Məhkəmə qərarları › İş №2(060)-6147/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6147/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6147/2021 19.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Kreditor "xxxx" MMC borclu Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 25.04.2015-ci il tarixdə bağlanmış SUM 5999 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 1090 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 164 ABŞ dolları cərimə, cəmi 1254 ABŞ dolları və 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-ə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2922/2018 saylı, 09.02.2018-ci il tarixli əmri ilə Cavabdeh "xxxx" MMC-nin xeyrinə 1090 ABŞ dolları əsas (qalıq), 26,37 manat faiz borcu, və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 164 ABŞ dolları cərimə, cəmi 1254 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Qeyd olunan əmrdən narazı qalan Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək 2(060)-2922/2018 saylı, 09.02.2018-ci il tarixli əmrin ləğv edilərək iddia icraatına keçilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2922/2018 saylı, 30.06.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmə əmri ləğv edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə kreditor arasında bağlanmış 25.04.2015-ci il tarixdə bağlanmış SUM 5999 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, kreditor borcluya satış qiyməti 1256 ABŞ dolları olan “Aplle i phone 6 16 GB Gray B” markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Borclu ilə kreditor arasında həmin müqavilə bağlandıqdan sonra borclu ilkin olaraq 166 ABŞ dolları ödəmiş, lakin sonradan ödəmə qrafiki üzrə ödəməli olduğu pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Tərəflərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh ödənişləri etdiyini, borcu qalmadığını bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.04.2015-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1256 ABŞ dolları olan “Aplle i phone 6 16 GB Gray B” markalı 1 (bir) ədəd mobil telefon almışdır. - 25.04.2015-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən 166 ABŞ dolları ödəniş edilmişdir. - 25.04.2015-ci il tarixli, 1 №-li qaimədən görünür ki, “Aplle i phone 6 16 GB Gray B” markalı 1 (bir) ədəd mobil telefon Cavabdeh təhvil verilmişdir. - 23.07.2021-ci il tarixli məktubdan görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə olan borcunu 23.07.2021-ci il tarixdə tam ödəmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, kreditor ilə borclu Cavabdeh arasında bağlanmış 25.04.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə bağlı məhkəmə əmri üzrə sonuncu borcunu tam olaraq ödəmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, borclu tərəfindən borcu tam olaraq ödənildiyindən iddia əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, kreditor "xxxx" MMC-nin borclu Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 25.04.2015-ci il tarixdə bağlanmış SUM 5999 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 1090 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 164 ABŞ dolları cərimə, cəmi 1254 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i̇ : Kreditor "xxxx" MMC-nin borclu Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 25.04.2015-ci il tarixdə bağlanmış SUM 5999 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 1090 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 164 ABŞ dolları cərimə, cəmi 1254 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulmasına dair iddiası təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar