Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6348/2022 19.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı cavabdehlər Cavabdeh3, Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə və maraqlı tərəf Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi, borcun ödənilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə və maraqlı tərəf Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi, borcun ödənilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh3 arasında bağlanmış 25 iyun 2021-ci il tarixli kredit müqaviləsinə almış olduğu 14.000 manat borc pul Cavabdeh3 tərəfindən tam, hətta artıqlaması ilə ödənildiyi üçün Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu X1 30 iyul 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi, borcun ödənilmiş hesab edilməsi və iddia ərizəsinə görə ödədiyi dövlət rüsumunun Cavabdeh3 aid edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 150.0.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddələrinin tələblərinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı ödəniş qəbzindən görünür ki, İddiaçı dövlət büdcəsinə 30 manat ödəniş etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Hazırki iddia tələbi icra qeydinin ləğv edilməsi barədə olmaqla qiymətləndirilməyən iddia tələbidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödənilməli idi, iddiaçı isə 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə iddiaçı qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəmədiyindən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə və maraqlı tərəf Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi, borcun ödənilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinəəsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh3, Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə və maraqlı tərəf Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi, borcun ödənilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6348/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6348/2022
19.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver