Məhkəmə qərarları › İş №2(060)-6187/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6187/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6187/2021 06.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh Zeynalov (Zeynallı) Famil Abış oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1400 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o 2000-ci ildə Sumqayıt şəhər 8-ci mikrorayon Bakı küçəsində öz şəxsi vəsaiti hesabına X2 adına ərzaq mağazası tikdirmişdir. 2000-ci ildən o, həmin ərzaq mağazanı şəxsən özü işlətmiş və X2 dolanışığında ona köməklik etmişdir. 15 yanvar 2009-cu il tarixdə Sumqayıt şəhər 8-ci mikrorayon Bakı küçəsində yerləşən, ona məxsus ərzaq mağazasını aylıq icarə haqqı 300 (üç yüz) manat olmaqla Cavabdeh icarəyə vermişdir. Bundan əlavə o mağazanı Cavabdeh icarəyə verərkən, mağazada ona məxsus ümumi dəyəri 2900 (iki min doqquz yüz) manat olan ərzaq mallarını da, Cavabdeh vermişdir. Onların arasında olan razılaşmaya əsasən Cavabdeh mağazada saxladığı ərzaq mallarının topdansatış dəyərini, yəni 2900 (iki min doqquz yüz) manat pulu bir ay ərzində ona verməli idi. Lakin aralarında olan razılaşmaya baxmayaraq bir aydan sonra Cavabdeh mağazada saxladığı ərzaq mallarına görə ona cəmi 700 (yeddi) yüz manat və 2009-cu ilin yanvar ayının ikinci yarısının icarə haqqına görə 150 (yüz əlli) manat pul vermişdir. Bundan sonra o dəfələrlə Cavabdeh mağazada saxladığı ərzaq mallarının qalıq pulunu və mağazanın icarə haqqını istəmiş, lakin hər dəfə Cavabdeh müxtəlif bəhanələr gətirərək pul verməkdən yayınmışdır. 2009-cu il avqust ayının əvvəllərində Cavabdeh, qardaşı X6 ilə sözügedən mağazaya gəlib, 2200 (iki min iki yüz) manat ərzaq mallarına görə ona olan borcun yerinə, mağazada dəyəri 1040 (bir min qırx) manat olan ərzaq mallarını vermiş və o da, həmin malları digər tanış dükanlara verib pulunu almışdır. Yerdə qalan digər malları isə özü avtomobilə yığıb aparmış və ona bildirmişdir ki, bir ay ərzində həmin ərzaq mallarını satıb, ona ərzaq mallarına görə qalıq 1160 (bir min yüz altmış) manat, icarə haqqına görə isə 1800 (bir min səkkiz yüz) manat borcu qaytaracaq. Lakin 2009-cu il sentyabr ayının əvvəllərində Cavabdeh ərzaq mallarına görə yaranmış 1160 manat borc puldan ona cəmi 100 manat vermiş və bildirmişdir ki, qalan borcunu hissə-hissə verəcək. Cavabdeh ona olan qalıq borcunu hissə-hissə ödəyəcəyinə söz verməsinə baxmayaraq, dəfələrlə ona olan borcunu tələb etsə də, müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Əlavə edir ki, sözügedən ərzaq mağazasını o Cavabdeh icarəyə verməkdən ötrü aralarında əldə edilmiş razılaşmadan sonra, ərzaq mağazası X2 adına olduğundan, həmin vaxt Cavabdeh şəxsiyyət vəsiqəsi olmadığından, mağazanın idarə və istifadə etməkdən ötrü etibarnaməni X1 qardaşı X3 vermişdir. Lakin faktiki sözügedən ərzaq mağazasını o Cavabdeh icarəyə vermişdir. Beləliklə, 15 yanvar 2009-cu il tarixdən 01 avqust 2009-cu il tarixə kimi Cavabdeh sözügedən ona məxsus olan ərzaq mağazasını icarə əsasında işlətmiş, icarə haqqına görə ona 1800 (bir min səkkiz yüz) manat, mağazada saxlayaraq, ona verdiyi ərzaq məhsullarına görə isə 1060 (bir min altmış) manat, ümumilikdə isə 2860 (iki min səkkiz yüz altmış) manat məbləğində pul borclu qalmışdır. Hazırda isə cavabdehlə razılığa gəldiyinə görə o, iddia tələbini azaldaraq cavabdehdən cəmi 1400 manat tələb edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək göstərdi ki, o, iddiaçıya 1400 manat borcunun olduğunu etiraf edir. Belə ki, o Sumqayıt şəhərində yaşadığı zaman iddiaçıdan icarəyə mağaza götürmüş, buna görə onun iddiaçıya borcu yaransa da, ayrı-ayrı vaxtlarda borcunun bir qismini ödəmiş və onun iddiaçıya 1400 manat borcu qalmışdır. Ona görə də iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə, tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o, iddia tələbini etiraf edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1400 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Zeynalov (Zeynallı) Famil Abış oğlundan 1400 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar