Məhkəmə qərarları › İş №2(060)-631/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-631/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-631/2022 27.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 27 yanvar 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.01.2020-ci il tarixli müqaviləyə əsasən, Amur yataq dolab və Samsung markalı paltaryuyan üçün 1084,8 manat ödənilməmiş hissə, 231 manat cərimə pulu, 09.09.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı soyuducu üçün 1712,8 manat ödənilməmiş hissə, 33,9 manat cərimə pulu, 30.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********006137 olan Samsung Galaxy A40 markalı telefon üçün 359 manat ödənilməmiş hissə, 108 manat cərimə pulu, 01.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********96238 olan X3 9S markalı telefon üçün 5194,9,8 manat ödənilməmiş hissə, 171 manat cərimə pulu, 14.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********34244 olan Samsung Galaxy A51 markalı telefon üçün 746,2 manat ödənilməmiş hissə, 204,6 manat cərimə pulu, 06.12.2019-cu il tarixli müqaviləyə əsasən, Zeta yumşaq mebel əşyası 720 manat ödənilməmiş hissə, 183,6 manat cərimə pulu, 27.12.2019-cu il tarixli müqaviləyə əsasən, Amur dolab, çarpayı, tumba, termo və Uretan döşək mebeş əşyaları üçün 1240 manat ödənilməmiş hissə, 297,6 manat cərimə pulu, 05.05.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********32030 olan X3 9S markalı telefon üçün 658,8 manat ödənilməmiş hissə, 194,9 manat cərimə pulu, ümumilikdə 6886 manat borcun və 88,86 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 01.01.2020, 09.09.2019, 30.12.2019, 01.06.2020, 14.02.2020, 14.02.2020, 06.12.2019, 27.12.2019-cu il tarixli müqavilələrə əsasən məişət əşyaları almış və nəticədə mağazaya 6886 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1864,8 manat (24 ay x 7.70 manat + 0 manat ilkin ödəniş) olan Amur yataq dolab və Samsung markalı paltaryuyan üçün ümumilikdə, 1315,8 manat olmaqla ondan 1084,8 manat ödənilməmiş hissə, 231 manat cərimə pulu; 09.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1245 manat (11 ay x 113 manat + 2 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu üçün ümumilikdə, 146,7 manat olmaqla ondan 112,8 manat ödənilməmiş hissə, 33,9 (iyirmi iki) manat cərimə pulu; 30.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 546 manat (12 ay x 45,5 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********006137 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə 467 (iki min dördyüz altmış altı) manat olmaqla ondan 359 (iki min iki yüz qırx iki) manat ödənilməmiş hissə, 108 (iki yüz iyirmi dörd) manat cərimə pulu; 01.06.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 694,8 manat (12 ay x 57,9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********96238 olan X3 9S markalı telefon üçün ümumilikdə, 710,8 manat olmaqla ondan 539,8 manat ödənilməmiş hissə, 171 (on bir) manat cərimə pulu hesablanmışdır. 14.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 872,2 manat (14 ay x 62,3 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********34244 olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 950,8 manat olmaqla ondan 746,2 (yetmiş) manat ödənilməmiş hissə, 204,6 manat cərimə pulu hesablanmışdır. 06.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 864 manat (24 ay x 36 manat + 0 manat ilkin ödəniş) olan Zeta yumşaq mebel əşyası üçün ümumilikdə 903,6 manat olmaqla ondan 720 manat ödənilməmiş hissə, 183,6 manat cərimə pulu hesablanmışdır. 27.12.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1488 manat (24 ay x 62 manat + 0 manat ilkin ödəniş) olan Amur dolab, çarpayı, tumba, termo və Uretan döşək mebel əşyaları üçün ümumilikdə 1537,6 manat olmaqla ondan 1240 manat ödənilməmiş hissə, 297,6 manat cərimə pulu hesablanmışdır. 05.05.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 718,8 manat (12 ay x 59,9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********32030 olan X3 9S markalı telefon üçün ümumilikdə 853,5 manat olmaqla ondan 658,8 manat ödənilməmiş hissə, 194,9 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2832,2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqviıu gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) bildiriş göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.01.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Amur yataq dolab və Samsung markalı paltaryuyan almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.09.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Samsung markalı soyuducu almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.12.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********006137 olan Samsung Galaxy A40 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.06.2020-ci il tarixli nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********96238 olan X3 9S markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.02.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********34244 olan Samsung Galaxy A51 markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06.12.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Zeta yumşaq mebel əşyası almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.12.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Amur dolab, çarpayı, tumba, termo və Uretan döşək mebel əşyaları almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.05.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********32030 olan X3 9S markalı telefon almışdır. İş materiallarında olan 30.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə səkkiz müqavilə üzrə cəmi 6886 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan 21.12.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeha yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 01.02.2019, 13.09.2019, 171.09.2019, 10.07.2019, 15.03.2019, 06.06.2019, 24.09.2019, 05.05.2020ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf hər bir müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 5461,4 (1084,8+112,8+359+539,8+746,2+720+1240+658,8) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 1424,6 (231+33,9+108+171+204,6+183,6+297,6+194,9) manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 155 (30+5+10+20+20+20+30+20) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 80% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 88,86 manat dövlət rusumunun 71 manatı cavabdehdən tutulmalı, 17,86 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 01.01.2020-ci il tarixli müqaviləyə əsasən, Amur yataq dolab və Samsung markalı paltaryuyan üçün 1084,8 (bir min səksən dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə pulu, 09.09.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı soyuducu üçün 112,8 (bir yüz on iki manat səksən qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə pulu, 30.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********006137 olan Samsung Galaxy A40 markalı telefon üçün 359 (üç yüz əlli doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə pulu, 01.06.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********96238 olan X3 9S markalı telefon üçün 539,8 (beş yüz otuz doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu, 14.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********34244 olan Samsung Galaxy A51 markalı telefon üçün 746,2 (yeddi yüz qırx altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu, 06.12.2019-cu il tarixli müqaviləyə əsasən, Zeta yumşaq mebel əşyası üçün 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu, 27.12.2019-cu il tarixli müqaviləyə əsasən, Amur dolab, çarpayı, tumba, termo və Uretan döşək mebel əşyaları üçün 1240 (bir min iki yüz qırx) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə pulu, 05.05.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********32030 olan X3 9S markalı telefon üçün 658,8 (altı yüz əlli səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu, ümumilikdə 5616,40 (beş min altı yüz on altı manat qırx qəpik) manat borc və 71 (yetmiş bir) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar