Məhkəmə qərarları › İş №2(060)-635/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-635/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-635/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədova Naib Abdulhüseyn oğlunun katibliyi, X2 iştirakı ilə, X2 cavabdeh X6 qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 cavabdeh X6 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-yə ödədiyi 1724,40 manat məbləğinin, 20 manat dövlət rüsumunun və 122,20 manat icra ödənişinin, “xxxx”ASC-də olan kredit borcuna görə pensiyasından tutulan 765 manat məbləğin, ümumilikdə 2631 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-yə ödədiyi 1724,40 manat pulun, icra ödənişinə görə ödənilmiş 122,10 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdeh X3 onun xeyrinə tutulmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı izahatında göstərdi ki, cavabdehi qonşusu Elnarənin vasitəsilə tanımışdır. Sevinc Elnarənin dayısı qızıdır. Sonuncu dayısı qızına pul lazım olduğunu və buna görə də zamin durmasını, bundan başqa bankdan öz adına pul götürərək ona borc verməsini xahiş etmişdir. Aralarında olan güvənə əsaslanaraq bu xahişlə razılaşmışdır. Belə ki, cavabdeh borcunu 1 aya bağlayacağını bildirmişdir. Cavabdeh 2014-cü il tarixdə “Express Bank”-dan 2.500 manat məbləğində kredit götürmüşdür. O da ikinci zamin kimi həmin müqaviləyə imza etmişdir. Cavabdeh ödənişi vaxtlı-vaxtında ödəmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1671/2016 saylı, xx.xx.2016-ci il tarixli əmri ilə 1.724,40 manat borcun, 20 manat dövlət rüsumunun, 7% həcmində icra ödənişi 122,10 manat məbləğində pulun ondan və cavabdehdən müştərək qaydada tutulması əmr edilmişdir. Həmin məbləğ isə əsas borcludan deyil, ikinci zamin olan ondan tutulmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” ASC borc alan X6 illik 25 % ödəmək şərti ilə 24 ay müddətə 2500 məbləğində kredit verməyi, borclu isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” ASC ilə X14 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin Qəmsiyyə Orucova xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə X4 öhdəliklərinin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1671/2016 saylı xx xxxxxx 2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, iddiaçı “xxxx” ASC-nin cavabdehlər X6 və X11 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair ərizəsi təmin edilmiş, cavabdehlər X3 və X9 müştərək qaydada iddiaçı “xxxx” ASC-nin xeyrinə 1393,42 manat əsas borc, 330,98 manat faiz borcu olmaqla, ümumilikdə 1724,4 və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2021-ci il tarixli 41 saylı arayışından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1671/2016 saylı xx xxxxxx 2016-cı il tarixli icra sənədi üzrə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən 57 saylı körpələr evi uşaq bağçasının tərbiyəçisi X10 əmək haqqına yönəlmiş cərimənin ümumi məbləği 1846,50 manat olmuşdur. Banka olan ümumi borc 1724,40 manat, məhkəmənin təyin etdiyi 7% məbləği 122,10 manat olmuşdur. X13 X8 borcu yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda X7 vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə məhkəmə əmrinə əsasən X3 və kredit müqavləsi üzrə öhdəliklərin təminatı olaraq üzərinə birgə məsuliyyət götürmüş zamin X1 borcunun müştərək qaydada tutulması qət edilmiş, icra sənədi üzrə borc məbləğindən 1724,40 manat miqdarda pul məbləği, eləcə də icra xərcləri olaraq 122,20 manat zamin X9 “xxxx” ASC-nin hesabına tutulmuşdur. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472, 475-ci maddələrinə istinadən qiymət verərək iddiaçının tələbini əsaslı və qanuni hesab edir. Odur ki, 1724,40 manat və 122,10 manat icra ödənişi olmaqla, cəmi 1846,50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 1724,40 manat (bir min yeddi yüz iyirmi dörd manat, qırx qəpik) borc, icra xərclərinin əvəzi olaraq 122,10 manat olmaqla cəmi 1846,50 (bir min səkkiz yüz qırx altı manat əlli qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat X10 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar