verilməsi ilə məşqul olmuşdur. Onun dəftərində də 10000 ABŞ dollarının ödənilməsi ilə bağlı qeyd, onlarda isə 10000 ABŞ dollarının cədvəli olmuşdur. Cavabdeh həmin dəftərə baxaraq Anarın imza etdiyini görmüş, razılaşmışdır. Anar vəfat etdikən sonra 3300 manat borcu 5 ay müddətində qardaşı Vüqara ödəmişlər. Vərəsəlik işi açıldıqdan sonra Vəfa zəng edərək vərəsəlik müddətinin çatdığını bildirmiş, xx.xx.2016-cı ildə maşın Vəfanın adına keçmişdir. Bundan sonra Vəfa onun yoldaşına maşını idarə etmək üçün etibarnamə vermişdir. Maşın Vəfanın adına keçən müddətədək münasibətləri yaxşı olmuş, daha sonra cavabdeh dəyişmiş, onlara maşını qaytarmalarını bildirmişdir. Oğlu mərhum Anara 10000 ABŞ dolları pul vermişdir. Yoldaşının qaldırdığı iddia da eyni predmetlə bağlıdır. Etibarnamə yoldaşının adına verildiyi üçün daha öncə iddia Həsənov İbrahim tərəfindən qaldırılmışdır. Maşın onlarda deyildir. 10000 ABŞ dolları ödəniş edilmiş, 3300 manat qrafik üzrə mərhum Anarın qardaşı Vüqara ödənişlər edilmiş, üstəlik 9000 manat da məhkəmə qətnaməsi ilə onlardan tutulmuşdur. Cavabdeh və onun qaynı Vüqar tərəfindən aldadılmışlar. Ona görə də məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-411/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Həsənov İbrahim İsmayıl oğluna qarşı avtomobilin qaytarılması tələbinə dair ilk iddiası və iddiaçı Həsənov İbrahim İsmayıl oğlunun qarşılıqlı iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 9726/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-411/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-766/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Həsənov İbrahim İsmayıl oğluna qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5124/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-766/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Вakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-766/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh Həsənov İbrahim İsmayıl oğluna qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh Həsənov İbrahim İsmayıl oğlu tərəfindən 9000 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1204/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən Həsənov İbrahim İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 2V-96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 vərəsələri arvadı – Cavabdeh, oğlu – X5 və oğlu X4r. Cavabdeh miras əmlakdan 3/5 hissədə, oğlanları isə hər biri 1/5 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AC469753 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2100161B166961, mühərrikin nömrəsi və buraxılış ili 2000-ci il olan “Mercedes Benz E-270 CDİ minik” markalı, **-HF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan ödəniş qəbzinlərinin surətinə əsasən müəyyən edilir ki, müxtəlif vaxtlarda 300 manat və 400 ABŞ dolları ödənişlər edilmişdir. Məhkəmə tərəfindən iddia tələbinin əsası kimi istinad olunan hallara əsaslanaraq hesab edir ki, iddiaçı mübahisə predmeti olan əmlakla bağlı şifahi razılaşmaya əsasən cavabdehin mərhum həyat yoldaşı Anar Həsənova satmağı, o, isə öz növbəsində 2 il ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Mübahisəli əmlakla bağlı cavabdehlik daşıyan şəxslərə münasibətdə ödənilən məbləğlərin, ümumilikdə dəyərinin 10000 ABŞ dolları ödəniş edilmiş, 3300 manat qrafik üzrə mərhum Anarın qardaşı Vüqara ödənişlər edilmiş, üstəlik 9000 manat da məhkəmə qətnaməsi ilə onlardan tutulmuş, cavabdeh və onun qaynı Vüqar tərəfindən aldadılmışdır. Mübahisə edilməyən hallara əsasən məhkəmə aktı ilə saxtalaşdırılmış etibarnamə əsasında mülki qanunvericiliyin tələblərinə zidd əməl nəticəsində 9000 manata satılması məhkəmə aktı ilə müəyyən edilmiş və cavabdehin xeyrinə tutulmuşdur. Məhkəmə hesab edir ki, tələb edilən məbləğdə pulun ddiaçı tərəfindən cavabdehə ödənilməsini təsdiq edən sübutlar təqdim edilməmiş, 10000 ABŞ dolları ödəniş edilməsi iş materiallarında olan sənədlərlə təsdiq olunmamışdır. Məhkəmə iş materiallarında əlavə edilmiş qəbzlərinin surətlərinə münasibət bildirərək qeyd edir ki, müxtəlif vaxtlarda 300 manat və 400 ABŞ dolları ödənişlərin kim tərəfindən və nə ilə bağlı olduğu müəyyən edilmir. Bundan əlavə qanunvericiliyin tələbinə əsasən mülki iş üzrə lazımi sənədlərin əsli və ya təsdiq olunmuş surətləri sübut növündə qəbul edilə bilər. Mötəbərliyi şübhə doğuran sənədlərə sübut növündə qiymət verilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbinin hüquqi əsası kimi 10000 ABŞ dolları məbləğində pulu Cavabdeh tələb edərkən məhkəmə qətnaməsi ilə qiymət verilmiş tələbə yenidən baxılmasını xahiş etmişdir. Bu isə qanunvericiliyin tələbinə ziddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1,1091.2,1092.1-ci maddələri). Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı 10000 ABŞ dolları məbləğində pulun Cavabdeh alınması tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. İşin mübahisə olunmayan halı onu göstərir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların təkrar mübahisələndirilməsi qanunvericiliyin tələbinə uyğun deyil. Ona görə də iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X9 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar