Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-611/2023 10.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı axıdılan çirkab suyun, tökülən kənar əşyaların qarşısının alınması, mənzilin təmir edilməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 9cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 36-cı mənzilinin mülkiyyətçisi Cavabdeh1 tərəfindən və həmin binanın 34-cü mənzilinin mülkiyyətçisi Cavabdeh2 tərəfindən kanalizasiya xəttinə axıdılan Penoplen kleyinin, çirkab suyun və tökülən zirzibilin qarşısının alınması, mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 32-ci mənzilinin cavabdehlərin hesabına təmir edilməsi və vurduqları maddi ziyana görə 2000 (iki min) manat pulun və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 32-ci mənzili iddiaçıya məxsusdur. Cavabdehlər iddiaçının qonşularıdır, iddiaçıdan üst mərtəbədə (9-cu və 8-ci mərtəbələrdə) yəni, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 36-cı və 34-cü mənzillərində yaşayırlar. 2022-ci ilin sentyabr ayının 4-də 2 saylı evin 9-cu mərtəbəsində yaşayan Cavabdeh1 mənzilini təmir edərkən “Penoplen” kleyini və evinin zirzibilini kanalizasiya xəttinə tökmüşdür. Həmçinin 8-ci mərtəbədə yaşayan Cavabdeh2 da səhlənkarlıq edərək evinin zir-zibilini kanalizasiya xəttinə tökmüşdür. Nəticədə kanalizasiya xətti 6-cı mərtəbədə tutulmuş, 7-ci mərtəbədən yəni iddiaçının evinin trapından kanalizasiya suyu daşaraq alt mərtəbəyə yəni, 6-cı mərtəbəyə keçmişdir. Çirkab suyun yataq otağına, mətbəxə və dəhlizə axması səbəbindən iddiaçının mənzilinə 2000 (iki min) manat maddi ziyan dəymişdir. İddiaçı həmin baş verənlərlə əlaqədar olaraq DİN-nin 102 qaynar xəttinə zəng etmişdir. Çirkab suyun mənzilinə keçməsindən əsəbləşən alt qonşunun yəni (30-cu mənzil), Əliyev Aslan Hacıəli oğlunun xanımı iddiaçının mənzilinə xidmət göstərən su sayğacını sındırmışdır ki, mənzilinə su gəlməsin. Onu da bildirir ki, 9-cu və 8-ci mərtəbələrdən çirkab suyun axıdılması 2022-ci ilin sentyabr ayının 4-dən 10-dək davam etmişdir. Həmçinin cavabdehlər barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə 2 dəfə şikayət etmişdir. Yuxarıda qeyd etdiyi kimi kanalizasiya xəttinin tutulmasına 9-cu və 8-ci mərtəbələrdə yaşayan qonşuların səhlənkarlıq edərək kanalizasiyaya penoplen kleyinin və ev zir-zibilinin tökmələri səbəb olmuşdur. Hesab edir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 36-cı mənzilinin mülkiyyətçisi Cavabdeh1 tərəfindən və həmin binanın 34-cü mənzilinin mülkiyyətçisi Cavabdeh2 tərəfindən kanalizasiya xəttinə axıdılan Penoplen kleyinin, çirkab suyun və tökülən zir-zibilin qarşısının alınması, mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 32-ci mənzilinin cavabdehlərin hesabına təmir edilməsi və vurduqları maddi ziyana görə 2000 (iki min) manat pulun və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etirazla məhkəməyə müraciət edərək iddiaçı X5 cavabdehlərə qarşı “axıdılan suyun qarşısının alınması və vurulan maddi ziyan tələbi” üzrə ona məxsus Sumqayıt ş. 9-cu mkr (köhnə), ev 1/2, mənzil 32-nin cavabdehlərin hesabına təmir edilməsi və vurulmuş maddi ziyanın əvəzi olaraq 2000 (iki min) manat məbləğin, eləcədə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu üzrə xərclərin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəsinə cəlb edilmiş tərəflər - ünvan 2 ünvanı üzrə bir binanın, bir blokun yuxarıdan aşağıya paralel olan mənzillərin qonşu olmaqla sakinləridirlər. İddiaçı sözügedən binanın 7-ci mərtəbəsində yerləşən mənzil 32-nin sahibi, cavabdehlərdən Cavabdeh1 binanın 9-cu mərtəbəsində yerləşən mənzil 36-nın sahibi, digər cavabdeh Əfsanə Abbasov isə binanın 8-ci mərtəbəsində yerləşən mənzil 34-dün sahibidir. İddiaçının iddia ərizəsində göstərdiyi hallar həqiqətə uyğun deyil və yalandır. Belə ki, iddiaçı iddia edir ki, Cavabdeh1 mənzilini təmir etdirmiş və nəticədə kanalizasiya xəttinə tikinti kleyi tökmüş, digər Cavabdeh2 isə mənzilinin zir-zibilini kanalizasiya xəttinə birbaşa tökməsi nəticəsində mövcud kanalizasiya dayaq xətti tutulmuş və iddiaçının, eləcə də 6-cı mərtəbədə yerləşən sakinin mənzilinə maddi ziyan dəymişdir. Mənzilə dəyrniş ziyan ilə bağlı cavabdehlər ərazi üzrə Mənzil İstismar Sahəsinə müraciətlər etmiş, MİS-in səlahiyyətli şəxsləri cavabdehlərin mənzillərində texniki qurğularına texniki baxış keçirmiş, nəticə olaraq kanalizasiya borularında heç bir nasazlıq aşkar etməmiş və buna dair müvafiq Akt tərtib edilmişdir. Digər tərəfdən hesab edirlər ki, kanalizasiya dayaq xəttində tutulma iddiaçının günahı üzündən baş vermiş, nəticədə yaşadıqları binanın 6-cı mərtəbəsində yerləşən mənzil 30-a maddi ziyan dəymiş və sonuncu tərəfindən, binanın 7-ci mərtəbəsində yerləşən mənzil 32-nin sahibinə (hazırkı iş üzrə iddiaçıya) qarşı iddia qaldırılmış və hazırda həmin mülki iş Sumqayıt Şəhər Məhkəməsində baxış mərhələsindədir. İddiaçı və mənzil 32-nin sakinləri ümumiyyətlə birgə yaşayış qaydalarına əməl etmir və nəinki cavabdehlər ilə, hətta binanın bütün sakinləri ilə “yola getmirlər”. Belə ki, bununla bağlı dəfələrlə olaraq aidiyyatı orqanlara müraciətləri olmuşdur. İddiaçının iddia tələbi ehtimal və fərziyyələrə söykənmişdir ki, bunu da sübut kimi qəbul etmək olmaz. Qanunun tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür. İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul etməyərək etirazın məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, mənzilində təmir işlərini 15 il əvvəl aparmış, iddiaçının mənzilində su daşan zaman ümumiyyətlə evdə olmamışdır, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 iddia tələbini qəbul etməyərək etirazın məzmununa uyğun izahat verdi, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirdi ki, 9 saylı Mənzil Kommunal Sahəsinin müdiridir, iş üzrə tərəflərin hər birini tanıyır. Tərəflərindən tərtib olunmuş və təqdim edilmiş aktlardan məlumatlıdır. 2022-ci ilin sentyabr ayında İddiaçı oğlu zəng edərək evlərində kanalizasiya borusunun tutulduğunu bildirmişdir. Əməkdaşları İddiaçı evinə gedərək tutulmanı açmışdır. Sonra yenidən zəng edərək kanalizasiya borusunda tutulma olduğunu bildirmişlər və əməkdaşları yenidən gedərək tutulmanı açmışdır. 3-cü dəfə yenidən zəng etdikdə artıq mənzilə özü getmişdir. İddiaçı evində olarkən hamam otağını, dəhlizi su basdığını, evin bərbad vəziyyətdə olduğunu görmüşdür. Hətta aşağı qonşuların evini də su basdığını görmüşdür. Baxış keçirən zaman məlum olmuşdur ki, ümumi ana xətt tutulmuşdur, kanalizasiyanın kimin hərəkətləri nəticəsində tutulduğunu demək, ümumiyyətlə müəyyən etmək mümkün deyildir. Tutulma 6-cı və 7-ci mərtəbələr arasında olmuşdur. Kanalizasiya borusunu açdıqda heç bir əşya çıxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək bildirdi ki, Mənzil Kommunal Sahəsinin əməkdaşı olaraq xx.xx.2022-ci il tarixdə Əliyev Aslan Hacıəli oğlunun şikayəti əsasında özü, Şahnaz və müdirləri ünvana gedib baxış keçirmişdir. Baxış nəticəsində məlum olmuşdur ki, X2 (iddiaçının oğlu) evinin kanalizasiya borusu tutulub, trapdan su axır və su bütün otaqlara yayılır. Şikayət edən şəxsin mənzilinə də baxış keçirmiş, baxış nəticəsində həmin evə də su axdığını, həmin şəxsin evə 3 ədəd vanna qoyduğunu və evə zərər dəydiyini görmüşdür. Şikayət əsasında ünvana baxış keçirilməsi nəticəsində məlum olan halları da tərtib etdikləri aktda göstərmişlər. Tutulan boru da fəhlələr tərəfindən açılandan sonra çıxıb getmişlər. Əlavə olaraq məhkəmə tərəfindən ona ünvanlanan suallara cavab verərək bildirdi ki, 7-ci mərtəbədən 6-cı mərtəbəyə, yəni Məhərrəmov Məhəmmədin evindən Aslan Əliyevin evinə su axmışdır. Tutulmuş kanalizasiya borusu açılanda hər hansı kənar əşyanın çıxıb-çıxmadığını görməmişdir. Kanalizasiya borusunu açan fəhlələr MKS-nin işçilərdir, bağbandırlar. Özü də fəhlədən də hər hansı əşya görübgörmədiyini soruşmuşdur, o heç bir əşya görmədiyini demişdir. Fəhlə tutulmuş kanalizasiya turbasını açmışdır. Nə aşağıdakı qonşuda, nə də yuxarıdakı qonşuda boru tutulmuş, boru Məhərrəmova Nübarın yaşadığı evdə tutulmuşdur, nasazlıq onun evində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, Məhəmmədgilin yaşadığı evdə kanalizasiya borusu tutulmuş və onun evindən aşağıdakı 30-cu mənzilə su axmışdır, bununla əlaqədar olaraq da MKS-nin işçiləri olaraq onları çağırmışlar. Su axması nəticəsində ev pis günə qalmış, hətta kömək edərək evdən 10 vedrəyə qədər su daşımışdır. Kanalizasiya borusu Məhəmmədgilin evində tutulmuşdur. Kanalizasiya borusunu işçi gəlib təmizləmiş və tutulan borunu açmışdır. Kanalizasiya borusu açılanda heç bir əşya çıxmamış, kanalizasiya borusu təmizlənib açılandan sonra hər şey aşağı axıb getmişdir. Kanalizasiya borusu açılanda heç bir əşya görünməmişdir. Məhkəmə iddiaçını və cavabdehləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarında olan : Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 9 saylı MKS-nin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri, 9-cu mkr, ev ½, mənzil 32-də yaşayan X2 şikayətinə əsasən Cavabdeh1 Hacəli oğlunun yaşadığı Sumqayıt şəhəri, 9-cu mkr, ev ½, mənzil 36 və Cavabdeh2 yaşadığı Sumqayıt şəhəri, 9-cu mkr, ev ½, mənzil 34-ə tərəflərindən baxış keçirilmiş, kanalizasiya borularında heç bir nasazlıq qeydə alınmamışdır. Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 9 saylı MKS-nin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri, 9-cu mkr, ev ½, mənzil 30-da yaşayan X11 şikayətinə əsasən keçirilən baxış zamanı məlum olmuşdur ki, X2 yaşadığı Sumqayıt şəhəri, 9-cu mkr, ev ½, mənzil 32-də kanalizasiya borusunun tutulması nəticəsində çirkab su daşaraq alt qonşuya tökülmüşdür, MKS tərəfindən nasazlıq aradan qaldırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/905 №-li ekspert rəyindən görünür ki, baxış zamanı iddiaçı və cavabdehlərin mənzillərinin kanalizasiya xətləri işlək vəziyyətdə olduğuna, hər-hansı nasazlıq olmadığına görə, İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mkr (Köhnə) ünvanında yerləşən ½ saylı evin 32-ci mənzilinin sanitar qovşağından keçən, ümumi istifadədə olan əsas kanalizasiya borusunun tutularaq qeyd edilən mənzilin sanitar qovşaqlarının su daşmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Həmçinin ekspert tərəfindən müəyyən olunur ki, su sızma hallarının baş vermə səbəbinə dair yuxarlda göstərilən amilləri, mənzillərin yerləşmə vəziyyətini nəzərə alaraq 32-ci mənzilin sanitar qovşağından keçən ümumi istifadədə olan əsas kanalizasiya borusunun tutulması, iddiaçının özünün və cavabdehlərin mənzillərinin kanalizasiya xətlərindən nəzarətsiz istifadə olunması (Kanalizasiya borusuna yad cisimlərin atılması və s.) səbəb ola bilər. Baş vermiş su daşması nəticəsində iddiaçı X8 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən 1/2 saylı evin, 32-ci mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 1666 manat məbləğində olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 01 ədəd cd diskə baxış keçirilərkən, orada olan foto və video şəkilişlərdən mənzilin sanitar qovşağında olan “trap”-dan çirkab su çıxdığı görünür. İddiaçı foto və video çəkilişlərin onun mənzilinin sanitar qovşağına aid olduğunu qeyd edir. 2(060)-6883/2022 saylı mülki iş üzrə iddia ərizəsindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (Köhnə), ev ½, mənzil 30-da yaşayan Əliyev Aslan Hacıəli oğlu Sumqayıt şəhəri, 9-cu mikrorayon (Köhnə), ev ½, mənzil 32-də yaşayan X6 qarşı Sumqayıt şəhəri, 9-cu mikrorayon (Köhnə) ünvanında yerləşən, ½ saylı evin, 32-ci mənzilinin mülkiyyətçisi X10 tərəfindən iddiaçının mənzilinə axıdılan suyun qarşısının alınması, mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 9-cu mikrorayon (Köhnə), ½ saylı evin, 32-ci mənzilinin cavabdehin hesabına təmir edilməsi və vurduğu maddi ziyana görə 990 manat pulun cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbi ilə bağlı mülki iş Sumqayıt Şəhər Məhkəməsinin digər hakiminin icraatında baxılmaqdadır. Həmin mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1334 №-li ekspert rəyindən görünür ki, mülki iş materiallarına əlavə edilmiş aktda göstərilənləri, tədqiq olunan mənzillərin planda yerləşmə vəziyyətini, o cümlədən cavabdehin mənzilinin iddiaçının mənzilinin üstündə yerləşdiyini, 142 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, döşəmə, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq 30 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 32 saylı mənzildən su axdığı və axan suyun səbəbinin, mənzil 32-də yaşayan Məhərrəmov Məhəmmədin mənzilindən keçən kanalizasiya borusunun tutulması olduğu müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, su sızma nəticəsində 30 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 1509 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin 32-ci mənzili İddiaçı məxsusdur. Cavabdehlər iddiaçının qonşularıdır, iddiaçıdan üst mərtəbədə (9-cu və 8-ci mərtəbələrdə), yəni Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin 36-cı və 34-cü mənzillərində yaşayırlar. İddiaçı evində kanalizasiya borusunun tutulması, hamam otağını, dəhlizi su basdığına görə Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 9 saylı MKS-nə müraciət etmişdir. İş materiallarında olan Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 9 saylı MKS tərəfindən tərtib edilmiş aktlardan, həmçinin şahid ifadələrindən məlum olur ki, həqiqətən də, iddiaçıya məxsus mənzildə ümumi ana xətt tutulmuşdur, kanalizasiyanın kimin hərəkətləri nəticəsində tutulduğunu demək, ümumiyyətlə, müəyyən etmək mümkün deyildir. Bununla yanaşı ekspert rəyindən də göründüyü kimi baxış zamanı iddiaçı və cavabdehlərin mənzillərinin kanalizasiya xətləri işlək vəziyyətdə olduğuna, hər-hansı nasazlıq olmadığına görə, İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mkr (Köhnə) ünvanında yerləşən ½ saylı evin 32-ci mənzilinin sanitar qovşağından keçən, ümumi istifadədə olan əsas kanalizasiya borusunun tutularaq qeyd edilən mənzilin sanitar qovşaqlarının su daşmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Həmçinin su sızma hallarının baş vermə səbəbinə dair qeyd edilən amilləri, mənzillərin yerləşmə vəziyyətini nəzərə alaraq 32-ci mənzilin sanitar qovşağından keçən ümumi istifadədə olan əsas kanalizasiya borusunun tutulması, iddiaçının özünün və cavabdehlərin mənzillərinin kanalizasiya xətlərindən nəzarətsiz istifadə olunması (Kanalizasiya borusuna yad cisimlərin atılması və s.) səbəb ola bilər. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi kimi mülki hüquq pozuntusunun cavabdehlər tərəfindən törədilməsi və onların hərəkətləri nəticəsində zərərin dəyməsi sübuta yetirilmir. Göstərilənlərlə yanaşı iş materiallarından göründüyü kimi Sumqayıt şəhəri, 9-cu mikrorayon (Köhnə), ev ½, mənzil 30-da yaşayan Əliyev Aslan Hacıəli oğlu Sumqayıt şəhəri, 9-cu mikrorayon (Köhnə), ev ½, mənzil 32-də yaşayan X6 qarşı Sumqayıt şəhəri, 9-cu mikrorayon (Köhnə) ünvanında yerləşən, ½ saylı evin, 32-ci mənzilinin mülkiyyətçisi X10 tərəfindən iddiaçının mənzilinə axıdılan suyun qarşısının alınması, mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 9-cu mikrorayon (Köhnə), ½ saylı evin, 32-ci mənzilinin cavabdehin hesabına təmir edilməsi və vurduğu maddi ziyana görə 990 manat pulun cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbi ilə bağlı mülki iş Sumqayıt Şəhər Məhkəməsinin digər hakiminin icraatında baxılmaqdadır. Həmin mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1334 №-li ekspert rəyindən görünür ki, mülki iş materiallarına əlavə edilmiş aktda göstərilənləri, tədqiq olunan mənzillərin planda yerləşmə vəziyyətini, o cümlədən cavabdehin mənzilinin iddiaçının mənzilinin üstündə yerləşdiyini, 142 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, döşəmə, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq 30 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 32 saylı mənzildən su axdığı və axan suyun səbəbinin, mənzil 32-də yaşayan Məhərrəmov Məhəmmədin mənzilindən keçən kanalizasiya borusunun tutulması olduğu müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, su sızma nəticəsində 30 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 1509 manat məbləğində olduğu müəyyən edilmişdir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı X9 Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 36-cı mənzilinin mülkiyyətçisi Cavabdeh1 tərəfindən və həmin binanın 34-cü mənzilinin mülkiyyətçisi Cavabdeh2 tərəfindən kanalizasiya xəttinə axıdılan Penoplen kleyinin, çirkab suyun və tökülən zirzibilin qarşısının alınması, mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 32-ci mənzilinin cavabdehlərin hesabına təmir edilməsi və vurduqları maddi ziyana görə 2000 (iki min) manat pulun və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq X3 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 36-cı mənzilinin mülkiyyətçisi Cavabdeh1 tərəfindən və həmin binanın 34-cü mənzilinin mülkiyyətçisi Cavabdeh2 tərəfindən kanalizasiya xəttinə axıdılan Penoplen kleyinin, çirkab suyun və tökülən zirzibilin qarşısının alınması, mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən, 1/2 saylı evin, 32-ci mənzilinin cavabdehlərin hesabına təmir edilməsi və vurduqları maddi ziyana görə 2000 (iki min) manat pulun və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq X3 İddiaçı tutularaq X4 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-611/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-611/2023
10.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver