Məhkəmə qərarları › İş №2(060)-6262/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6262/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6262/2021 15.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Kreditor «Nikoyl» İKB-nin borclular Cavabdeh və Zamin qarşı kreditin qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasında baxaraq Müəyyən e t d i: Kreditor «Nikoyl» İKB borclular Cavabdeh və Zamin qarşı ərizə ilə müraciət edərək, 3259 manat əsas, 332 manat faiz borcu olmaqla, cəmi 3591 manat borcun və 20 manat dövlət rüsumunun Cavabdeh və Zamin tutularaq «Nikoyl» İKB-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4048/2016 saylı 04 mart 2016-cı il tarixli əmri ilə xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 9-cu mkr., ev 25A, mənzil 10-da qeydiyyatda olan Cavabdeh və xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Saatlı rayonu, 21, ev 48/17, mənzill 13-də qeydiyyatda olan Zamin müştərək qaydada «Nikoyl» İKB-nin xeyrinə 3259 manat əsas borcu, 332 manat faiz borcu olmaqla, cəmi 3591 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu tutulmuşdur. Zamin ərizə ilə məhkəməyə müraciət edərək, kreditor «Nikoyl» İKB-nin ona qarşı kreditin qaytarılmasına dair ərizəsi üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4048/2016 saylı 04 mart 2016-cı il tarixli məhkəmə əmrini 18.06.2021-ci il tarixdə rəsmi qaydada aldığını bildirmiş, məhkəmə əmrinin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4048/2016 saylı 02 iyul 2021-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4048/2016 saylı 04 mart 2016-cı il tarixli məhkəmə əmri ləğv edilmişdir. Məhkəmə baxış iclası 15 sentyabr 2021-ci il tarixə, saat 11:20-ə təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq məhkəmə baxışına təkrar olaraq gəlməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 162, 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Kreditor «Nikoyl» İKB-nin borclular Cavabdeh və Zamin qarşı kreditin qaytarılması qarşı kreditin qaytarılması tələbinə dair ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar