Məhkəmə qərarları › İş №2(060)-6361/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6361/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6361/2022 19.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı Cavabdeh ASC-yə qarşı problemli kredit tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı problemli kredit tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun müraciətinə baxılaraq ədalətli qərarın qəbul edilməsi, artıq ödədiyi 1500 manatdan çox məbləğin ona geri qaytarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü və 152.1.5-ci maddələrinin tələblərinə əməl olunmadan verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Cavabdeh ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 21B olmasına baxmayaraq İddiaçı tərəfindən aidiyyət qaydalarına əməl olunmayaraq iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuş, həmçinin məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət rüsumu ödənilməmişdir. Bu isə aidiyyət qaydalarının pozulması, dövlət rüsumunun ödənilməməsi, iddia ərizəsinin forma və məzmun tələblərinə əməl edilməməsi,həmçinin bununla bərabər qətnamənin gələcəkdə icrasını mümkünsüz edir. Bundan əlavə qanunvericiliklə nəzərədə tutulmuş iddiaçının seçiminə görə olan tələblərə ( MPM 36.3-cü maddəsi) uyğun gəlmədiyindən, yəni iddiaçının cavabdehə qarşı olan iddiası iddiaçının seçiminə görə olan tələblərə aid olmadığından geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddia cavabdehin rəsmi qaydada qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməsi, işin ərazi üzrə aidiyyətinin müəyyən olunması və gələcəkdə qətnamənin icrasının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 152.1.1-ci, 152.1.3-cü və 152.1.5-ci maddələrinin tələbləri pozulduğundan iddia ərizəsi geri qaytarılmalı, İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyət qaydalarına əməl etməklə cavabdehin rəsmi qaydada qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı problemli kredit tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra (aidiyyət qaydalarına əməl etməklə) yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar