Məhkəmə qərarları › İş №2(060)-6248/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6248/2021

07.07.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6248/2021 07.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı Ərizəçi cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı itkin elan etmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.12.2004-cü il tarixdə AR Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuş X1 itmiş elan edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində X1 itmiş elan edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, mülki prosessual qanunvericilikdə şəxsin itkin elan edilməsi barədə hüquqi faktın təsdiq edilməsi nəzərdə tutulmamışdır. Şəxsin itkin düşmüş hesab edilməsi üçün bu barədə MPM-nin 312-316-cı maddələrində (32-ci fəsil) nəzərdə tutulan qaydada xüsusi icraat qaydasında ayrıca iddia qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin məzmununda X1 23.12.1976-cı il təvəllüdlü olduğu qeyd edilsə də, iddia ərizəsinin xahiş hissəsində onun 15.12.2004-cü il təvəllüdlü olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı itkin elan etmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.2 152.2, 263- 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Ərizəçi cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı itkin elan etmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar