Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6173/2020 19.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi nikahdan anadan olmuş xx xxxxx 2014-cü təvəllüdlü X1 və xx xxxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-2088/2019 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər usağa görə 70 (yetmiş) manat, ümumilikdə 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq, hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə xx xxxx 2010-cu ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Rəsmi nikahdan xx xxxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxxxxx 2010-cu il təvəllüdlü X4 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-2088/2019 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş, xx xxxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxxxxx 2010-cu il təvəllüdlü X2 nikah pozulduqdan sonra onun yanında saxlanmış və 16 aprel 201 4-cü il təvəllüdlü X1 və xx xxxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 70 (yetmiş) manat, ümumilikdə 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Övladları hal-hazırda məktəbə, məktəbdən kənar tədris kurslarına və idmana gedirlər. Onların tələbatı günü-gündən artır. Cavabdeh tərəfindən ödənilən 140 manat aliment hər iki övladının yaşayış təminatını (məktəb, idman, geyim və qida ləvazimatlarını) ödəmədiyi üçün məcbur qalıb məhkəməyə müraciət edir. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 170 manat müəyyən edilmişdir. Hesab edir ki, xx xxxxx 2014-cü il təvəllüdlü X1 və xx xxxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-2088/2019 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 70 (yetmiş) manat, ümumilikdə 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona ödənilməlidir. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbi ilə bağlı bildirdi ki, o, iddiaçı, yəni İddiaçı ilə rəsmi nikaha girərək ailə qurmuş və həmin nikahdan iki övladları doğulmuşdur. Bir-birilərini başa düşmədikləri üçün, məhkəmə qətnaməsinə əsasən aralarında olan nikah münasibətləri pozulmuş, uşaqlar anasının himayəsinə verilmiş və ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 70 manat olmaqla, ümumikdə 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Sözügedən aliment məbləğini vaxtı-vaxtında ödəmiş və üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Çünki məhkəmə tərəfindən təyin olunmuş aliment məbləği, hazırki həyat şəraitinə və maddi vəziyyətinə uyğun qəbul olunmuşdur. Belə ki, o, Bakı şəhərində yerləşən özəl şirkətlərin birində işləyir və 600 manat məbləğində əmək haqqı alır. Ona görə də hesab edir ki, iddiaçının iddia etdiyi tələb olduqca yüksəkdir. Çünki aldığı əmək haqqı ilə həm aliment ödəyir, həm də himayəsində olan anasının maddi təlabatlarını qarşılayır. Bu səbəbdən də o, uşaqların yetkinlik yaşına çatması üçün hər ay hər birinə 170 manat yox, onların hər birinə maksimum 100 manat olmaqla, ümumilikdə 200 manat ödəyə bilər. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2088/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə Hüseynova Şölə Məmmədhüseyn qızı arasında olan Sumqayıt şəhər qeydiyyat şöbəsində xx xxxx 2010-cu il tarixdə bağlanmış və 245 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, xx xxxxxxx 2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 anaları Hüseynova Şölə Məmmədhüseyn qızının himayəsində qalması, Cavabdeh xx xxxxxxx 2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa 70 (yetmiş) manat olmaqla, ümumilikdə 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Hüseynova Şölə Məmmədhüseyn qızına verilməsi qət edilmişdir. Hüseynli Musa xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə Hüseynova Şölədir. (işdə olan AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən) İşdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X3 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2088/2019 saylı, xx xxxx 2019-cu tarixli qətnaməsi qəbul olunduğu vaxt tərəflərin birgə nikahından olan uşaqların 5 və 9 yaşları olmuşdur. Hazırda isə onların 6 və 10 yaşları var. Bu isə uşaqların saxlanılması üçün zəruri olan xərclərin qismən artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə cavabdehin əmək haqqının məbləğini və həyat şəraitini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2088/2019 saylı, xx xxxx 2019-cu qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa 120 manat olmaqla, ümumilikdə 240 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması barədə iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2088/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx xxxxxxx 2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6173/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6173/2020
19.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver