Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6164/2020 20.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul məbləğinin qaytarılması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixində LPO xxxx ASC-nin Sumqayıt filialından ***-*******DK130220-02 saylı Kredit Müqaviləsi və ***- *******DK130220-01/G saylı X4 əsasən əmanətinin girovluğu ilə vətəndaş Cavabdeh verilmiş krediti tam ödədiyi üçün, ödənilmiş 2465.6 AZN (İki min dörd yüz altmış beş manat 60 qəpik) pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, xx xxxxxx 2018-ci il tarixində 16-D-000197-1218 saylı “xxxx” Əmanət Müqaviləsinə əsasən LPO xxxx ASC-nin Sumqayıt filialına illik 13 % olmaq şərti ilə 36 ay müddətinə ilkin olaraq 15 000 AZN (on beş min manat) “Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikasının qanununa” uyğun olaraq tam sığortalı şəkildə (növbəti aylarda üzərinə əmanət əlavə etməklə 27 000 AZN-ə qədər artırmışdır) əmanət yerləşdirmişdir. xx xxxxxx 2020-ci il tarixində LPO xxxx ASC-nin Sumqayıt filialından zaminliyi və əmanətinin girovluğu əsasında ***-*******DK130220-02 saylı Kredit Müqaviləsi və ***- *******DK130220-01/G saylı X6 ilə Cavabdeh illik 18%-lə 8 ay müddətinə ödənilməsi şərtilə 2300 AZN (iki min üç yüz manat) məbləğində kredit vermişdir. Azərbaycan Respublikası Mərkəzi X5 xx xxxxx 2020-ci il tarixli qərarı ilə “xxxx” ASC-nin lisenziyası ləğv edilmiş və ləğvedici kimi Əmanətlərin Sığortalanması Fondu təyin olunmuşdur. xx.xx.2020-ci il tarixindən başlayaraq “LPO xxxx” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “xxxx” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi ilə əlaqədar ona hesablanan kompensasiyanı tam ala bilməsi üçün Cavabdeh verilmiş krediti gecikdirdiyi üçün, yığılmış faizlər ilə birlikdə xx xxxx 2020 tarixində 2465.6 AZN (İki min dörd yüz altmış beş manat 60 qəpik) olmaqla tam ödəmişdir. Vətəndaş Cavabdeh isə kredit verilən gündən bu günə kimi ona yalan vədlər verərək, pulunu hissə-hissə də olsa geri qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirdi ki, iddia ərizəsi verildikdən sonra Cavabdeh oğluna borcundan əlavə 300 manat məbləğində ödəniş etmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, ona pul lazım olduğu üçün xxxx ASC-nin Sumqayıt filialına müraciət etmişdir. Lakin əvvəlki borcları gecikdirdiyi üçün bankın qara siyahısında olduğunu öyrənmişdir. Bu səbəbdən bankın işçisi ona İddiaçı razı olduğu təqdirdə bankda olan əmanətindən ona kredit verilməsinin mümkün olduğunu bildirmişdir. İddiaçı bu təkliflər razılaşmış xxxx ASCnin Sumqayıt filialına əmanət kimi qoyduğu depozitindən pul verə biləcəyini qeyd etmişdir. Razılaşmaya əsasən aralarında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, 2300 manat məbləğində pul vəsaitini illik 18 faizlə, 8 ay müddətinə qaytarmaq şərtilə öz üzərinə öhdəlik götürmüşdür. Müqavilə bağlandıqdan sonra o, İddiaçı dərhal 300 manat məbləğində ödəniş etmişdir. Hesab edir ki, iddiaçı 300 manat xeyir əldə etmək məqsədilə ona əmanətinin bir hissəsini kredit müqaviəsinə əsasən vermişdir. Bundan başqa o bu yaxınlarda iddiaçının oğlu ilə görüşmüş və ona borcundan 300 manat da ödəniş etmişdir. Hesab edir ki, hazırda onun İddiaçı 2465 manat yox, 1865 manat məbləğində borcu var. Cavabdeh qeyd etdikləriin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İddiaçı xx.xx.1960-cı il tarixdə Qubadlı rayonu, Eyvazlı kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1968-ci il tarixdə Ermənistan, Yexeqnadzor rayonunda anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. (İş materiallarında olan AZE seriyalı 0******* və ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətinə əsasən) İş materiallarında olan xxxx ASC-nin Sumqayıt filialı ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 16-D-000197-1218 saylı “xxxx” Əmanət Müqaviləsinin surətindən görünür ki, Hüseynov X3 ASC-nin Sumqayıt filialına illik 13 % olmaq şərti ilə 36 ay müddətinə 15 000 (on beş min) manat məbləğində “Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikasının qanununa” uyğun olaraq tam sığortalı şəkildə əmanət yerləşdirmişdir. İşdə olan xxxx ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ***- *******DK130220-02 saylı Kredit Müqaviləsindən görünür ki, Bank Cavabdeh İddiaçı zaminliyi əsasənda illik 18 faizlə 8 ay müddətinə 2300 manat (iki min üç yüz) məbləğində kredit vermişdir. xxxx ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ***- *******DK130220-02 saylı Kredit Müqaviləsinə dair xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 2300 manat məbləğində pul vəsaitini illik 18 faizlə, səkkiz ay müddətinə, hər ay 307,24 manat ödəniş etməyi öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan İddiaçı, Cavabdeh və xxxx ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli ***-*******DK130220-01/G saylı X1 görünür ki, girov qoyan İddiaçı xx.xx.2020-ci il tarixli ***-*******DK130220-01 saylı kredit müqaviləsi üzrə öz öhdəliklərinin icrasının təminatı olaraq “xxxx” ASC Sumqayıt filialında 16-D-000197-1218 depozit müqaviləsi AZ41AMRA **********000040A41210 saylı depozit hesabında saxlanılan ona məxsus və girov predmeti kimi çıxış edən 27000 AZN (iyirmi yeddi min) məbləğində pul vəsaitini və həmin hesaba daxil olacaq artım məbləğini girov qoymuşdur. İş materiallarına əlavə olunmuş xxxx ASC-nin xx.xx.2020-ci il tarixli, 1***-*******7 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh kredit borcuna görə banka 2465,60 manat məbləğində ödəniş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli ***- *******DK130220-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasının təminatı olaraq “xxxx” ASC Sumqayıt filialında 16-D-000197-1218 depozit müqaviləsi AZ41AMRA **********000040A41210 saylı depozit hesabında saxlanılan ona məxsus və girov predmeti kimi çıxış edən 27000 AZN (iyirmi yeddi min) məbləğində pul vəsaitini girov qoymuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixli ***-*******DK130220-01 saylı kredit müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka 2465,60 manat borcu yaranmışdır. Həmin borc İddiaçı tərəfindən banka ödənilmişdir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460-cı maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin girovla bağlı münasibətləri tənzimləyən normalarına görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1). Girov və ipoteka müqavilə üzrə əmələ gəlir (270.1). Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir (279). Girova aşağıdakı hallarda xitam verilir: girovla təmin edilmiş öhdəliyə xitam verildikdə; bu Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda girov qoyanın tələbi ilə; əgər girov qoyan bu Məcəllənin 288.2-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov qoyulmuş əşya məhv olduqda və ya girov qoyulmuş hüquqa xitam verildikdə; tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak açıq hərracdan satıldıqda (294.1). Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur (294.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə öhdəliyi icra etmiş zaminə məxsus olan hüquqları tənzimləyən Mülki Məcəllənin 475-ci maddəsini hazırki işə analoji qaydada tətbiq edərək hesab edir ki, hazırki iş üzrə girov qoyan İddiaçı borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam məbləğdə icra etdiyindən həmin məbləğdə kreditorun hüquqları ona keçmişdir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, öhdəliyi icra etmiş girov qoyan İddiaçı ödədiyi məbləğ hissəsində borclu Cavabdeh qarşı geriyə tələb (reqres) hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı ödədiyi pulu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Lakin iddiaçı məhkəmə iclasında verdiyi izahatında ödədiyi 2465,60 manat pulun 300 manat hissəsinin cavabdeh tərəfindən ona qaytarıldığını etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2165,60 (2465,60-300) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 85% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 25 manatı cavabdehdən tutulmalı, 5 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2165,60 (iki min yüz altmış beş manat altmış qəpik) manat pul və 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6164/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6164/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver