Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6281/2022 08.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil1, Cavabdeh1 nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında qeydiyyatdadır və faktiki həmin ünvanda tək yaşayır . Həmin mənzil nəvəsi Cəfərova (Salayeva) Rəbiqə Ramiz qızının mülkiyyətindədir. Oğlu polkovnik-leytenant X10 xx.xx.2020-ci il tarixdə İİ Qarabağ Müharibəsində şəhid olmuşdur. Ölümündən sonra oğlu X6 “Vətən müharibəsi qəhrəmanı” fəxri adı verilmişdir. Oğlunun ölümdən sonra ailə üzvlərinə (arvadı və 4 övladı) yaşadığı 4 otaqlı Sumqayıt şəhəri, 12 mikrorayon, ev 36, mənzil 74-ə görə qalan ipoteka bank krediti borcu dövlət tərəfindən ödənilmiş, mənzilin eyvanında şüşəbənd quraşdırılmış, binanın fasadı rəngləmiş, blokda təmir və həyətdə asfaltlanma işləri aparılmışdır. Bundan başqa şəhidin ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikası İpoteka və kredit Zəmanət Fondu tərəfindən ünvan 3 ünvanında üçotaqlı mənzil verilmişdir. Hal-hazırda iddiaçı heç bir şəraiti olmayan ünvan 2 ünvanında acınacaqlı vəziyyətdə yaşayır. Hazırda cavabdehlər iddiaçının şəhidin ailə üzvlərinə verilmiş ünvan 3 ünvanında üçotaqlı mənzildə yaşamağına imkan vermirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı şəhid X5 anasıdır. Cavabdeh1 şəhid X5 həyat yoldaşı, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə onun övladlarıdır. X10 xx.xx.2020-ci il tarixdə İİ Qarabağ müharibəsində şəhid olmuşdur. Ölümündən sonra ailə üzvlərinə, yəni arvadı və 4 övladına Azərbaycan Respublikası İpoteka və kredit Zəmanət Fondu tərəfindən ünvan 3 ünvanında üç otaqlı mənzil verilmişdir. Şəhid anası kimi iddiaçıya isə heç bir ev verilməyib. İddiaçının hazırda yaşadığı Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 17B, 8 saylı mənzil onun yox, nəvəsi Cavabdeh3 mülkiyyətindədir. Həmin evin şəraiti yaxşı vəziyyətdə deyil. Bu səbəbdən də, iddiaçı şəhid anası kimi ünvan 3 ünvanında üç otaqlı mənzilə köçürülməsini istəyir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi, vəkili, Cavabdeh3 nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, bina 15, 1 saylı mənzil 1985-ci ildən order əsasında iddiaçının olub. İddiaçı orada tək yaşayıb. Daha sonra 2012ci ildə ona çıxarış verilib. İddiaçı həmin mənzili 2017-ci ildə satıb, lakin əldə edilən pul yalnız onun özünə məxsus olub. Ramiz Cəfərov özünə məxsus başqa bir mənzil olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 17B, 8 saylı mənzili qızı Cavabdeh3 bağışlamışdır. Bir müddət sonra iddiaçı və oğlu arasında müəyyən səbəblərə görə narazılıq yaranıb. İddiaçı özünə məxsus mənzili satdıqdan sonra yaşamağa bir yeri olsun deyə Ramiz Cəfərov həmin 8 saylı mənzili anası olan iddiaçıya yaşaması üçün verib, iddiaçı orda tək yaşayıb. Ramiz Cəfərov şəhid olandan sonra iddiaçı 2021-ci ildə notariat ofisində ərizə ilə Ramiz Cəfərovdan irs qalmış yaşayış, qeyri-yaşayış və torpaq sahəsindən, habelə digər mirasın ona çatası hissəsindən imtina etmişdir. Əlavə olaraq da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən arayışdan müəyyən edilir ki, ünvan 3 ünvanında üç otaqlı mənzil şəhid ailəsinə verilib. Həmin siyahıda məhz şəhidin həyat yoldaşı və 4 övladının adı var. İddiaçı özü də ona ev verilməsi üçün müvafiq orqana müraciət edib, lakin onla bildiriblər ki, hazırda yaşayış yeri olduğu üçün ona mənzil verilə bilməz. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edənlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1945-ci il tarixində, Rusiya Federasiyası, Çelyabinsk vilayətində anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1972-ci ildə, Cavabdeh2 xx.xx.2003-cü ildə, digər Cavabdeh3 isə xx.xx.1999-cu ildə anadan olmuşdur. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X10 xx.xx.2020-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xodmətlər Agentliyinin iddiaçıya ünvanladığı 02 dekabr 2021-ci il tarixli məktubuna əsasən 25 avqust 2021-ci il tarixində Cənab Prezident tərəfindən “Azərbaycan Respublikasının X1 və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” 2871 nömrəli Sərəncam imzalanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sözügedən Sərəncamın icrasına başlanılmış və mənzil təminatı həyata keçiriləcək şəxslər üzrə ehtiyaclar müəyyən edilmişdir. Müraciət əsasında X1 və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonu ərazisində müəyyən sayda mənzillər ayrılmışdır. Yuxarıda qeyd edilmiş Sərəncamın icrası çərçivəsində şəhid X5 həyat yoldaşı Cavabdeh1, ailə tərkibi 5 nəfər (özü, 3 qızı və 1 oğlu) olmaqla Sumqayıt şəhər, Bulvar küçəsində üçotaqlı mənzillə təmin olunub. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur. Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X10 ilə Cavabdeh1 arasında nikah xx.xx.1998-ci ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 115 nömrəli arayışına əsasən Cavabdeh1 ünvan 1 ünvanında ailə üzvləri olan Cavabdeh3, Cavabdeh2, X8, X7 və X9 ilə birlikdə yaşayır. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərinə əsasən X8 xx.xx.2006-cı ildə, X7 xx.xx.2010-cu ildə, X9 isə xx.xx.2010-cu ildə anadan olmuşdur. Uşaqların atası X10, anası Cavabdeh1dır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Bulvar küçəsi, 2-ci məhəllə, ev blok 3, mənzil 25 (yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Bulvar küçəsi , 31B, M 5, m 5) Cavabdeh1 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi vəkil sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, 15 ünvanda yerləşən 1 saylı mənzil Sumqayıt şəhər XDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli, 08/635 saylı order, Sumqayıt şəhər DTİ MHQ və ŞKİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 48 saylı protokol əsasında iddiaçının adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan, vətəndaşın idarəyə xx.xx.2012-ci il tarixli müraciəti əsasında qeydiyyat vəsiqəsi ********** qeyidyyat nömrəli dövlət reyestrindən çıxarışla əvəz edilmişdir. Sumqayıt şəhər 4 saylı notariat ofisinin təsdiq etdiyi xx.xx.2017-ci il tarixli, 4Ə-413 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X2 mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat ofisinin təsdiq etdiyi xx.xx.2019-cu il tarixli, 4Ə-1885 bağışlanma müqaviləsi əsasında mənzil üzərində X3 mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 17B ünvanda yerləşən mənzil Sumqayıt şəhər ZDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli, 10/263 saylı order və Sumqayıt şəhər DTİ tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 14 nömrəli protokol əsasında Kabakova Radionovnanın mülkiyyət hüququ qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin təsdiq etdiyi xx.xx.2015-ci il reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X5 adına qeydiyyata alınaraq xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin təsdiq etdiyi xx.xx.2018-ci il tarixli, 4Ə-645 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən mənzil X4 adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarına Sumqayıt şəhəri, Bulvar küçəsi 27, Blok 3, mənzil 25-in (yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Bulvar küçəsi , 31B, M 5, m 5) texniki pasportu əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (30.4.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İş materiallarından göründüyü kimi Sumqayıt şəhəri, Bulvar küçəsi 27, Blok 3, mənzil 25 (bundan sonra – mübahisəli mənzil) şəhid ailəsinin üzvü kimi Cavabdeh1 5 nəfərdən ibarət ailə tərkibinə əsasən verilmişdir. Onun ailə üzvlərinin sırasında isə iddiaçı mövcud deyildir. Mübahisəli mənzil hazırda Cavabdeh1 mülkiyyətindədir. İddiaçı mübahisəli mənzildə yaşamamışdır və onun həmin mənzildə heç bir əmlakı mövcud deyildir. İddiaçı Cavabdeh1 ailə üzvü deyil və Ailə Məcəlləsinə əsasən ondan özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxslər sırasına aid deyildir. Həmçinin iddiaçının ayrıca yaşayış yeri vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı onun ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6281/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6281/2022
08.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver