Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6196/2022 22.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 1500 manat pul və ödənilmiş 35 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1535 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən 30 ildir ki, cavabdehlə qonşuluqda yaşayır. Onların qonşu kimi münasibətləri yaxşı olmuşdur və aralarında heç bir ədavət olmamışdır. 20 oktyabr 2021-ci il tarixdə cavabdeh pula ehtiyacı olduğunu deyib, iddiaçıdan borca 1500 manat pul istəmişdir. Cavabdeh keçmiş hərbiçi olduğundan yüksək məbləğdə təqaüd almasını nəzərə alaraq ona borca pul verməyə razılaşmışdır. İddiaçı cavabdehə 1500 manat pul vermiş, cavabdeh də özünə məxsus "xxxx"ın təqaüd kartını iddiaçıya verərək, hər ay hissə-hissə həmin kartdan pulu çıxardıb götürməyini istəmişdir. Həmçinin bu barədə cavabdeh öz xətti ilə bir kağız yazaraq iddiaçıya vermişdir. Lakin ilk pulu həmin kartdan çıxartmaq istədikdə məlum olmuşdur ki, həmin təqaüd kartında heç bir pul yoxdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh həmin kartı bağlatdırıb, özünə başqa bir təqaüd kartı açdırıb. İddiaçı dəfələrlə cavabdehdən ona olan borcunu ödəməsini istəsə də, cavabdeh hər dəfə bir bəhanə ilə bu günə qədər iddiaçıya olan 1500 manat borcunu ödəməmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh faizlə birlikdə iddiaçıdan 1500 manat almışdır. İddiaçı ona pulu hissə-hissə yəni, 450 manat bir, 100 manat bir və 360 manat bir olmaqla, cəmi 910 manat verib, yüksək faizləri hesablayıb borc kimi 1500 manat pul hesablamışdır. İddiaçı cavabdehin dilindən iltizam yazdırmışdır. Cavabdeh aldığı 1500 manatı iddiaçıya tam ödəmişdir. Cavabdehə məxsus pensiya kartı 2021-ci ilin sentyabr, oktyabr və noyabr aylarında iddiaçıda olmuş və həmin kartdan o, 3 ay 350 manat olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıycv qəsəbəsi ünvanında yerləşən “Qayalı" marketin yanından, cavabdehin kartından pul çıxarmışdır. Əlavə olaraq 450 manatı hissə-hissə bu 2022-ci il ərzində əlbəəl iddiaçının yaşadığı binanın qarşısında ona ödəmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh ona heç bir ödəniş etməyib. Cavabdeh həqiqətən özünə məxsus 676867******4303 nömrəli pensiya kartını ona vermişdir. Lakin o, kartdan pul çıxarmaq istədikdə kartda heç bir məbləğ olmadığını görmüşdür. Yəni, cavabdeh onu aldatmış, kartı ona verdikdən sonra banka müraciət edərək kartı bağlatmışdır. Qeyd edilənlərə əsasənm iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının məhkəməyə təqdim etdiyi yazılı iltizamdakı xətt və imza ona məxsusdur. O, pulu götürdüyü vaxt, yəni xx.xx.2021-ci il tarixində ona məxsus olan pensiya kartını iddiaçıya verib. Onlar 2 dəfə iddiaçı ilə birlikdə pensiya məbləğini bankomatdan çıxarıblar. Hər dəfə həmin məbləğin 350 manatını iddiaçı götürüb. Onun iddiçıya borcu qalmayıb. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1955 ildə, Ağcabədi rayonu, Xəlfərəddin kəndində anadan olmuşdur. O, Ağdam şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1967-ci ildə, Quba rayonu, Alekseyevka kəndində anadan olmuşdur. O, ünvan 4 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş yazılı iltizamda cavabdehin iddiaçıdan 1500 manat pul aldığı öz əksini tapmışdır. İltizam cavabdehin adından yazılmış, imzalanmış və tarix qeyd edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki verilir, Cavabdeh, ondan ötəri ki, onun adına olan 416974******5498 və 676867******4303 nömrəli kartlar eyni hesaba bağlıdır. 676867******4303 nömrəli kartınızın bağlanması səbəbindən sizə ******************** nömrəli hesaba bağlı 416974******5498 nömrəli kart təqdim olunmuşdur. Arayışa ödəniş kartı üzrə çıxarış əlavə edilmişdir. Çıxarışda 416974******5498 nömrəli kart üzrə xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qaədər aparılmış mədaxil-məxaric əməliyyatları öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Göründüyü kimi iş materiallarında olan yazılı iltizamda cavabdeh iddiaçıdan xx.xx.2021-ci il tarixində 1500 manat borc pul alıdığını etiraf etmişdir. Məhkəmə iclasında cavabdeh iltizamda olan xətt və imzanın ona məxsus olduğunu inkar etməmişdir. Bu səbəbdən məhkəmə hesabe dir ki, həmin əlyazmasına borcun etirafı haqqında müqavilə kimi yanaşılmalıdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdeh iddiaçıdan 1500 manat borc pul aldığını etiraf etdiyi üçün həmin borcun qaytarılmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh özünə məxsus olan 676867******4303 nömrəli pensiya kartını borc pul aldığı vaxt iddiaçıya verdiyini, 2 dəfə həmin kartdan pensiya məbləğini iddiaçı ilə birlikdə çıxardıqlarını və hər dəfə məbləğin 350 manatını iddiaçı götürdüyünü bildirmişdir. İddiaçı isə həmin pensiya kartında heç bir məbləğ olmadığını bildirmişdir. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, 676867******4303 nömrəli kartdan xx.xx.2021-ci ildə 724 manat, xx.xx.2021-ci ildə 724,39 manat 716,83 manat məxaric edilmişdir. xx.xx.2021-ci ildə isə kart yenisi ilə əvəz edilmişdir. Göründüyü kimi cavabdehə məxsus olan pensiya kartı iddiaçının sahibliyində olan vaxt kartdan 2 dəfə məxaric əməliyyatı aparılmışdır. Belə olan halda həmin əməliyyatın onun tərəfindən aparılmadığını iddiaçı sübut etməlidir. Lakin, iddiaçı qeyd edilən halı sübut edə bilməmişdir. Cavabdeh isə hər əməliyyatda hesabdan çıxarılan məbləğin 350 manatının iddiaçı tərəfindən götürüldüyünü bildirmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ ümumi borcdan çıxılmaqla yerdə qalan 800 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 35 manat dövlət rüsumunun 20 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 800 (səkkiz yüz) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6196/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6196/2022
22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver