Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6215/2021 02.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx"MMC-nin cavabdeh Qəhrəmanova (Əzizli) Aysel Qurbanəli qızına qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Qəhrəmanova (Əzizli) Aysel Qurbanəli qızına qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 13.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********93291 Samsung Galaxy A50 markalı telefon üçün 171,4 (yüz yetmiş bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, 0(sıfır) manat cərimə, 03.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kod **********75581 Samsung GALAXY A10 markalı telefon üçün 391,2 (üç yüz doxsan bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 562,6 (beş yüz altmış iki manat altmış qəpik) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cavabdeh Qəhrəmanova (Əzizli) Aysel Qurbanəli qızından alınaraq "xxxx" MMCnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Qəhrəmanova (Əzizli) Aysel Qurbanəli qızı ilə "xxxx" MMC arasında bağlanmış 13.09.2019-ci il tarixli və 03.02.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********93291 Samsung Galaxy A50 markalı telefon və İMEİ kodu **********75581 Samsung GALAXY A10 markalı telefon almış və nəticədə 562,6 (beş yüz altmış iki manat altmış qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.09.2019-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat (12 ay x 54 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********93291 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 171,4 (yüz yetmiş bir manat, qırx qəpik) manat olmaqla ondan 171,4 (yüz yetmiş bir manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olaraq 0(sıfır) manat cərimə, 03.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 433,2 (dörd yüz otuz üç manat, iyirmi qəpik) manat (12 ay x 36,1 manat + 0 manat ilkin ödəniş) olmaqla ondan 391,2 (üç yüz doxsan bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0(sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 518,6 manat təşkil edir. Cavabdehə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə cavabdeh Qəhrəmanova (Əzizli) Aysel Qurbanəli qızı arasında bağlanmış 13.09.2019-ci il tarixli müqavilədən görünür ki, Qəhrəmanova (Əzizli) Aysel Qurbanəli qızı ümumi dəyəri 648 (altı yüz qırx səkkiz) manat olan Samsung Galaxy A50 markalı telefon almışdır. - "xxxx" MMC ilə cavabdeh Qəhrəmanova (Əzizli) Aysel Qurbanəli qızı arasında bağlanmış 03.02.2020-ci il tarixli müqavilədən görünür ki, Qəhrəmanova (Əzizli) Aysel Qurbanəli qızı ümumi dəyəri 433,2 (dörd yüz otuz üç manat iyirmi qəpik) manat olan Samsung GALAXY A10 markalı telefonalmışdır. -ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Qəhrəmanova (Əzizli) Aysel Qurbanəli qızı 12 ay müddətinə, 0 manat ilkin ödəniş, aylıq ödəniş 54 manat olmaqla, Samsung Galaxy A50 markalı telefon üçün 476,6 manat ödəniş etmişdir. -ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Qəhrəmanova (Əzizli) Aysel Qurbanəli qızı 12 ay müddətinə, 0 manat ilkin ödəniş, aylıq ödəniş 36,1 manat olmaqla, Samsung GALAXY A10 markalı telefon üçün 42 manat ödəniş etmişdir. -"xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh Qəhrəmanova (Əzizli) Aysel Qurbanəli qızı "xxxx"MMC ilə bağlanmış 13.09.2019-ci il tarixli və 03.02.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********93291 Samsung Galaxy A50 markalı telefon və İMEİ kodu **********75581 Samsung GALAXY A10 markalı telefon almış və hər ikisinin cəmi 1081,2 (min səksən bir manat, iyirmi qəpik) manat olan ümumi dəyərindən 518,6 manat ödəniş etmiş və nəticədə 562,6 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Qəhrəmanova (Əzizli) Aysel Qurbanəli qızı arasında bağlanmış 13.09.2019-ci il tarixli və 03.02.2020-ci il tarixli əşyanın alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqısatqı müqaviləsidir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 1081,2 manat ümumi dəyərindən 518,6 manat ödəniş etmiş və nəticədə 562,6 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli,cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 13.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********93291 Samsung Galaxy A50 markalı telefon üçün 171,4 (yüz yetmiş bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 03.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********75581 Samsung GALAXY A10 markalı telefon üçün 391,2 (üç yüz doxsan bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 562,6 (beç yüz altmış iki manat altmış qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Qəhrəmanova (Əzizli) Aysel Qurbanəli qızından alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-6215/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6215/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver