Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6320/2022 27.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Toyota Camry minik” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə bağlı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi məqsədilə 3750 manat məbləğində pulun və 57,5 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 avqust 2022-ci tarixdə, saat 06:50 radələrində Sumqayıt şəhəri, M.Əsədov küçəsində “Qərb” saray şadlıq evinin qarşısında iddiaçıya məxsus “Toyota Camry minik” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində işıqforda dayandığı zaman arxadan gələn ağ rəngli “VAZ 21074” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil avtomobilini arxadan vurmuşdur. Həmin nəqliyyat vasitəsini idarə edən cavabdeh Azərbaycan Respublikasının DİN-in 102 xidmətinə məlumat verdiyini eşidən kimi avtomobili yolun əks istiqamətində sürərək hərəkətdə olan avtomobillərə təhlükəli vəziyyət yaradaraq hadisə yerini tərk etmişdir. Hadisədən sonra avtomobili “TOYOTA-Abşeron” mərkəzində təminatda olduğu üçün servizə apararaq təmirinin qiymətləndirilməsi üçün müraciət etdikdə təmir xərcinin 6003,7 manat (ehtiyat hissələri və zəhmət haqqı) olduğu, təmir zamanı maşın söküldükdə həmin qiymətdə dəyişiklik ola biləcəyi bildirilmişdi. İddiaçı maşını təmir etdirməyib ehtiyyat hissələrinin və zəhmət haqqının başqa avto ehtiyyat hissələri mağazaları və servizlərdə də dəqiqləşdirmək qərarına gəlmişdir. Ehtiyyat hissələrinin alınmasına 2210 manat, təmir ilə bağlı zəhmət haqqı 1550 manat olmaqla, ümumilikdə maşının təmirinə 3760,0 manat xərci çıxmışdır. Cavabdeh isə həmin məbləği ona ödəməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianın etirafı barədə ərizə təqdim edərək bildirdi ki, iddia tələbi ilə razıdır. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə idiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallaır ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1983-cü ildə, cavabdeh isə xx.xx.1996-cı ildə anadan olmuşdur. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər DYPŞ-nin əməkdaşı tərəfindən cavabdeh barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolda göstərilmişdir ki, cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 327.6, 332.4. maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xəta (xətalar) törətmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2093/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4. maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən, “Toyota Camry” minik markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir xərclərinin ümumi miqdarı 6003,79 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına “Toyota Camry” minik markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin foto-şəkilləri əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Mülki Məcəllədə həmçinin göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, 03 avqust 2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdehin təqsirli hərəkətləri ilə iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Bununla da iddiaçı maddi ziyana məruz qalmışdır. Cavabdeh bununla bağlı iddianın etiraf edilməsi barədə ərizə də təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2.). Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər (220.4). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Toyota Camry” minik markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə bağlı dəymiş ziyan qismində 3750 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 57,5 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 3750 (üç min yeddi yüz əlli) manat pul və 57 (əlli yeddi) manat 50 (əlli) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6320/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6320/2022
27.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver