Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-633/2024 01.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-728/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 23:00-dan növbəti gün 07:00-dək yaşadığı ünvanını tərk etməmək Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması, ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Hökm və onun icra olunması barədə göstəriş icra olunması üçün xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Məhkum Cavabdeh xx.xx.2022-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd enerji adapteri təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədəlikdə ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən onun çəkilməmiş cəzası dəyişdirilərək 11 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkumdan elektron nəzarət vasitəsi açılıb götürülmüş və emal üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli texniki rəyə əsasən qurğuya kənar müdaxilə edilərək təmir olunmasının mümkünsüzlüyü və istifadəyə tam yararsız olduğu qeyd edilmişdir. Belə olan halda cavabdeh məsuliyyətli olmadığından mobil nəzarət qurğusu istifadəyə tam yararsız olduğu üçün maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında Cavabdeh videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə iclasına qoşularaq iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, o, qurğunu sındırmamışdır. Belə ki, qurğu ona verilən zaman nasaz vəziyyətdə idi. İdarəyə bununla bağlı müraciət etmiş, qurğunun sınması ilə bağlı ərizə yazmışdır. Qurğuya ümumiyyətlə müdaxilə etməmişdir. Sındığı zaman heç əlini belə vurmamışdır. Qurğu açılacaq bir şey deyil. Qurğuda nasazlıq olduğu günün səhəri idarəyə yaxınlaşıb bildirmişdir. Əlavə olaraq da bildirir ki, dəymiş zərəri ödəməyə imkanı yoxdur. Təqsirli olmadığı üçün iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə:
6. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-127/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən təqdimat təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-728/2022 saylı, xx.xx.2022-ci tarixli hökmü ilə məhkum Cavabdeh CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən hissəsinin müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz olunmasına dair İddiaçı böyük icra məmuru Nümayəndə təqdimatının təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-728/2022 saylı, xx.xx.2022-ci tarixli hökmü ilə Cavabdeh təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 il 10 ayı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 11 ay müddətinə azadlıqdan məhrumetmənövündə cəza ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, Cavabdeh cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 14 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır.
7. İş materiallarında olan İddiaçı böyük icra məmuru Nümayəndə məhkum Cavabdeh iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkumun üzərinə İddiaçınə məlumat vermədən saat 23:00-dan növbəti gün 07:00-dək yaşadığı evi tərk etməmək Sumqayıt şəhəri hüdudlarından çıxamamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına edən nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmuşdur. Həmin hökmün icrası ilə əlaqədar Cavabdeh yaşadığı ünvanda olmuş, ona hüquq və vəzifələri izah olunduqdan sonra elektron nəzarət vasitəsi məhkumun tətbiq üzərinə tətbiq olundu. Məhkuma bir daha elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi barədə xəbərdalıq edildi. Bundan sonra məhkuma “Attenti” markalı elektron qurğu tətbiq olunaraq 1 ədəd mobil qurğu və 1 ədəd enerji adaptrı təhvil verildi. Mənkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi və ona protokolun surəti təqdim edilərək yaddaş kitabçası verildi.
8. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ED 000254 №-li elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən, “Attenti V6” markalı mobil qurğuya texniki baxış keçirilmiş, qurğunun qapağına kley vurulmuş, təmiri mümkün olmadığından istifadəyə tam yararsız olması müəyən edilmişdir.
9. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Attenti” markalı elektron nəzarət qurğusunun qiyməti 2277,40 manat təşkil edir.
10. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Göstərilən Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
15. Göstərilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
16. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.
17. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilər tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur.
18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli hökmü ilə onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsi tətbiq edilmiş, Cavabdeh elektron nəzarət vasitəsini zədələmişdir.
19. Məhkəmə onu da qeyd edir ki, Ədliyyə Nazirliyinin verdiyi məlumata görə həmin elektron nəzarət vasitələrinin dəyəri 2277,40 manat təşkil edir.
20. Məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır və iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur.
21. Beləliklə, məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul alınaraq X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T CTREAZ22, Ədliyyə Nazirliyi hesab № AZ18CTRE********************, VÖEN 130028611, büdcə təsnifatının kodu 142120, büdcə səviyyəsinin kodu:7 hesabına ödənilməlidir.
22. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
25. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul alınaraq X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T CTREAZ22, Ədliyyə Nazirliyi hesab № AZ18CTRE********************, VÖEN 130028611, büdcə təsnifatının kodu 142120, büdcə səviyyəsinin kodu:7 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva