Məhkəmə qərarları › İş №2(060)-6163/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6163/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6163/2024 18.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yazılı qəbzə əsasən 1660 (min altı yüz altmış) manat pulun və ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun, cəmi 1697 (bir min altı yüz doxsan yeddi) manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh tanışıdır. Cavabdehə 13 yanvar 2023cü ildə ümumi dəyəri 1810 (min səkkiz yüz on) manat və 2023-cü ilin mart ayında ümumi dəyəri 2900 (iki min doqquz yüz) manat olan qızıl-zinət əşyalarını yazılı qəbzə əsasən satmışdır. Hər iki qəbz cavabdehin qızı X1 tərəfindən yazılmışdır. Qəbzlərin cavabdehin qızı tərəfindən yazılmasına səbəb cavabdehin latın qrafası ilə yaza bilməməsi olmuşdur. Bunu fotoşəkil və disk təsdiq edir. Cavabdeh bu günə qədər borcundan yalnız 3050 (üç min əlli) manat ona pul qaytarmışdır. Hal-hazırda Cavabdeh ona ödənilməmiş 1660 (min altı yüz altmış) manat ödənilməmiş qalıq borcu qalmışdır. O, cavabdehə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsə də, o borcu ödəməkdən əsassız olaraq boyun qaçırdır. Cavabdeh tərəfindən borc qaytarılmadığı üçün o, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, Cavabdeh yazılı qəbzə əsasən 1660 (bir min altı yüz altmış) manat pulun və ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun, cəmi 1697 (bir min altı yüz doxsan yeddi) manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ümumillikdə ondan çox qızıl götürmüşdür. 2000 manat borc götürmüş, 200 manat qaldıqda, yenidən götürmüşdür. Ümumi 3660 manat borcu olmuşdur. 5 ay 200 manatdan ödəniş etmişdir. Daha sonra pulunu verməyəcəyini görərək lotoreyadan çıxartmışdır. Ona bildirmişdir ki, 5 ay 200 manatdan verdiyi pulu ona geri ödəsin. O da cavabdehə demişdir ki, 3360 manat ona borcu olduğu halda onun 1000 manatını necə versin. O da demişdir ki, həmin məbləği borcdan çıxsın. Ona görə də 1000 manat borcdan çıxmışdır. Dekabr ayında qızı birkart vasitəsi ilə onun kartına 500 manat pul atmışdır. Fevralın 2-də 200 manat ödəniş etmişdir. Daha sonra 1660 manat borcu qalmışdır. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi və “SMS” bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə 12 qram 06 komplekt qızıl almış və həmin pulu, yəni 1810 manatı fevralın 10-dan başlayaraq hər ay 200 manat olmaqla İddiaçı qaytarmağı barədə söz verərək sənədə imza etmişdir. - xx.xx.2023-cü il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə 19,28 qramlıq 2900 manatlıq qızı almış və həmin pulu hər ay 350 manat olmaqla İddiaçı qaytarmağı barədə söz verərək sənədə imza etmişdir. Daha sonar 200 manat aprel ayında və may ayının 31-də 150 manat ödəniş etdiyi barədə qeydlər aparılmışdır. - xx.xx.2024-cü il tarixli, ********* nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 37 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə xx.xx.2023-cü ildə 1810 manat və xx.xx.2023-cü il də 2900 manat məbləğində qızıl vermiş, cavabdeh isə həmin pulları müvafiq tarixlərdə qaytarmağa dair öhdəlik götürərək, sadə yazılı formada iltizam vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısında borc pulu qaytarmaq öhdəliyi daşıyır və həmin öhdəliyin əmələ gəlməsi əsası onların bağladıqları sadə yazılı formada iltizamlardır. Odur ki, cavabdeh iddiaçıya ondan aldığı pulun borc verənə qaytarmaq öhdəliyinin daşıyıcısı olduğuna baxmayaraq, bunu yerinə yetirmədiyindən iddia əsaslıdır. Belə ki, cavabdeh tərəfindən yerdə qalan borcun qaytarılması məhkəmə araşdırılması zamanı sübuta yetirilməmiş və bu halla bağlı mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 37 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 1660 manat borc və ödənilmiş 37 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1660 manat borc və ödənilmiş 37 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar