Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6411/2021 20.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Şirinv Kamran Xalid oğlu və Cavabdeh2 qarşı «borcun tutulması tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə möraciət edərək, gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5 %) 2.157 (iki min bir yüz əlli yeddi) ABŞ dolları məbləğində borcun Cavabdeh1 "Yelo Bank” ASC-nin xeyrinə tutulması, 2017-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək cavabdehlərin ailə üzvləri ilə birlikdə Bankın mülkiyyətində olan mənzildə yaşadıqları üçün 14.700 (on dörd min yeddi yüz) manat məbləğində dəymiş ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı (Nikoyl İKB) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 iddianı müdafiə edərək göstərdi ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə (hazırki adı "xxxx" Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Borcalana 25.500 ABŞ dolları məbləğində illik 27 % olmaqla 36 ay müddətinə kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 15 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 53 saylı evin 23 saylı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2016-cı il tarixli qətnaməsi ilə Bankın iddia tələbi təmin edilmiş, Cavabdeh1 ümumilikdə cəmi 26.624 ABŞ dolları məbləğində borc tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 53 saylı evin 23 saylı mənzilinə yönəldilmiş, həmin mənzildə qeydiyyatda olan Cavabdeh2 və qeyrilərinin istifadə hüquqları itirilmiş, onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 fevral 2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, Bankın iddia tələbi qismən təmin edilərək Cavabdeh1 ümumilikdə cəmi 21.540 ABŞ dolları məbləğində borc tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 53 saylı evin 23 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyul 2017-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 28 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kreditin gecikməyə düşdüyü 15 iyun 2015-ci il tarixdən ipoteka predmeti olmuş əmlakın Bankın balansına götürülməsi hesabına borcun silinməsi tarixi olan 04 aprel 2017-ci il tarixinədək 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 Banka gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olmaqla (əsas borca hesablanmış 5 %) 2.157 (iki min bir yüz əlli yeddi) ABŞ dolları borc vardır. Məhkəmə qətnaməsi əsasında Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 13-cü mikrorayon, 53 saylı evin 23 saylı mənzilinə tutma yönəldilmiş və cavabdehlərin həmin mənzilə olan istifadə hüquqları itirilməklə mənzilin boşaldılaraq Banka təhvil verilməsi qət edilmişdir. Lakin buna baxmayaraq 2017-ci ilin mart ayından 2021 -ci ilin mart ayınadək cavabdehlər ailə üzvləri ilə birlikdə Bankın mülkiyyətində olan mənzildə yaşamaqda davam etmişdir. Həmin dövr üçün bir aylıq kirayə haqqı 300 (üç yüz) manat olmasını nəzərə alaraq Banka 14.700 (on dörd min yeddi yüz) manat məbləğində ziyan vurulmuşdur. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən tərtib edilmiş 004-18/06- İN/21 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 53 saylı evin 23 saylı mənzilinin 2017-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək orta aylıq kirayə haqqı 300 (üç yüz) manat təşkil edir. Seriya RX № ******* saylı 02 mart 2017-ci il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 53 saylı evin 23 saylı mənzil "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin (hazırki adı "xxxx" Açıq Səhmdar Cəmiyyəti) mülkiyyətində olmuşdur. 30 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon, 53 saylı evin 23 saylı mənzil Bank (mülkiyyətçi) tərəfindən X1. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər tələb olunan borc məbləğini ödəməkdən boyun qaçırırlar. Qeyd olunanlara əsasən hesab edir ki, kreditin gecikməyə düşdüyü 15 iyun 2015-ci il tarixdən ipoteka predmeti olmuş əmlakın Bankın balansına götürülməsi hesabına borcun silinməsi tarixi olan 04 aprel 2017-ci il tarixinədək 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 Banka gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5 %) 2.157 (iki min bir yüz əlli yeddi) ABŞ dolları məbləğində borcun Cavabdeh1, 2017-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək cavabdehlərin ailə üzvləri ilə birlikdə Bankın mülkiyyətində olan mənzildə yaşadıqları üçün 14.700 (on dörd min yeddi yüz) AZN məbləğində dəymiş ziyanın Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq, gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5 %) 2.157 (iki min bir yüz əlli yeddi) ABŞ dolları məbləğində borcun Cavabdeh1 "Yelo Bank” ASC-nin xeyrinə tutulması, 2017-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək cavabdehlərin ailə üzvləri ilə birlikdə Bankın mülkiyyətində olan mənzildə yaşadıqları üçün 14.700 (on dörd min yeddi yüz) manat məbləğində dəymiş ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Şirinv Kamran Xalid oğlu və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Şirinv Kamran Xalid oğlu və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin 24.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Borcalana 25.500 ABŞ dolları məbləğində illik 27% olmaqla 36 ay müddətinə kredit verilmişdir. 24 iyun 2021-ci il tarixinə Cavabdeh1 kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ümumi borcu (əldən çıxmış fayda olaraq hesablanmış 5 %) 2.157 (iki min yüz əlli yeddi) ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Rx seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə "xxxx" İKB ASC-nin adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrində 02.03.2017-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan 30.03.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, İddiaçı ASC mülkiyyətində olan ünvan 1-ü 54500 (əlli dörd min beş yüz) manata X2. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin “Qiymətləndirmə Hesabatı”ndan görünür ki, İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanında 81.5 kv.m ümumi, 53.13 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı mənzilin icarə dəyəri mart 2017-ci il tarixdən 2021-ci il iyun ayınadək 15600 (on beş min altı yüz) manat həcmində hesablanmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-659/2016 saylı, 26.02.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" X8 ilə Cavabdeh1 arasında 15 yanvar 2015-ci il tarixli 4-G-1-0-42-15 saylı kredit müqaviləsinə əsasən, 17 fevral 2016-cı il tarixinədək hesablanmış 21.505 (iyirmi bir min beş yüz beş) ABŞ dolları əsas borc, 2.188 (iki min yüz səksən səkkiz) ABŞ dolları faiz borcu, gecikdirməyə görə 2.931 (iki min doqquz yüz otuz bir) ABŞ dolları dəbbə pulu, cəmi 26.624 (iyirmi altı min altı yüz iyirmi dörd) ABŞ dolları, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 "xxxx" X3 xeyrinə tutulması, tutma Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53, 4 otaqlı ümumi sahəsi 81.5 kv.m olan 23 saylı mənzilə yönəldilməsi, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53, 4 otaqlı ümumi sahəsi 81.5 kv.m olan 23 saylı mənzilin ilkin satış qiyməti 68.000 (altmış səkkiz min) manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53, 4 otaqlı ümumi sahəsi 81.5 kv.m olan 23 saylı mənzil açıq hərrac vasitəsilə satıldıqdan sonra Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53, 4 otaqlı ümumi sahəsi 81.5 kv.m olan 23 saylı mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh1, X9 və X10 istifadə hüquqları itirilmiş hesab olunması, onlar həmin mənzildən çıxarılmalı və həmin mənzil boşaldılmalı, satışdan əldə olunan pul vəsaiti Cavabdeh1 "xxxx" İKB-nə olan borcunun qaytarılmasına yönəldilməsi, borc ödənildikdən sonra, evin satışından artıq qalan məbləğ Cavabdeh2 qaytarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.07.2017-ci il tarixli, 2(102)-5116/17 saylı qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (2(105)-271/2017 nömrəli iş üzrə 28 fevral 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, Sumqayıt şəhər məhkəməsinin 2(060)-659/2016 saylı, 26 fevral 2016-cı il tarixli qətnaməsi qismən ləğv edilərək və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia ərizəsi qismən təmin edilərək "xxxx" X8 ilə Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli, 4-G-1-0-42-15 saylı kredit müqaviləsinə əsasən 17 fevral 2016-cı ıl tarixinədək hesablanmış 21505 (iyirmi bir min beş yüz beş) ABŞ dolları əsas borc, 151 (yüz əlli bir) ABŞ dolları 41 (qırx bir) sent faiz, gecikdirməyə görə 20 (iyirmi) ABŞ dolları dəbbə pulu, cəmi 21540 iyirmi bir min beş yüz qırx) ABŞ dolları 41 (qırx bir) sent ödəniləcək günə manat ilə məzənnəs: hesablanmaqla və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 "xxxx" X3 xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53,4 otaqlı ümumi sahəsi 81,5 kv.m olan 23 saylı mənzilə yönəldiməsi, həmin mənzilin ilkin satış qiymətinin 68000 (altmış səkkiz min) manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması, mənzilin satışından əldə edilən vəsait hesabına 21505 (iyirmi bir min beş yüz beş) ABŞ dolları əsas borc məbləğinin, qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla müəyyən edilməsi və həmin pul vəsaitinə yönəldilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh2 verilməsi və ya ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaitinin iddiaçı "xxxx" X3 tələblərini ödəməyə kifayət etməzsə, borcun çatışmayan məbləğinin Cavabdeh1 tutularaq "xxxx" X4 ödənilməsi, iddia ərizəsinin Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53, 4 otaqlı ümumi sahəsi 81,5 kv metr olan 23 saylı mənzilin açıq hərrac vasitəsilə satıldıqdan sonra Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53, 4 otaqlı ümumi sahəsi 81,5 kv metr olan 23 saylı mənzildə, qeydiyyatda olan Cavabdeh2, Cavabdeh1, X13 və X11 istifadə hüquqlarının itirilmiş hesab olunması, onların həmin mənzildən çıxarılması və həmin mənzil boşaldılması hissəsində iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasya Məhkəməsi mülki kollegiyasının 2(105)-271/2017 nömrəli iş üzrə 28 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 24.06.2021-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh2 və Cavabdeh1 ünvan 1-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməsi üçün cərimə ödədiyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair'’ Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadimaliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasım təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir.Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Qeyd olunanları nəzərə alaraq, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə hər hansı bir öhdəliyin pozulması halı aşkar edilməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 28 fevral 2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, Bankın iddia tələbi qismən təmin edilərək Cavabdeh1 ümumilikdə cəmi 21.540 ABŞ dolları məbləğində borc tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 53 saylı evin 23 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyul 2017-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 28 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçının nümayəndəsi iddia tələbində xahiş etdikləri tələb üzrə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş və iddiasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Şirinv Kamran Xalid oğlu və Cavabdeh2 qarşı “gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5 %) 2.157 (iki min bir yüz əlli yeddi) ABŞ dolları məbləğində borcun Cavabdeh1 "Yelo Bank” ASC-nin xeyrinə tutulması, 2017-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək cavabdehlərin ailə üzvləri ilə birlikdə Bankın mülkiyyətində olan mənzildə yaşadıqları üçün 14.700 (on dörd min yeddi yüz) manat məbləğində dəymiş ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASCnin xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-6411/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6411/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver