Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-63/2022 01.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi məhkəmə iclas katibi X17 İddiaçılar İddiaçı1, nümayəndəsi X41, İddiaçı2 nümayəndəsi X49, X23 nümayəndəsi və vəkili Vəkil1, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb sürməyən üçüncü şəxs və cavabdeh Haqnəzərova Aynur Sahib qızı, nümayəndəsi X8 iştirakları ilə İddiaçı1 cavabdehlər Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontoruna qarşı «etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə», İddiaçı2 Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı DNK-ya qarşı «etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə», iddiaçı X23 cavabdehlər Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontoruna qarşı «etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə» və İddiaçı3 сavabdehlər Haqnəzərova Aynur Sahib qızı, X36 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə qarşı «etibarnamənin etibarsız hesab edilməsi tələbinə» dair barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontorunda 7E-37972 reyestr nömrə ilə 07.12.2020-ci ildə rəsmiləşdirilmiş etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontorunda 7E-37972 reyestr nömrə ilə 07.12.2020-ci ildə rəsmiləşdirilmiş etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X42 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontorunda 7E-37972 reyestr nömrə ilə 07.12.2020-ci ildə rəsmiləşdirilmiş etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və X42 iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, Əfqan Ərəbov tərəfindən Əkbərov Ruslan Arif oğluna RF-nın Moskva vilayəti Ximki notariat dairəsində 22.11.2016-cı il tarixli ** AA ***0660 saylı etibarnamənin və Ruslan Əkbərov tərəfindən 26.11.2020-ci ildə hazırki iş üzrə cəlb edilmiş A.Haqnəzərovaya verilmiş ** AB ***3073 nömrəli etibarnamələrin etibarsız hesab edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi X3 tərəfindən təsdiq edilmiş 07.12.2020-ci il tarixli, 7E-37972 reyestrli etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri bir-biri ilə əlaqəli olduğundan hər dörd iddia tələbi bir icraatda birləşdirilmişdir. Məhkəmədə İddiaçı1 iddia tələbini müdafiə edərək göstərdi ki, Onun bacısı oğlu X43 27 oktyabr 2020-ci ildə böyrək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. X22 adında bir qardaşı olmuş, Əfqan 2014-cü ildə daimi olaraq Azərbaycan Respublikasını tərk edərək xaricə köçmüş və 2019-cu ildən sonra ondan heç bir xəbər olmamışdır. Mərhum Rövşən söhbət əsnasında qardaşı Əfqanın xaricdə adını və soyadını dəyişdiyini və 2019-cu ildə vəfat etdiyini bildirmişdir. Mərhum bacısı oğlu Rövşən sağlığında ailə həyatı qurmamış və övladı olmamışdır. Onun hər iki valideyni də dünyasını dəyişmişdir. Rövşən sağlığında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və onun bir neçə yerdə daşınmaz əmlakları olmuşdur. Rövşənin ölümündən sonra o, və onun bacı-qardaşları onun qanun üzrə 4-cü növbə vərəsələri hesab edilirlər. Lakin onun ölümündən az bir müddət sonra onun bacısı qızı Haqnəzərova Aynur Sahib qızı özünü mərhum Rövşən Ərəbovun varisi olduğunu və guya mərhumun onun adına vəsiyyətnamə qoyduğunu bildirməklə faktiki olaraq onun əmlaklarına yiyələnməyə başladı. O, onun bu qanunsuz əməlləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş və Sumqayıt şəhər Pİ-nin 3cü PB-də araşdırma aparılmışdır. Həmin araşdırma zamanı A.Haqnəzərova izahat verərək göstərmişdir ki, guya Rövşən vəfat etdikdən sonra onun qardaşı Ərəbov Əfqan qardaşının vəfat etməsi barədə məlumatlandırılmış və Əfqan bunu bildikdən sonra Rusiya Federasiyasında yaşayan dayısı oğlu X31 2016-cı il tarixdə mülki etibarnamə vermişdir və sonuncu Rövşənin ölümünü bildikdən sonra 2020-ci ilin noyabr ayında onun adına vərəsəlik işinin aparılması məqsədi ilə etibarnamə vermiş və etibarnamə Sumqayıt şəhər 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı DNK-da təsdiq edilmişdir. Göründüyü kimi bacısı oğlu Rövşən 2020-ci ilin noyabr ayında dünyasını dəyişdiyi halda onun qardaşı Əfqan vərəsəliklə bağlı 2016-cı ildə necə etibarnamə verə bilər? A.Haqnəzərova mərhum R.Ərəbovun miras əmlakını qəbul etməsi ilə bağlı sonradan Sumqayıt Regional Asan Xidmət Mərkəzinə müraciət etmiş və orada vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işindən isə belə məlum olur ki, A.Haqnəzərovaya etibarnamə onun polisdə verdiyi izahatında göstərdiyi X44 adlı şəxs tərəfindən deyil, guya birbaşa Əfqan Ərəbov tərəfindən 26.11.2020-ci il tarixdə RF-nın Moskva vilayəti Ximki notarial dairəsində verilmişdir. Bundan başqa A.Haqnəzərova 07.12.2020-ci il tarixdə bu hüquqları X36 adlı şəxsə etibar etmişdir ki, həmin şəxsin onlara hər hansı bir qohumluq münasibəti yoxdur. Bildirmək istəyir ki, bütün qohumlarda olan məlumata görə Əfqan Ərəbov 2014-cü ildə Azərbaycan Respublikasını tərk etmiş və 2019-cu ildə dünyasını dəyişməklə xaricdə dəfn edilmişdir. Nə Rövşənin, nə də Əfqanın A.Haqnəzərova ilə normal münasibətləri olmamışdır. Bu uşaqlar kiçik yaşlarından valideyn himayəsindən məhrum olduqları üçün onlar dayıları olaraq onları böyütmüş və bu uşaqlar onlara bağlı və yaxın olmuşlar. X53 ölümündən sonra üzə çıxan bu «müəmmalı etibarnamə» qanunsuz olmaqla yanaşı, həm də saxtadır, əgər A.Haqnəzərovanm polis bölməsində verdiyi izahatını düzgün qəbul edilsə belə bir sual yaranır: Əfqan Ərəbov 2016-cı ildə hardan bilərdi ki, 2020-ci ilin noyabr ayında onun qardaşı Rövşən Ərəbov dünyasını dəyişəcək və Ruslan adlı şəxsə də vərəsəliyin qəbulu ilə bağlı etibarnamə verirdi? 2020-ci ilin noyabr ayının 26-da X62 şəhərinə gələrək şəxsiyyət vəsiqəsi əsasında orada A.Haqnəzərovaya etibarnamə verə bilməzdi, çünki onun şəxsiyyət vəsiqəsinin müddəti bitmiş və etibarsız bir vəsiqə hesab edilir. Bundan başqa xaricdən Moskva şəhərinə onun gəlməsi inandırıcı deyildir, belə ki, onlar qohumlar bu şəxsin 2019-cu ildə ölməsini şəxsən qardaşı Rövşən Ərəbovdan eşitmişlər, digər tərəfdən o xaricdə başqa ad, familiya altında yaşamışdır. Bütün bu hallar A.Haqnəzərovanın əldə etdiyi və mərhum R.Ərəbovdan miras qalan, külli miqdarda dəyərləndirilən əmlaklarına təkbaşına sahib çıxmaq üçün istifadə etdiyi etibarnamələrin saxta olması anlamına gəlir və buna görə də həmin etibarnamələr yoxlanılmalı və etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq, Əfqan Ərəbov tərəfindən Əkbərov Ruslan Arif oğluna RF-nın Moskva vilayəti Ximki notariat dairəsində 22.11.2016-cı il tarixli ** AA ***0660 saylı etibarnamənin və Ruslan Əkbərov tərəfindən 26.11.2020-ci ildə hazırki iş üzrə cəlb edilmiş A.Haqnəzərovaya verilmiş ** AB ***3073 nömrəli etibarnamələrin etibarsız hesab edilmələri barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı1 nümayəndəsi X41 İddiaçı1 izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı2 nümayəndəsi X49 və iddiaçı X23 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmədə İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçının bacısı oğlu X43 27.10.2020-ci il tarixdə ofisində xroniki böyrək xəstəliyindən vəfat etmişdir. X24 anası Ərəbova (Əkbərova) Solmaz Hüseyn qızı iddiaçının doğma bacısıdır. X14 subay olub və özündən sonra qanun üzrə 1-ci növbə vərəsə qoymadan vəfat edib. İddiaçının bacısı X32 16.03.2008-ci ildə, onun həyat yoldaşı Rövşənin atası X51 10.07.1997-ci ildə vəfat etmişdir. X24 yeganə qardaşı və qanun üzrə vərəsəsi X50 2013-cü Azərbaycan Respublikasını tərk etmiş və Avropaya getmişdir. Əvvəllər bir müddət onun Fransa Respublikasında olması barədə məlumat olsada sonradan onunla əlaqə kəsilmiş və onun hal-hazırda harada olması məlum deyildir. X43 vəfat etdikdən sonra iddiaçının müraciəti əsasında Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən bacısı oğlu X43 barəsində AZ -№ 133706 seriyalı ölüm haqqında şəhadətnamə verilmişdir. Qeyd etməlidir ki, X14 vəfat etdikdən sonra onu iddiaçı dəfn etmiş və mərhuma aid miras əmlakı faktiki iddiaçı qəbul etmiş və əmlaka sahiblik və əmlakı idarə etməyə başlamışdır. Bundan başqa X14na məxsus daşınar və daşınmaz əmlaklara aid hüquq müəyyən edici sənədlər və mərhumun özünə aid bütün sənədlər iddiaçıdadır. X14 vəfat etdikdən sonra ona aid əmlaklara sahiblənmək və həmin əmlakları ələ keçirtmək üçün bacım qızı Haqnəzərova Aynur Sahib qızı mənə müraciət edərək məndən ıərhum X33 aid ölüm haqqında şəhadətnaməni ona verməyimi istədi. O, mənə bunun əvəzində mərhuma aid əmlakı öz adma sənədləşdirdikdən sonra mənə iə həmin əmlakdan pay söz verdi. Lakin mən onun təklifini qəbul etmədim. Bundan sonra Haqnəzərova Aynur Sahib qızı 2013-cü ildən Azərbaycan Respublikasını tərk etmiş və hal- hazırda harda olması məlum olmayan X14nun qardaşı X34 adından Rusiya-Federasiyasının Ximki şəhərinin Notariusu tərəfindən təsdiq edilmiş Haqnəzərova Aynur Sahib qızının adına verilmiş saxta etibarnamə əldə edərək həmin etibarnamə əsasında X25 miras əmlakına dair Sumqayıt Asan Xidmət Mərkəzində Notariat X6 adından müraciət edərək 27.01.2021-ci il tarixdə, 8V-104 saylı vərəsəlik işi açılmasına nail olmuşdur. Haqnəzərova Aynur Sahib qızı Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi X3 ilə cinayətkar əlaqəyə girərək X34 adından Haqnəzərova Aynur Sahib qızının adına guya Rusiya Federasiyasında verilmiş saxta etibarnamə forması tərtib edilmiş və onun əsasında Haqnəzərova Aynur Sahib qızı X34 adından Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində 07.12.2020-ci il tarixdə X20 adına 2 il müddətinə 7E/37972 saylı etibarnamə vermişdir. Onun tərəfindən Sumqayıt şəhəri 4 saylı notariat ofisinə sorğu verilmiş və 07.12.2020-ci il tarixli 7E/37972 saylı etibarnamə və ona əlavə edilmiş sənədlər 18.03.2021 -ci il tarixli, 978 saylı məktubla Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən ona təqdim edilmişdir. Həmin sənədlərdən məlum olur ki, guya 22.11.2016-cı il tarixdə X16 Federasiyası vətəndaşı Əkbərov Ruslan Arif oğlu adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən təsdiq edilmiş və 17-9745 reyester nömrəsi ilə qeydiyyata alınmış etibarnamə vermişdir. Həmin etibarnamə ümumiyyətlə onlara Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədlərdə yoxdur və iş materiallarına əlavə edilməmişdir. Guya bundan sonra 26.11.2020-ci il tarixdə X10 Federasiyası Moskva Vilayəti Ximki şəhəri notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən təsdiq edilmiş, reyesterdə 50/73-n/50-2020-8-420 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında 4 il müddətində Haqnəzərova Aynur Sahib qızının adına X34 adından bütün səlahiyyətlərini həyata keçirilməsi ilə bağlı etibarnamə verilmişdir. 26.11.2020-ci il tarixdə X44 tərəfindən verilmiş və Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhəri notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən təsdiq edilmiş, reyesterdə 50/73-n/50-2020-8-20 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında Haqnəzərova Aynur Sahib qızı Sumqayıt şəhəri 4 saylı notariat ofisində 07.12.2020-ci il tarixli 7E/37972 reyesterli etibarnamə əsasında X34 adından X20 adına 2 il müddətinə miras əmlakı qəbul etmək və digər hərəkətləri həyata keçirtməklə bağlı etibamamə vermişdir. X7 Əfqan Kazım oğlunun adından Sumqayıt Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət edərək 27.01.2021-ci il tarixdə, 8V-104 saylı vərəsəlik işi açılmasına nail olmuşdur. Haqnəzərova Aynur Sahib qızının məqsədi saxta etibarnamə əsasında iddiaçının mərhum bacısı oğlu X24 adına olan əmlakı X34 adına vərəsəlik yolu ilə keçirilməsini təmin etmək sonradan isə həmin əmlakı sataraq mənimsəməkdir. Qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bacısı oğlu X34 Rusiya Federasiyası vətəndaşı X44 adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən təsdiq edilmiş və 17-9745 reyester nömrəsi ilə qeydiyyata alınmış etibarnamə verməsi tamamilə uydurmadır. Belə ki, X50 2013-cü ildən Azərbaycan Respublikasını tərk edərək Fransa Respublikasına köçmüş və hal-hazırda harada olması məlum deyil. X4 2016-cı ildə Rusiya Federasiyasında olmayıb və X44 adlı şəxsə 8 il müddətinə etibarnamə verməyib. İddiaçıda olan məlumata əsasən X44 iddiaçının bacısı oğlu X24 qeyri-qanuni oğludur. X9 2016-cı ildə Ərərbov Əfqanın etibarnamə verməsi tamamilə uydurmadır. Bu etibarnamə ümumiyyətlə Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində olan 07.12.2020-ci il tarixli 7E/37972 reyesterli etibarnamənin olduğu notarial işində iş materiallarında olmamışdır. Bundan başqa məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, X14nun qanun üzrə yeganə vərəsəsi mərhumun mirasını iddiaçı qəbul etmişdir. X24 əmlaklarına dair açılmış vərəsəlik işi üzrə iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə vərəsə kimi tanınmağı barədə 18.03.2021-ci il tarixdə Sumqayıt Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş və 18.03.2021-ci il tarixli, 811 saylı cavab məktubu ilə iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, X34 ümumiyyətlə Haqnəzərova Aynur Sahib qızı ilə əlaqəsi yoxdur, bundan başqa X26 tanımır. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində təsdiq edilmiş 07.12.2020-ci il tarixli 7E/37972 reyestrli etibarnamə X4nun iradəsini bildirmir və onun xəbəri olmadan saxta yola tərtib edilmiş etibarnamədir. Əgər Rusiya Federasiyasının Notarial Palatasına sorğu verilərsə 22.11.2016-cı il tarixli, 17- 9745 reyestrli və 26.11.2020-ci il tarixli, 50/73-n/50- 2020-8-420 reyester nömrəsi ilə qeyd edilmiş etibarnamələrin qüvvədə olmadığı məlum olacaq. Bundan başqa Rusiya Federasiyasının Dövlət Sərhəd Xidmətinə sorğu verilərsə 2016-cı ildə X24 ümumiyyətlə Rusiya Federasiyasına getmədiyi məlum olacaq. Odur ki, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi X3 tərəfindən təsdiq edilmiş 07.12.2020-ci il tarixli, 7E-37972 reyesterli etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi X3 tərəfindən təsdiq edilmiş 07.12.2020-ci il tarixli, 7E-37972 reyestrli etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə müstəqil tələb sürməyən üçüncü şəxs və cavabdeh Haqnəzərova Aynur Sahib qızı iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçılar onun doğma dayıları, X43 isə doğma xalası oğludur. Rövşən 27.10.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. Rövşən öldükdən sonra yeganə vərəsəsi olan doğma qardaşı X50 qardaşının vəfat etməsi barədə məlumatlandırmışdır. Əfqan qardaşının ölümünü bildikdən sonra ona Rusiya Federasiyasında yaşayan dayısı oğlu olan X31 2016-cı il tarixdə öz işləri ilə əlaqədar mülki etibarnamə verdiyini söyləmişdir. O, Ruslan ilə əlaqə saxlayan zaman Ruslan Əfqanın dediklərini təsdiq etmiş və Əfqanın ona vermiş olduğu etibarnamədən ona 2020-ci ilin noyabr ayında onun adından Rövşənə aid vərəsəlik işlərində çıxış etmək üçün etibarnamə vermiş, həmin etibarnamə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı Notariat Kontorunda təsdiq olunmuşdur. Hazırda mərhumun 2-ci növbə vərəsə-doğma qardaşının olmasına baxmayaraq, 4-cü növbə vərəsə olan dayıları mirasa sahib olmaq istəyir. Əfqan Ərəbov etibarnamə ilə ona bütün dövlət və qeyri dövlət orqanlarında, müəssisələrdə, təşkilatlarında onu təmsil etmək səlahiyyəti vermişdir. Lakin buna baxmayaraq, miras qoyanın etibarnamə ilə satın aldığı avtomaşına verilən etibarnamə iddiaçıların təşəbbüsü ilə etibarnamə verən tərəfindən notariusda ləğv edilmiş və mirasa daxil olan avtomaşın birlikdə satılaraq mənimsənilmişdir. Hesab edir ki, etibarnamənin etibarsız hesab edilməsi neqativ hallara səbəb olacaq və qanun üzrə vərəsənin hüquqlarını pozacaqdır. 07.12.2021-ci il tarixli 7E-37972 reyestrli etibarnamə iddiaçıların şikayəti əsasında Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində Səbail rayon prokurorluğunda, Sumqayıt şəhər Prokurorluğu və Sumqayıt şəhər Polis İdarəsində dərindən yoxlanılmış, etibar edənin sağ olduğu təsdiqini tapmış və etibarnamədə heç bir qanun pozunluğu müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə müstəqil tələb sürməyən üçüncü şəxs və cavabdeh Haqnəzərova Aynur Sahib qızının nümayəndəsi X19 A.Haqnəzərovanın izahatına uyğun izahat verərək iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb sürməyən üçüncü şəxs və cavabdeh X36 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərmişdir ki, etibarnamənin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Belə ki, etibarnamə verilən zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçılar tərəfindən müvafiq dövlət qurumlarına etibarnamənin saxta olması barədə şikayət etsələrdə, bu öz təsdiqini tapmamışdır. Hazırda iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontoru, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qimsində işə cəlb olunmuş X50 və X44 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin nümayəndələrinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qimsində işə cəlb olunmuş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda cavabdeh Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisi tərəfindən məhkəməyə daxil olmuş məktubda, məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Bundan başqa cavabdeh Sumqayıt şəhər 4 saylı Dövlət Notariat ofisinin xüsusi X3 vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, X43 27.10.2020-ci il tarixdə vəfat etdikdən sonra, onun qardaşı və yeganə varisi olan X50 xaricdə yaşadığı üçün öz hüquqlarının həyata keçirilməsi baxımından xalası qızı Haqnəzərova Aynur Sahib qızına etibarnamə vermişdir. Məhz bu müvafiq olaraq Sumqayıt şəhəri 4 saylı Notariat ofisi 07.12.2020-ci il tarixdə Rusiya Federasiya Notarial Kontorundan verilmiş etibarnamə qüvvədə olması yoxlandıqdan sonra, qüvvədə olması barədə notarial palatadan elektron çıxarış alındıqdan sonra bu etibarnamə notarius tərəfindən verilmişdir. Həmçinin onu da qeyd edir ki, notariat ofisi tərəfindən verilmiş etibarnamə “Notariat haqqında qanuna və notariat hərəkətlərin aparılması qaydaları haqqında” təlimata uyğun olaraq tərcümə olunaraq etibarnamə verilmişdir. Qeyd olunan etibarnamə əsasında Sumqayıt Şəhər “Asan Xidmət” mərkəzində vərəsəlik işi açılmışdır. İddiaçı1 etibarnamənin saxta olması barədə məhkəmədən öncə hüquq-mühafizə orqanlarına etdiyi şikayətlər əsasında, yəni Sumqayıt şəhər prokurorluğunda, Bakı şəhər Səbail rayon prokurorluğunda, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində və Sumqayıt şəhər 3-cü polis bölməsində hərtərəfli, tam və obyektiv araşdırmalar aparılmış, həmin etibarnamələrin qanuni və əsaslı olması qənaətinə gəldikləri üçün verilən şikayətlərin rədd edilməsi ilə bağlı qərar çıxarılmışdır. Azərbaycan Respublikası MM-nin 1159.2-ci maddəsinə əsasən, X24 yeganə varisi kimi qardaşı X1 həyata keçirilməsi baxımından Haqnəzərova Aynur Sahib qızına 07.12.2020-ci il tarixdə etibarnamə verilmişdir. Qeyd olunanları nəzərə alaraq, etibarnamənin qüvvədə qalması və verilən iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçılar İddiaçı1, nümayəndəsi X41, İddiaçı2 nümayəndəsi X49, X23 nümayəndəsi və vəkili Vəkil1, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb sürməyən üçüncü şəxs və cavabdeh Haqnəzərova Aynur Sahib qızı, nümayəndəsi X8 və müstəqil tələb sürməyən üçüncü şəxs və cavabdeh X20 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, hər iki iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin İddiaçı1 ünvanladığı 15.03.2021-ci il tarixli məktubun surətindən görünür ki, icraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq İİ-ci dərəcəli vərəsə müraciət edib, vərəsələr arasında mübahisə olduğundan Sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunur və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan 25.02.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı1 Sumqayıt şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək bildirmişdir ki, vəfat etmiş bacısı oğlu X33 məxsus əmlakları bacısı qızı olan Haqnəzərova Aynur Sahib qızı qanunsuz yolla ələ keçirmişdir. Aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 27.01.2021-ci il tarixli, 8V-104 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notarial işinə əlavə edilmiş AZ-İİ № 120563 saylı, 21.01.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X43 17 noyabr 2020-ci il tarixdə xroniki böyrək xəstəliyi səbəbi ilə ölmüşdür. İş materiallarında olan Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 27.01.2021-ci il tarixli, 8V-104 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notarial işinə əlavə edilmiş 08.01.2021-ci il tarixli, №05/Q-62/69 saylı, doğum haqqında şəhadətnamənin çıxarışın surətindən görünür ki, X43 15 avqust 1969-cu ildə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında-X51, ana qrafasında X32 qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 27.01.2021-ci il tarixli, 8V-104 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notarial işinə əlavə edilmiş 27.01.2021-ci il tarixli №05/Q-224/69 saylı, arayışın surətindən görünür ki, X24 nikahı haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 27.01.2021-ci il tarixli, 8V-104 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notarial işinə əlavə edilmiş AZ-İİ № 149124 saylı, 19.01.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X32 16 mart 2008-ci ildə ölmüşdür. İş materiallarında olan Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 27.01.2021-ci il tarixli, 8V-104 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notarial işinə əlavə edilmiş 8V-104, 27.01.2021-ci il tarixli ərizənin surətindən görünür ki, X50 27.10.2020-ci il tarixdə ölmüş X21 qalmış miras əmlakı qəbul edir. Miras əmlak Daşınmaz əmlaklardan, nəqliyyat vasitələrindən və pul məbləğlərindən ibarətdir. İş materiallarında olan Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 27.01.2021-ci il tarixli, 8V-104 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notarial işinə əlavə edilmiş 08.01.2021-ci il tarixli, №05/Q-61/69 saylı, doğum haqqında şəhadətnamənin çıxarışın surətindən görünür ki, X50 04 fevral 1965-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında-X51, ana qrafasında X32 qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 27.01.2021-ci il tarixli, 8V-104 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notarial işinə əlavə edilmiş AR-İİ № 203048 saylı 07.12.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 Haqnəzərova Aynur Sahib qızı vasitəsi ilə X27 etibar edilmişdir. Etibarnamə 2 il müddətə, yəni 07.12.2022-ci il tarixədək verilmişdir. İş materiallarında olan 26 noyabr 2020-ci il tarixli Moskva vilayətinin Ximki şəhərində rəsmiləşdirilmiş etibarnamədən görünür ki, X11 Əfqan Kazım oğlunun adından Haqnəzərova Aynur Sahib qızına 8 il müddətinə etibarnamə vermişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Prokurorluğunun 15.02.2021-ci il tarixli məktubundan görünür ki, 27.10.2020-ci il tarixdə ünvan 4 ünvanında vəfat edən X24 qardaşı Əfqan Ərəbov tərəfindən X36 və Haqnəzərova Aynur Sahib qızına 07.12.2020-ci il tarixli, AR İİ № 203048 nömrəli etibarnamə verilməsi, İddiaçı3 akt əsasında verilmiş evin, maşının açarlarının, ölüm haqqında şəhadətnamənin ona qaytarılması və s.barədə müraciəti əsasında tərəfindən araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı 04 saylı notariat ofisinin xüsusi X3nun əməllərində hər hansı cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən 15.02.2021-ci il tarixdə Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin İddiaçı2 ünvanladığı 06.04.2021-ci il tarixli məktubundan görünür ki, icraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq İİ-ci dərəcəli vərəsə müraciət edib, Sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunur və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin X35 ünvanladığı 01.04.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu və 1160-cı maddələrinə əsasən ona vərəsəlik hüququ haqqında şəhadətnamaə verilmir və məhkəməyə müraciət etmək tövsiyə olunur. İş materiallarında olan X48 Palatasının elektron bazasından çıxarışdan görünür ki, 22.11.2016-cı il tarixli 17-9745 reyestr nömrəli etibarnamə (X50 tərəfindən X31 verilmiş etibarnamə) ləğv edilməmişdir. İş materiallarında olan X48 Palatasının elektron bazasından çıxarışdan görünür ki, 26.11.2020-ci il tarixli 50/73-h/50-2020-8-420 reyestr nömrəli etibarnamə (X28 X34 adından Haqnəzərova Aynur Sahib qızına verilmiş etibarnamə) ləğv edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin İddiaçı3 ünvanladığı 18.03.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu və 1160-cı maddələrinə əsasən (əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir) əsasən ona vərəsəlik hüququ haqqında şəhadətnamaə verilmir və məhkəməyə müraciət etmək tövsiyə olunur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-774\2019 saylı, 02.07.2019-cu il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh X33 qarşı “zəbt olunmuş torpaaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7254/2021 saylı, 26.10.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Behbudova (Əkbərova) Sona Hüseyn qızının Sumqayıt şəhəri 4 saylı X30 7E-37972 reyestr nömrə ilə 07.12.2020ci ildə rəsmiləşdirilmiş etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisində 2-ci dərəcə vərəsə adından açılmış vərəsəlik işinin ləğvi barədə iddia tələbi rədd edilməsi qət edilmişdir. Məhkəmə iddiaçıların dəlilləri ilə bağlı qeyd edir ki, əqdlərin etibarsız hesab edilməsinın ümumi əsasları Mülki Məcəllənin 337-ci maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsində isə deyilir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd edilən maddədə etibarsız əqdlərə verilən ümumi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmasıdır. Bu şərtlər əsasən subyektlə bağlı olan, habelə əqdin forma və məzmununa aid olan şərtlərdir. Əqdlərin etibarlı olması üçün onu bağlayan şəxsin səlahiyyətinin olub-olmaması isə xüsusi əhəmiyyət daşıyır. Çünki lazımı səlahiyyətə malik olmayan şəxs tərəfindən bağlanmış əqd əhəmiyyətsizdir və belə əqd hər hansı hüquqi nəticə yaratmaq qabiliyyətinə malik deyil. Əhəmiyyətsiz əqdin etibasızlığı anını isə qanun (MM-nin 337-cü maddəsi) onun bağlanması ilə eyni vaxtda baş verməsini müəyyən etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarında da qeyd edilir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə məhkəmə araşdırmasi zamanı müəyyən edilmişdir ki, 27 oktyabr -2020-ci il tarixdə ölmüş X21 qalmış miras əmlakın qəbuluna dair Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində 27.01.2021-ci il tarixli, 8V- 104 reyestr nömrəsi ilə vərəsəlik işi rəsmiləşdirilmişdir. Vərəsəlik işi X24 qardaşı X34 adından etibarnamə əsasında X20 müraciəti əsasında qeydiyyata alınmışdır. X12 Ruslan Arif oğluna 22.11.2016-cı il tarixli 17-9745 reyestr nömrəli etibarnamə vermişdir (Moskva vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən təsdiq edilmiş), X44 ona verilmiş səlayiyyətləri 26.11.2020-cı il tarixli 50/73-h/50-2020-8-420 reyestr nömrəli etibarnamə ilə Haqnəzərova Aynur Sahib qızına ötürmüş (Moskva vilayəti Ximki notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən təsdiq edilmiş), Haqnəzərova Aynur Sahib qızı isə ova verilmiş səlahiyyətləri 07.12.2020-ci il tarixli, AR-İİ № 203048 saylı etibarnamə ilə X27 ötürmüşdür (Sumqayıt şəhəri 4 saylı notariat ofsinin xüsusi notariusu C.Q.Rüstəmov tərəfindən təsdiq edilmiş). Qeyd edilən etibarnamələrin ləğv edilməsinə və ya eribarsız hesab edilməsinə dair hər hansı bir sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. X24 qardaşı X50 mirası nümayəndə vasitəsilə qəbul etmişdir. Vərəsəlik işi qanunvericiyin normalarına əsasən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə görə miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə gör qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.2-ci maddəsinə görə ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-cü maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa-şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 364.1-ci maddəsinə görə etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Qeyd edilənlərə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və X23 cavabdehlər Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə və Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontoruna qarşı «etibarnamənin etibarsız hesab edilməsi və vərəsəliyin ləğvi tələbinə» və İddiaçı3 сavabdehlər Haqnəzərova Aynur Sahib qızı, X36 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə qarşı «etibarnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddiaları rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 rriart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1 -ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında-işə -baxmaq-mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü do müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı1, İddiaçı2, X42 və İddiaçı3 tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-63/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-63/2022
01.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver