Məhkəmə qərarları › İş №2(060)-6399/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6399/2024

17.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6399/2024 17.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyəri, yəni 2277,40 manat məbləğində pulun alınaraq aşağıdakı hesaba (kod:210005; VÖEN: **********; müxbir hesabı: AZ41NABZ********************; swift: CTREAZ22; Ədliyyə Nazirliyi hesab nömrə: AZ18CTRE********************; VÖEN: **********; büdcə təsnifatının kodu: 142120; büdcə səviyyəsinin kodu: 7) köçürülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı Şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-178/2023 saylı, 01,09.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşıdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd enerji bankı təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-12/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə 02 il 01 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökmdən verilmiş protestə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-699/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 02 il 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hazırda məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Cavabdeh yaşadığı Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, ev 102, mənzil 7-də ona təhvil verilmiş 35628613 saylı elektron nəzarət vasitəsi götürülmüş, lakin 05976 saylı elektron qolbağ aşkar edilməmişdir (Akt əlavə edilir). Mobil nəzarət vasitəsi emal üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Attenti sadə qolbağın komplektasiyasının pozulduğu, yoxlama nəticəsində komplektə daxil olan TX700 qolbağın aşkarlanmadığı və bunları nəzərə alaraq cihazın komplekti təkrar istifadəyə yararsız hesab edilmişdir. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 2277,40 manat təşkil edir.

Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-178/2023 saylı, 22 sentyabr 2023-cü il tarixli hökmün icrası barədə göstərişindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş Cavabdeh haqqında 1(009)- 178/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli hökmü icra edilməsi üçün göndərilmişdir.

6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-178/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 01 il müddətinə azadlığının məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh istintaq dövründə 17 mart 2023-cü il tarixdən 19 mart 2023-cü il tarixədək tutulduğu 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılması, ona qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Cavabdeh üzərinə hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrası və Cavabdeh üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmişdir.

7. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh “Attenti” markalı elektron qolbağ tətbiq olunaraq 1 ədəd mobil qurğu və 1 ədəd enerji adapteri təhvil verilmişdir.

8. İddiaçı icra məmurları X3, X5 və X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, ev 102, 7 saylı mənzildə olan zaman 32627385 saylı mobil qurğu qaytarılmış, lakin 05976 saylı qolbağ aşkar edilməmişdir.

9. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-12/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi, Azərbaycan Respublikası CM-nin 177.1 -ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə növündə və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməsi, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 02 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1 -ci maddələrinə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 1(009)- 178/2023 saylı hökmü ilə Cavabdeh təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 06 ay müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla və hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Cavabdeh çəkilməsi üçün qəti olaraq, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh- hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün və 1(009)-178/2023 saylı hökm üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün və həmin hökm üzrə çəkilmiş 01 ay 25 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası bir gün iki gün hesabı ilə 28 gün müddətinə azadlıqdan məhrum etməyə bərabər tutulmaqla, ümumilikdə 01 ay 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 02 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzanın çəkilməsi Cavabdeh ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməsi hökm edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-699/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, Bakı Şəhəri Nizami rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 1(007)-12/2024 saylı hökmünün cinayət qanununun normasının düzgün tətbiq edilməməsi, məhkum edilmiş şəxs Cavabdeh İlnişnaya cəza təyin edilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə növündə və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməsi, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 1(009)- 178/2023 saylı hökmü ilə Cavabdeh təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 06 ay müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla və hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Cavabdeh llinişnaya çəkilməsi üçün 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh llinişnanm hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün və 1(009)-178/2023 saylı hökm üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək tutulduğu 02 gün və həmin hökm üzrə çəkilmiş 01 ay 25 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası bir gün iki gün hesabı ilə 28 gün müddətinə azadlıqdan məhrum etməyə bərabər tutulmaqla, ümumilikdə 01 ay 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 02 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması qərara alınmışdır.

11. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyindən görünür ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq İdarəsindən emal üçün götürdükləri Attenti sadə qolbağının komplektasiyasının pozulması, yoxlama nəticəsində komplektə daxil olan TX700 qolbağın aşkarlanmadığı, cihazın komplektinin təkrar istifadəyə yararsız olduğu müəyyən edilmişdir.

12. "xxxx" QSC tərəfindən “Ədliyyə Nazirliyi” Probasiya Xidmətinin rəisi, Baş Probasiya məmuru Akşin Ziyadova ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan, “Attenti” markalı elektron nəzarət vasitələrinin dəyəri 2277,40 manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmə baxışının hədləri:

13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi qaydaları”: 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

16. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-178/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hökmün icrası Cavabdeh yaşayış yeri üzrə İddiaçınə tapşırılmışdır. 13 oktyabr 2023-cü il tarixdə İddiaçı böyük icra məmuru tərəfindən cavabdehin iştirakı ilə protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsindən istifadə qaydaları izah edilərək 01 ədəd mobil qurğu (Attenti markalı) və 01 ədəd enerji adaptrı iş üzrə cavabdeh olan Cavabdeh təhkim olunaraq təhvil verilmişdir. Cavabdehə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı barədə izah edilərək cavabdeh tərəfindən imza ilə təsdiq edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-12/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi, Azərbaycan Respublikası CM-nin 177.1 -ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə növündə və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 02 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1 -ci maddələrinə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 1(009)- 178/2023 saylı hökmü ilə Cavabdeh təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 06 ay müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla və hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Cavabdeh çəkilməsi üçün qəti olaraq, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh- hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün və 1(009)-178/2023 saylı hökm üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün və həmin hökm üzrə çəkilmiş 01 ay 25 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası bir gün iki gün hesabı ilə 28 gün müddətinə azadlıqdan məhrum etməyə bərabər tutulmaqla, ümumilikdə 01 ay 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 02 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-699/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə növündə və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 1(009)- 178/2023 saylı hökmü ilə Cavabdeh təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 06 ay müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla və hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Cavabdeh llinişnaya çəkilməsi üçün 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh llinişnanm hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün və 1(009)- 178/2023 saylı hökm üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün və həmin hökm üzrə çəkilmiş 01 ay 25 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası bir gün iki gün hesabı ilə 28 gün müddətinə azadlıqdan məhrum etməyə bərabər tutulmaqla, ümumilikdə 01 ay 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 02 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması qərara alınmışdır.

17. İş materaillarında olan İddiaçı icra məmurları X3, X5 və X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, ev 102, 7 saylı mənzildə olan zaman 32627385 saylı mobil qurğu qaytarılmış, lakin 05976 saylı qolbağ aşkar edilməmişdir.

18. "xxxx" QSC tərəfindən tərtib edilmiş qiymət cədvəlindən görünür ki, elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat müəyyən edilmişdir. Hazırda da iddiaçı cavabdeh X1 2277,40 manat məbləğində əsas borcunun yarandığını iddia edir və bu məbləği tələb edir.

19. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməsinə və eyni zamanda iddia tələbinə qarşı etirazını məhkəməyə təqdim etmək hüququnun ona izah olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və iddiaya qarşı münasibətini məhkəməyə təqdim etməmişdir.

20. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

21. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, 2277,40 manat məbləğində borc iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiyasa Şöbəsinin xeyrinə tutulmalıdır.

Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2277 (iki min iki yüz yetmiş yeddi) manat, 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar