Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6364/2023 11.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Samsung Galaxy A73DS (SM- A736) markalı mobil telefonun və “İPAD PRO 12.9-İNCH (TH GEN) 256GB Wİ-Fİ- Space GREY markalı planşetin alınıb ona verilməsi, əgər həmin əmlaklar olmadıqda onların dəyəri olan 5219.1 (beş min iki yüz on doqquz manat bir qəpik) pulun və 74 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Kontakt home mağazalar şəbəkəsindən 1391.04 manat dəyərində olan Samsung Galaxy A73DS (SM- A736) markalı mobil telefonu kreditə götürüb bacısı oğlu Cavabdeh vermişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə dəyəri 3828.06 manat olan “İPAD PRO 12.9-İNCH (.TH GEN) 256GB Wl-Fİ-Space GREY markalı planşeti kreditə götürüb yenə də Cavabdeh vermişdir. Sonradan cavabdeh nə ödənişləri etmədi, nə də ki, əmlaklarını qaytarmır. Polis bölməsində dindirilən zaman cavabdeh özü də bu halları etiraf etmişdir. Ona görə də, məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun xalasıdır və xalası ona telefon və İpad alıb vermişdir. O, iddiaçıya pul verməyəcəkdir. Belə ki, onunla iddiaçı arasında borc almağı barədə müqavilə bağlanmamış və iddiaçıya telefon və İpad-in pulunu qaytaracağına dair söz verməmişdir. O, hazırda işləmir, imkanı yoxdur, işləmədiyi üçündə ödəniş edə bilməmişdir. Telefon hazırda ondadır, lakin ehtiyacı olduğuna görə o, İpadi 1600 manata satmışdır. O, telefonu iddiaçıya qaytara bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İşdə olan müqavilə əlavələrindən görünür ki, “İPAD PRO 12.9-İNCH (.TH GEN) 256GB Wl-Fİ-Space GREY markalı planşeti dəyəri-3828,06 manat və Samsung Galaxy A73DS (SM-A736) markalı mobil telefonun dəyəri-1391,04 manat təşkil edir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin İddiaçı ünvanladığı məktubdan görünür ki, onun Cavabdeh barəsində etdiyi şikayət əsasında toplanmış material mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırda məhkəmə cavabehin məhkəmədə verdiyi izahatında iddiaçı tərəfindən ona Samsung Galaxy A73DS (SM- A736) markalı mobil telefonun və “İPAD PRO 12.9-İNCH (.TH GEN) 256GB Wİ-Fİ- Space GREY markalı planşet almasını etiraf etməsini və maddi imkanı olmadığı üçün ödənişlər edə bilməməsinə dair izahatını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Samsung Galaxy A73DS (SM-A736) markalı mobil telefon və “İPAD PRO 12.9-İNCH (.TH GEN) 256GB Wİ-Fİ- Space GREY markalı planşet alınıb İddiaçı verilsin. Qətnamənin icrası zamanı həmin əmlaklar mövcud olmazsa onların dəyərinin əvəzi olaraq 5219.01 (beş min iki yüz on doqquz manat bir qəpik) pulun Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 74 (yetmiş dörd) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-6364/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6364/2023
11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver