Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6113/2023 26.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 (on min) manat pulun və ödənilmiş 120 (yüz iyirimi) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi 4 ildən artıq müddətdir ki, tanıyır. Tanışlıqlarının əsas səbəblərindən biri ortaq dostlarının olmasıdır. Belə ki, təxminən 2021-ci ilin yay aylarında cavabdehə borc olaraq 7500 (yeddi min beş yüz) manat və həmin ilin sonlarında isə 2500 (iki min beş yüz) manat pulu borc olaraq vermişdir. O bu pulları iddiaçıdan müxtəlif bəhanələr əsasında almış və onun etibarından sui istifadə edərək qaytarmamışdır. Həmin pulları tələb etmək məqsədilə aidiyyatı üzrə Sumqayıt şəhər 3 saylı Polis Bölməsinə yazılı ərizə ilə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmiş və qəbul edilmiş qərarda hüquqlarının bərqərar edilməsi məqsədilə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Lakin cavabdeh orada verdiyi izahatında belə iddiaçıya olan borcunun 4500 (dörd min beş yüz) manat hissədə etiraf etmişdir. Lakin bu pulları ona verməyini sübut edəcək yetəri qədər sübutları və diskə köçrülmüş səs yazıları belə vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehdən 10000 manat tələb etməyinə baxmayaraq, cavabdehlə məhkəmə gedişatında 6900 manata dair razılıq əldə edilmiş və buna dair kredit müqaviləsi bağlanmışdır. Belə ki, oktyabr ayında kredit müqaviləsi bağlanan zaman cavabdehə 6900 manat verməmişdir, sadəcə cavabdehin ona olan borcunu rəsmiləşdirmək məqsədilə notarial qaydada kredit müqaviləsi imzalanmışdır. Odur ki, iddia tələbinin 6900 manat hissədə təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, məhkəmə gedişatında 17 oktyabr 2023-cü ildə iddiaçıya olan borcunu rəsmiləşdirmək məqsədilə iddiaçı ilə aralarında razılıq əldə edilmişdir. Bu razılıq hüquqi savadlarının olmaması səbəbilə kredit müqaviləsi formasında notarial qaydada bağlanmışdır. Kredit müqaviləsində qeyd edilən 6900 manat pul onu iddiaçıya kredit müqaviləsi bağlanmazdan əvvələ aid olan borcudur. İddia tələbinin 6900 manatın tutulmasına dair hissədə təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə, iddiaçının və cavabdehin zahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis kapitanı Pərvin Allahverdiyev tərəfindən tərtib edilmiş arayışın mahiyyətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Cavabdeh Sumqayıt ŞPİ 3-cü PBnə izahat verərək İddiaçı qeyd etdiyi xüsusatları təsdiqləmiş, lakin Pərvinə olan borcunun 4500 manat olmasını qeyd etmiş, həmin borcu da hissə-hisə tez bir zaman ərzində qaytaracağını bildirmişdir. Vətəndaş İddiaçı Şirzad oğluna müraciətində qeyd etdiyi xüsusatların həllə məhkəmələrin səlahiyyətində olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etməsi telefon vasitəsilə tövsiyyə edilmişdir. - xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Fərəcov X1 Xaliq Şakir oğluna 6900 manat pulu hal-hazırda tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC Sumqayıt 8 saylı şöbəsi vasitəsilə borc verir. Cavabdeh krediti hər ayın 10-u tarixində 6 ay ərzində 200 manat, qalan növbəti 19 ay ərzində 300 manat olmaqla xx.xx.2025-ci il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıdan müəyyən bəhanələrlə pul almılşdır. Hazırda iddiaçı və cavabdeh qəbul edirlər ki, cavabdehin iddiaçıya 6900 manat borcu vardır. Həmin borc tərəflərin məhkəməyə təqdim etdikləri xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən əvvəl yaranan borcdur, borcun olmasını rəsmiləşdirmək vasitəsi kimi tərəflər qeyd edilən kredit müqaviləsini bağlamışlar, halbuki, kredit müqaviləsi bağlanarkən iddiaçı cavabdehə kredit verməmişdir. İddiaçı və cavabdeh qeyd edilənləri etiraf edirlər. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əssən Əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əssən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əssən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əssən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əssən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Abbasov Xaliq Şakir oğlundan 6900 (altı min doqquz yüz) manat məbləğində pul tutulub İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsinə əsasən qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 6900 manat olduğundan 89 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməli, 31 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6900 (altı min doqquz yüz) manat tutulub İddiaçı verilsin. İddianın verilməsi üçün ödənilmiş 89 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. 31 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-6113/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6113/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver