Məhkəmə qərarları › İş №2(060)-6129/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6129/2023

07.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6129/2023 07.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 41373 manat və ödənilmiş 215 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdehlərin ona olan borcunun məbləğinin 41373 manat deyil, 40000 manat olduğunu göstərmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlərlə qohumdur. 2023-cü ilin mart ayında həyat yoldaşı öyrənmişdir ki, cavabdehlər qızıl alveri ilə məşğul olur. xx.xx.2023-cü ildə cavabdehə evlərində 229.66 qram qızıl (bir qramı 95 manat), yəni 21800 manatlıq mal vermişdir. Səhərisi günü ona 861 manat pul qaytarmışdırlar. Qalan pulu isə xx.xx.2023-cü ildə qaytaracağına söz vermişdir. Təkrarən Umnisə və qızı Mirvari ondan xx.xx.2023-cü ildə 165.16 qram qızıl (bir qıramı 95 manat), yəni 15684 manatlıq mal almış və xx.xx.2023-cü ilə kimi qaytaracaqlarına söz vermişdirlər. Əvvəldən də cavabdehlərin ona 4750 manat borcu qalmışdır. O, göstərilən qızılları əmisi nəvəsi Cavabdeh1 görə vermişdir. O, Umnisənin qızını elə də yaxşı tanımamışdır. Umnisə söz vermişdir ki, narahat olmasın, hər şey danışdıqları kimi olacaqdır, lazım olsa evini satıb pulunu qaytaracaqdır. Cavabdeh dəfələrlə təkid etməyinə baxmayaraq borcunu qaytarmadığı üçün o, məcbur olub ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-də göstərilən fakt əsasında araşdırma aparılmışdır. Polisdə verdiyi izahatda Cavabdeh2 ona 41373 manat borcu olduğunu etiraf etmişdir. Eyni zananda Cavabdeh2 göstərilən malları ondan alarkən qəbz yazıb vermişdir. Sonuncunun anası Cavabdeh1 göstərilən faktları təsdiq etsə də, bu işlərin ona aidiyyəti olmadığını bildirmişdir. Əslində isə göstərdiyi kimi, göstərilən malları Umnisənin onu razı salması nəticəsində vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 İddiaçı qarşı dələduzluq etmədiyini, İddiaçı həyat yoldaşı İ.Əhmədovadan ümumilikdə 41373 manat məbləğində, 394.82 qram qızıl zinət əşyası aldığını, həmin qızılları satması üçün verdiyi N.Tarverdiyeva qızılların pulunu vermədiyi üçün İddiaçı pulunu qaytara bilmədiyini qeyd etdi. O, İddiaçı həyat yoldaşı İ.Əhmədova ilə özünün danışdığını, alışverişi özünün etdiyini, anası Cavabdeh1 bu işdə heç bir iştirakının olmadığını bildirmişdir. O, eyni zamanda iddianı 40000 manat hissədə qəbul etdiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh1 Cavabdeh2 ilə eyni məzmunlu izahat verərək, qızılların alış-verişində heç bir iştirakının olmadığını bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli Sumqayıt Şəhər Polis İdarəsi 2-ci PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh2 və Cavabdeh1 adlı şəxslərin əməlində cinayət tərkibi olmadığından, barələrində cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - Həmin qərardan görünür ki, araşdırma müddətində Cavabdeh2 izahat verərək, Cavabdeh2 İddiaçı qarşı dələduzluq etmədiyini, İddiaçı həyat yoldaşı İ.Əhmədovadan ümumilikdə 41373 manat məbləğində, 394.82 qram qızıl zinət əşyası aldığını, həmin qızılları satması üçün verdiyi N.Tarverdiyeva qızılların pulunu vermədiyi üçün İddiaçı pulunu qaytara bilmədiyini qeyd etmişdir. O, İddiaçı həyat yoldaşı İ.Əhmədova ilə özünün danışdığını, alış-verişi özünün etdiyini, anası Cavabdeh1 bu işdə heç bir iştirakının olmadığını bildirmişdir. Araşdırma zamanı Cavabdeh1 izahatında qızı - Cavabdeh2 izahatında qeyd etdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu izahat vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 iddiaçı yoldaşından 40000 manat məbləğində qızıl zinət əşyası almış, satıb pulunu iddiaçıya qaytarmaq öhdəliyinin daşıyıcısı olmuş, lakin öhdəliyini yerinə yetirməmişdir. Həmin halları Cavabdeh2 etiraf etmişi, lakim anası Cavabdeh1 bu işdə heç bir iştirakının olmadığını bildirmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 iddiaçıya onun yoldaşından aldığı qızılları satıb pulunu iddiaçıya qaytarmaq öhdəliyinin daşıyıcısı olduğuna baxmayaraq, bunu yerinə yetirmədiyindən, iddia Cavabdeh2 aid hissədə əsaslıdır. Cavabdeh2 iddianı etiraf edir. Məhkəmə qeyd edir ki, iddia Cavabdeh1 qarşı əsassızdır. Belə ki, iddiada tələb olunan qızılların Cavabdeh1 verilməsi iddiaçı tərəfindən sübuta yetirilməmiş, cavabdehin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş –müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, Cavabdeh2 ödənilmiş 210 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 40000 manat və ödənilmiş 210 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 40000 manat və ödənilmiş 210 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar