Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-636/2022 03.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********72425 olan X3 markalı telefon üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 21,8 (iyirmi bir manat səksən qəpik) manat dəbbə, 03.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********01944 olan HOFFMANN X Ultra markalı telefon və Blackview markalı telefon aksesuarı üçün 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə, 157,5 (yüz əlli yeddi manat, əlli qəpik) manat dəbbə, 21.12.2018-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı soyuducu üçün ümumilikdə 976,8 (doqquz yüz yetmiş altı manat, səksən qəpik) manat olmaqla ondan 729 (yedi yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 247,8 (iki yüz qırx yeddi manat, səksən qəpik) manat dəbbə, 20.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********34190 olan Huawei P Smart 2019 markalı telefon üçün 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 96,6 (doxsan altı manat, altmış qəpik) manat dəbbə, 29.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********08262 olan Samsung Galaxy A70 markalı telefon üçün 685 (altıyüz səksən beş) manat ödənilməmiş hissə, 206,4 (ikiyüz altı manat, qırx qəpik) manat dəbbə, 30.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********82491 olan Samsung Galaxy A80 markalı telefon üçün 867 (səkkiz altmış yeddi) manat ödənilməmiş hissə, 216,9 (iki yüz on altı manat, doxsan qəpik) manat dəbbə, 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı televizor üçün ümumilikdə 2600 (iki min altı yüz) manat olmaqla ondan 2000 (iki min) manat ödənilməmiş hissə, 600 (altı yüz) manat dəbbə, ümumilikdə 6788 manat borc və 87,88 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq “ABC TELECOM’’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 21.04.2019, 03.12.2019, 21.12.2018, 20.08.2019, 29.08.2019, 30.09.2019 və 13.10.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ Kodları **********72425 olan X3, **********01944 olan HOFFMANN X Ultra, **********34190 olan Huawei P Smart 2019, **********08262 olan Samsung Galaxy A70, **********82491 olan Samsung Galaxy A80 markalı telefonlar, Blackview markalı telefon aksesuarı, HOFFMANN markalı soyuducu, Samsung markalı televizor almış və nəticədə 6788 (altı min yeddi yüz səksən səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.04.2019-cu il tarixli müqayiləyə əsasən, alqı-satqı qiyməti 288 (iki yüz səksən səkkiz) manat (12 ay x 24 manat +0 manat ilkin ödəniş) İMEİ Kodu **********72425 olan X3 markalı telefon üçün ümumilikdə 91,8 (doxsan bir manat, səksən qəpik) manat olmaqla ondan 70 (yetmiş) manat ödənilməmiş hissə, 21,8 (iyirmi bir manat səksən qəpik) manat dəbbə, 03.12.2019cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 630 (altı yüz otuz) manat (6 ay x 105 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********01944 olan HOFFMANN X Ultra markalı telefon və Blackview markalı telefon aksesuarı üçün ümumilikdə 682,5 (altı yüz səksən iki manat, əlli qəpik) manat olmaqla ondan 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə, 157,5 (yüz əlli yeddi manat, əlli qəpik) manat dəbbə, 21.12.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2242 (iki min iki yüz qırx iki) manat (19 ay x 118 manat + 0 manat ilkin ödəniş) HOFFMANN markalı soyuducu üçün ümumilikdə 976,8 (doqquz yüz yetmiş altı manat, səksən qəpik) manat olmaqla ondan 729 (yedi yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 247,8 (iki yüz qırx yeddi manat, səksən qəpik) manat dəbbə, 20.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 482 (dördyüz səksən iki) manat (12 ay x 40 manat + 2 manat ilkin ödəniş) İMEİ Kodu **********34190 olan Huawei P Smart 2019 markalı telefon üçün ümumilikdə 416,6 (dörd yüz on altı manat, altmış qəpik) manat olmaqla ondan 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 96,6 (doxsan altı manat, altmış qəpik) manat dəbbə, 29.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1172 (min yüz yetmiş iki) manat (12 ay x 86 manat + 140 manat ilkin ödəniş) İMEİ Kodu **********08262 olan Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə 891, 4 (səkkiz yüz doxsan bir manat, qırx qəpik) manat olmaqla ondan 685 (altı yüz səksən beş) manat ödənilməmiş hissə, 206.4 (iki yüz altı manat, qırx qəpik) manat dəbbə, 30.09.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1370 (min üç yüz yetmiş) manat (12 ay x 97 manat + 206 manat ilkin ödəniş) İMEİ Kodu **********82491 olan Samsung Galaxy A80 markalı telefon üçün ümumilikdə 1128,9 (min yüz iyirmi səkkiz manat, doxsan qəpik) manat olmaqla ondan 867 (səkkiz altmış yeddi) manat ödənilməmiş hissə, 216.9 (iki yüz altmış bir manat, doxsan qəpik) manat dəbbə, 13.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2650 (iki min altı yüz əlli) manat (18 ay x 125 manat + 400 manat ilkin ödəniş) Samsung markalı televizor üçün ümumilikdə 2600 (iki min altı yüz) manat olmaqla ondan 2000 (iki min) manat ödənilməmiş hissə, 600 (altıyüz) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3638 manat təşkil edir. Cavabdeh 21.12.2018-ci il tarixli müqaviləsinə əsasən, 31.12.2018-ci il tarixində yeni qızıl zəmanətdən imtina etmiş və məhsul 247 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 21.12.2018-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1266 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 247 manat, digər 6 müqavilə üzrə cəmi ödədiyi məbləğ 2125 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclaslara gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.04.2019-cu il tarixli 00623576 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 288 manat olan İMEİ Kodu **********72425 olan X3 markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.12.2019-cu il tarixli 01097120 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 630 manat olan İMEİ Kodu **********01944 olan HOFFMANN X Ultra markalı telefon və Blackview markalı telefon aksesuarı almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.12.2018-ci il tarixli 00427947 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 2242 manat olan HOFFMANN markalı soyuducu almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.08.2019-cu il tarixli 00858600 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 482 manat olan İMEİ Kodu **********34190 olan Huawei P Smart 2019 markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.08.2019-cu il tarixli 00876254 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 1172 manat olan İMEİ Kodu **********08262 olan Samsung Galaxy A70 markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.09.2019-cu il tarixli 00947906 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 1370 manat olan İMEİ Kodu **********82491 olan Samsung Galaxy A80 markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.10.2019-cu il tarixli 00978165 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 2650 manat olan Samsung markalı televizor almışdır. -21.04.2019, 03.12.2019, 21.12.2018, 20.08.2019, 29.08.2019, 30.09.2019 və 13.10.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodları **********72425 olan X3, **********01944 olan HOFFMANN X Ultra, **********34190 olan Huawei P Smart 2019, **********08262 olan Samsung Galaxy A70, **********82491 olan Samsung Galaxy A80 markalı telefonlar, Blackview markalı telefon aksesuarı, HOFFMANN markalı soyuducu, Samsung markalı televizor Cavabdeh təhvil verilmişdir. -ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ Kodları **********72425 olan X3, **********01944 olan HOFFMANN X Ultra, **********34190 olan Huawei P Smart 2019, **********08262 olan Samsung Galaxy A70, **********82491 olan Samsung Galaxy A80 markalı telefonlar, Blackview markalı telefon aksesuarı, HOFFMANN markalı soyuducu, Samsung markalı televizor üçün, onların ümumi 8834 manat olan ümumi dəyərindən və cəmi 3638 manat ödəniş etmişdir. -"xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə "xxxx"MMC ilə bağlanmış 21.04.2019, 03.12.2019, 21.12.2018, 20.08.2019, 29.08.2019, 30.09.2019 və 13.10.2019-cu il tarixli müqavilələrə əsasən alınan malların 8834 manat olan ümumi dəyərindən cəmi 3638 manat ödəniş etmiş və nəticədə 5196 manat əsas borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 631.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.04.2019, 03.12.2019, 21.12.2018, 20.08.2019, 29.08.2019, 30.09.2019 və 13.10.2019cu il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh malların 8834 manat ümumi dəyərindən 3638 manat ödəniş etmiş və nəticədə 5196 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi ödənilməmiş hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borcun yaranması və onun məbləği əsaslı hesab olunduğundan 2 manat, 5 manat, 17 manat, 6 manat, 20 manat, 25 manat və 60 manat cərimə mütənasiblik baxımından məqsədəmüvafiqdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. Hazırda iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 87,88 manat dövlət rüsumunun 73,31 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 14,57 manat iddiaçının özünə aid edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 21.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********72425 olan X3 markalı telefon üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 2 (iki) manat dəbbə, 03.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********01944 olan HOFFMANN X Ultra markalı telefon və Blackview markalı telefon aksesuarı üçün 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə, 21.12.2018-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı soyuducu üçün 729 (yeddi yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə, 20.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********34190 olan Huawei P Smart 2019 markalı telefon üçün 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 6 (altı) manat dəbbə, 29.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********08262 olan Samsung Galaxy A70 markalı telefon üçün 685 (altıyüz səksən beş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə, 30.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********82491 olan Samsung Galaxy A80 markalı telefon üçün 867 (səkkiz altmış yeddi) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə, 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı televizor üçün 2000 (iki min) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə, ümumilikdə 5331 manat borc və 73,31 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq “ABC TELECOM’’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, ödənilmiş 14,57 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 21.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********72425 olan X3 markalı telefon üçün 70 (yetmiş) manat ödənilməmiş hissə, 2 (iki) manat dəbbə, 03.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********01944 olan HOFFMANN X Ultra markalı telefon və Blackview markalı telefon aksesuarı üçün 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə, 21.12.2018-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı soyuducu üçün 729 (yeddi yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə, 20.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********34190 olan Huawei P Smart 2019 markalı telefon üçün 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 6 (altı) manat dəbbə, 29.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********08262 olan Samsung Galaxy A70 markalı telefon üçün 685 (altıyüz səksən beş) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə, 30.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********82491 olan Samsung Galaxy A80 markalı telefon üçün 867 (səkkiz altmış yeddi) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə, 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı televizor üçün 2000 (iki min) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə, ümumilikdə 5331 manat borc və 73,31 (yetmiş üç manat, otuz bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq “ABC TELECOM’’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş Dövlət rüsumunun 14,57 (on dörd manat, 57 qəpik) manatı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsindən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-636/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-636/2022
03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver