Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6159/2021 02.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı Cavabdeh qarşı «cinayət nəticəsində cavabdehin ondan mənimsədiyi 2830 manat məbləğində pulun tutulması tələbi» barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, MÜƏYYƏN ETDİM: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs-Cavabdeh onun xeyrinə 2830 manat məbləğində pul tutulması barədə qərar qəbul edilməsi, həmçinin tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu da təqsirləndirilən şəxs- Cavabdeh aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçı iddia ərizəsində cavabdehin rəsmi qeydə alındığı və yaşadığı poçt ünvanını göstərsə də cavabdehin rəsmi qeydə alındığı və yaşadığı poçt ünvanını təsdiq edən müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, yaşayış yerindən və ya MAPS arayışı) ərizəyə əlavə etməmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsinə dövlət rüsumu ödəməsi barədə qəbz əlavə etməmişdir. Halbuki bu kimi ərizələr üçün 27.12.2012-ci il tarixdə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən dövlət rüsumu 30 manat məbləğində müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1, 152, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİM: İddiaçı Cavabdeh qarşı «cinayət nəticəsində cavabdehin ondan mənimsədiyi 2830 manat məbləğində pulun tutulması tələbi» barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-6159/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6159/2021
02.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver