Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-63/2021 14.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-63/2021 saylı 05.05.2021-ci il tarixli qətnaməsinə və mülki iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 15.03.2010-cu il tarixli, ona edilmiş əlavə sazişlərin, kredit razılaşmasının və ona edilmiş əlavə sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 23574,52 ABŞ dolları əsas borc, 12346,79ABŞ dolları faiz borcu, 31565,94 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 67487,25 ABŞ dolları borcun və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən xüsusi mülkiyyətdə olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 19 kv.m yaşayış, 19 kv.m ümumi sahədən ibarət olan bir mərtəbəli, bir otaqlı 3463A saylı bağ evinə yönəldilməsi, həmin bağ evi və torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun bağlanması, satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi tədqirdə qalan məbləğin Cavabdeh, Zamin1, Zamin2 müştərək qaydada tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-63/2021 saylı 05.05.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 22.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə 23574,52 ABŞ dolları əsas, 12346,79 ABŞ dolları faiz borcu, 1179 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 37100,31 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumlarının və xidmət haqlarının 33,77 manat hissəsi cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada tutularaq İddiaçı QSC-ə ödənilməsi, tələbin Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən xüsusi mülkiyyətdə olan 0,04 ha torpaq sahəsinə və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 19 kv.m yaşayış, 19 kv.m ümumi sahədən ibarət olan bir mərtəbəli, bir otaqlı 3463A saylı bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən xüsusi mülkiyyətdə olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 19 kv.m yaşayış, 19 kv.m ümumi sahədən ibarət olan bir mərtəbəli, bir otaqlı 3463A saylı bağ evinın ilkin satış qiyməti 23.000 manat müəyyən edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən xüsusi mülkiyyətdə olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 19 kv.m yaşayış, 19 kv.m ümumi sahədən ibarət olan bir mərtəbəli, bir otaqlı 3463A saylı bağ evi açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 23574,52 ABŞ dolları əsas, 12346,79 ABŞ dolları faiz borc, 1179 ABŞ dolları cərimə olmaqla, cəmi 37100,31 ABŞ dolları borc və iddiaçı tərəfindən ödənilmiş 61,22 manat dövlət rüsumu İddiaçı QSC-ə ödənilsin, qalan vəsait isə Cavabdeh qaytarılması, iş üzrə mütəxəssis rəyinin dəyəri olaraq İddiaçı QSC-dən 165 manat, cavabdehlərdən 135 manat tutularaq “xxxx” MMC-nin müxbir hesabına köçürülməsi və Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı QSC dən 55 manat, cavabdehlərdən 45 manat tutularaq X1 müxbir hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə, mülki işin materiallarını və məhkəmənin 2(060)-63/2021 saylı 05.05.2021ci tarixli qətnaməsini araşdıraraq hesab edir ki, iş üzrə qətnamə çıxarılarkən butun tələblər barədə məsələ hakim tərəfindən həll edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Məhkəmə AR MPM-nin 229.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki işin materiallarından görünür ki, iddiaçı hərracda satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi tədqirdə qalan məbləğin Cavabdeh, Zamin1, Zamin2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-63/2021 saylı 05.05.2021-ci tarixli qətnaməsindən görünür ki, məhkəmə iddianın qismən təmin edilməsi ilə bağlı nəticəyə gəlsə də, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən xüsusi mülkiyyətdə olan 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 19 kv.m yaşayış, 19 kv.m ümumi sahədən ibarət olan bir mərtəbəli, bir otaqlı 3463A saylı bağ evi açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 23574,52 ABŞ dolları əsas, 12346,79 ABŞ dolları faiz borc, 1179 ABŞ dolları cərimə olmaqla, cəmi 37100,31 ABŞ dolları borc və iddiaçı tərəfindən ödənilmiş 61,22 manat dövlət rüsumu İddiaçı QSC-ə ödənilsin, qalan vəsait isə Cavabdeh qaytarılması barədə qətnamə qəbul etmiş, iddiaçı tərəfindən sübutlar təqdim edilməsinə və araşdırılmasına baxmayaraq, hərracda satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi tədqirdə qalan məbləğin Cavabdeh, Zamin1, Zamin2 müştərək qaydada tutulması ilə bağlı iddiaçının tələbi hakim tərəfindən həll edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 229.1.1-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa əlavə qətnamə çıxara bilər. Məhkəmə hesab edir ki, iddiaçı İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-63/2021 saylı 05.05.2021-ci tarixli qətnaməsinə əlavə qətnamə çıxarılmalı və hərracda satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi tədqirdə qalan məbləğin Cavabdeh, Zamin1, Zamin2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 229-cu madddəsini rəhbər tutaraq, məhkəmə Qət etdi: Hərracda satışdan əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh, Zamin1, Zamin2 müştərək qaydada tutulsun. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-63/2021
Sumqayıt Şəhər Məhkəməsi Əlavə qətnamə — İş №2(060)-63/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver