Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-635/2024 15.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(060)-8341/2021 saylı qətnaməsinin qəbul edildiyi 23 noyabr 2021-ci il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 23 noyabr 2023-cü il tarixədək olan 2 il müddətində 1533,8 (bir min beş yüz otuz üç manat səksən qəpik) manat gecikdirilmiş faiz borcunun və 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumunun, cəmi 1569,8 (bir min beş yüz altmış doqquz manat səksən qəpik) pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(060)-8341/2021 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq onun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilərək, Cavabdeh 15 338 (on beş min üç yüz otuz səkkiz) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, lakin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbilərindən yayınması səbəbindən mümkün olmamışdır. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxlamaqla onu pulundan fayda əldə etməkdən məhrum etmişdir. Odur ki, cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq 23 oktyabr 2023-cü il tarixli, 1152/23 saylı pretenziya məktubu ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 1533,8 (bir min beş yüz otuz üç manat səksən qəpik) manat pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışdır. Lakin cavabdeh qətnaməni yenə də icra etməmişdir. Aşağıda göstərilənlərə əsasən Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(060)-8341/2021 saylı qətnaməsinin qəbul etdiyi 23 noyabr 2021-ci il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 23 noyabr 2023-cü il tarixədək olan 2 il müddətində 1533,8 (bir min beş yüz otuz üç manat səksən qəpik) manat gecikdirilmiş faiz borcunun və 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumunun, cəmi 1569,8 (bir min beş yüz altmış doqquz manat səksən qəpik) pulun alınaraq ona ödənilməsi zəruridir. İşin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, məhkəmənin müvafiq qətnaməsi ilə Cavabdeh 15 338 (on beş min üç yüz otuz səkkiz) manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh iki il müddətində göstərilən məbləği ona ödəməkdən imtina etmişdir. Bununla əlaqədar Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(060)-8341/2021 saylı qətnaməsinin qəbul edildiyi 23 noyabr 2021-ci il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 23 noyabr 2023-cü il tarixədək olan 15 338 (on beş min üç yüz otuz səkkiz) manat pulun illik 5 faiz olmaqla 2 il müddətində 1533,8 (bir min beş yüz otuz üç manat səksən qəpik) manat gecikdirilmiş faiz borcunun və 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumunun, cəmi 1569,8 (min beş yüz altmış doqquz manat səksən qəpik) pulun alınaraq ona ödənilməsi zəruridir. (15 338AZN/100%=153,38 x 5%=766,9 AZN, 766,9 AZN x 2 il = 1533,8 AZN) Hazırki işdə əsas borc məbləğinə dair qətnamənin qəbul edilmə vaxtı olan 06 yanvar 2017-ci il tarixdən sonrakı müddət üçün cavabdeh məsuliyyət daşıyır və həmin pul məbləğinin hər hansı əsas olmadan özündə saxlanılması qanunsuz olmaqla, həmin pul vəsaitindən cavabdehin istifadə etməsini və gəlir götürməsini də istisna etmir. Cavabdehin barəsində qəbul edilmiş qətnamənin qəbul edildiyi 23 noyabr 2021-ci il tarixdən hazırki iddia ərizəsinin birinci instansiya məhkəməsinə verildiyi 23 noyabr 2023-cü il tarixədək olan müddət üçün cavabdehdən 1533,8 (bir min beş yüz otuz üç manat səksən qəpik) manat gecikdirilmiş faiz borcunun və 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumunun, cəmi 1569,8 (min beş yüz altmış doqquz manat səksən qəpik) pulun alınaraq ona ödənilməsi zəruridir. Digər işlər üzrə məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələrə əsasən də, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(060)-8341/2021 saylı qətnaməsini iki il müddətinə icra etmədiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən faizlər ödəməsinə dair iddia tələbinin qanuni olmasl təsdiq edilir. Bununla əlaqədar olaraq Cavabdeh pretenziya məktubları ilə müraciət etsə də, cavabdeh göstərilən məbləği ödəməkdən imtina etmişdir. İddiaçı teleqram vuraraq, iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8341/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ziyana görə 13.100 manat və gecikdirilmiş vaxt üçün cərimə olaraq 2238 manat olmaqla, cəmi 15.338 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçın ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - "xxxx" MMC-nin Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli, 14574 nömrəli müraciətə cavabdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8341/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh 15.338 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq tələbkar İddiaçı ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və həmin tarixdə “icraata başlamaq haqqında” qərar qəbul olunaraq tərəflərə və məhkəməyə məlumat verilmiş, eyni zamanda borcluya bildiriş göndərilmişdir (icra məmuru A.Məmmədov, xx.xx.2022-ci il tarixindən A.Hacıyev) borclu tərəfindən könüllü icra müddətində tələb yerinə yetirilmədiyindən məcburi icra tədbiri olaraq tələb xx.xx.2022-ci il tarixdə borclunun əmək haqqına yönəldilmiş, lakin o işdən azad olunduğu üçün tutulmanın aparılması mümkün olmamışdır. İcra sənədi üzrə borclu barəsində xx.xx.2022-ci il tarixdə onun axtarılması barədə qərar qəbul olunaraq icra olunması üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmiş, orada xx.xx.2022-ci il tarixli, 730536 saylı axtarış işi açılmışdır. xx.xx.2022-ci il tarixdə axtarış tədbirlərinin nəticəsində icra idarəsinə təhvil verilmiş borclu Cavabdeh icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-1730/2022 saylı qərarı ilə 500 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Həmin qərardan Cavabdeh apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-416/2022 saylı qərarı ilə şikayət təmin edilməmişdir. İcraat zamanı tələbin icrasından yayınan borclu Cavabdeh axtarılması haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul olunaraq icra edilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmişdir. Polis orqanları tərəfindən borclu Cavabdeh xx.xx.2023-cü il tarixdə İcra İdarəsinə təhvil verilmiş və həmin tarixdə də icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-322/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra borclu icra məmurunun çağırışlarına gəlməmiş və onu qeydiyyatda olduğu ünvanda tapmaq mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə borclu Cavabdeh axtarılması barədə qərar qəbul olunaraq icra olunması üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərilmişdir. Bildirilir ki, Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda borclu Cavabdeh xx.xx.2023-cü il tarixdə AR CM-nin 177.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həbs edildiyi qeyd edilmişdir. - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1849/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X1 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, məhkəmə tərəfindən tələb olunan icra işinin materiallarından da müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi xx.xx.2022-ci il tarixdə icraya yönəldilmişdir. İcra işinin materiallarından görünür ki, qətnamənin icra olunması üçün zəruri icra tədbirləri görülmüşdür. Lakin cavabdeh məhkəmə qətnaməsinin icrasından boyun qaçırmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək 23 noyabr 2021-ci il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 23 noyabr 2023-cü il tarixədək olan 2 il müddətində əsas borca illik 5% hesablanmış 1533.8 manat tələb edir. Belə ki, icra işinin materiallarına əlavə edilmiş 10 fevral 2020-ci il tarixli, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Aqil Məmmədov tərəfindən qəbul edilmiş icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8341/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hesablanmış faiz borcu icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etdiyi tarixə qədər hesablanmalıdır. Belə ki, 1533.8 manat gecikdirilmiş faiz borcun 1 il 9 ay müddət üzrə illik 5%-i 1384.6 manat (15.338 man./100%=153.38x5%=766,9 man. (illik 5%) x 1 il = 766,9 man. 766,9/12=63.9 man. (aylıq gecikmə) 63.9x9=575.1 man. 63.9/30=2.13 man. (günlük gecikmə) 2.13x20= 42.6 man, 766,9+575.1+42.6=1384.6 manat) təşkil edir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 33.85 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəməxərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh gecikdirilmiş vaxt üçün cərimə olaraq 1384.6 manat və ödənilmiş 33.85 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət edi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh gecikdirilmiş vaxt üçün cərimə olaraq 1384.6 manat və ödənilmiş 33.85 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriləbilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-635/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-635/2024
15.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver