Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-647/2021 05.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə “xxxx” MMC) iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 01.09.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı LED televizor üçün 1035 (bir min otuz beş) manat ödənilməmiş hissə, 177 (bir yüz yetmiş yeddi) manat cərimə, cəmi 1212 (bir min iki yüz on iki) manat, 23.08.2019-cu il tarixli müqaviləsinə əsasən LG markalı paltaryuyan, Samsung markalı soyuducu üçün 1876 (bir min səkkiz yüz yetmiş altı) manat ödənilməmiş hissə, 321 (üç yüz iyirmi bir) manat dəbbə, cəmi 2197 (iki yüz doxsan yeddi) manat, 20.05.2019-cu il tarixli müqaviləsinə əsasən Hoffmann markalı LED televizor üçün 847 (səkkiz yüz qırx yeddi) manat ödənilməmiş hissə, 184 (bir yüz səksən dörd) manat cərimə, cəmi 1031 (bir min otuz bir) manat, 18.11.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı paltaryuyan və soyuducu üçün 2652 (iki min altı yüz əlli iki) manat ödənilməmiş hissə, 468 (dörd yüz altmış səkkiz) manat cərimə, cəmi 3120 (üç min yüz iyirmi) manat, ümumilikdə 7560 (yeddi min beş yüz altmış) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 7590 (yeddi min beş yüz doxsan) manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, Cavabdeh ilə iddiaçı arasında bağlanmış 01.09.2019, 23.08.2019 və 18.11.2019-cu il tarixlərdə bağlanmış kredit müqavilələrinin ləğv edilməsi, 01.09.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı LED televizor üçün 1035 (bir min otuz beş) manat ödənilməmiş hissə, 177 (bir yüz yetmiş yeddi) manat cərimə, cəmi 1212 (bir min iki yüz on iki) manat, 23.08.2019-cu il tarixli müqaviləsinə əsasən LG markalı paltaryuyan, Samsung markalı soyuducu üçün 1876 (bir min səkkiz yüz yetmiş altı) manat ödənilməmiş hissə, 321 (üç yüz iyirmi bir) manat dəbbə, cəmi 2197 (iki yüz doxsan yeddi) manat, 20.05.2019-cu il tarixli müqaviləsinə əsasən Hoffmann markalı LED televizor üçün 847 (səkkiz yüz qırx yeddi) manat ödənilməmiş hissə, 184 (bir yüz səksən dörd) manat cərimə, cəmi 1031 (bir min otuz bir) manat, 18.11.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı paltaryuyan və soyuducu üçün 2652 (iki min altı yüz əlli iki) manat ödənilməmiş hissə, 468 (dörd yüz altmış səkkiz) manat cərimə, cəmi 3120 (üç min yüz iyirmi) manat, ümumilikdə 7560 (yeddi min beş yüz altmış) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 7590 (yeddi min beş yüz doxsan) manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ilə iddiaçı arasında bağlanmış 01.09.2019, 23.08.2019 və 18.11.2019-cu il tarixlərdə bağlanmış kredit müqavilələrinin ləğv edilməsi, 01.09.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı LED televizor üçün 1035 (bir min otuz beş) manat ödənilməmiş hissə, 177 (bir yüz yetmiş yeddi) manat cərimə, cəmi 1212 (bir min iki yüz on iki) manat, 23.08.2019-cu il tarixli müqaviləsinə əsasən LG markalı paltaryuyan, Samsung markalı soyuducu üçün 1876 (bir min səkkiz yüz yetmiş altı) manat ödənilməmiş hissə, 321 (üç yüz iyirmi bir) manat dəbbə, cəmi 2197 (iki yüz doxsan yeddi) manat, 20.05.2019-cu il tarixli müqaviləsinə əsasən Hoffmann markalı LED televizor üçün 847 (səkkiz yüz qırx yeddi) manat ödənilməmiş hissə, 184 (bir yüz səksən dörd) manat cərimə, cəmi 1031 (bir min otuz bir) manat, 18.11.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı paltaryuyan və soyuducu üçün 2652 (iki min altı yüz əlli iki) manat ödənilməmiş hissə, 468 (dörd yüz altmış səkkiz) manat cərimə, cəmi 3120 (üç min yüz iyirmi) manat, ümumilikdə 7560 (yeddi min beş yüz altmış) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 7590 (yeddi min beş yüz doxsan) manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh, “xxxx” MMC ilə 01.09.2019-cu il, 23.08.2019-cu il, 20.05.2019-cu il, 18.11.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən Samsung markalı LED televizor, LG və Samsung markalı paltaryuayn, 2 ədəd Samsung markalı soyuducu, Hoffmann markalı LED televizor almış və nəticədə 7560 (yeddi min beş yüz altmış) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1648 (bir min altı yüz qırx səkkiz) manat (18 ay x 74 manat+316 manat ilkin ödəniş) olan Samsung markalı LED televizor üçün ümumilikdə 1212 (bir min iki yüz on iki) manat olmaqla, ondan 1035 (bir min otuz beş) manat ödənilməmiş hissə, dəbbə 177 manat (0.74 manat x 240 gün), 23.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2412 (iki min dörd yüz on iki) manat (18 ay x 134 manat + 0 manat ilkin ödəniş) olan LG markalı paltaryuyan, Samsung markalı soyuducu üçün ümumilikdə 2197 (iki min yüz doxsan yeddi) manat olmaqla, ondan 1876 (bir min səkkiz yüz yetmiş altı) manat ödənilməmiş hissə, 321 (üç yüz iyirmi bir) manat (1,34 manat x 240 gün) manat dəbbə pulu, 20.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1386 (bir min üç yüz səksən altı) manat (18 ay x 77 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı LED televizor üçün ümumilikdə 1031 (bir min otuz bir) manat olmaqla, ondan 847 (səkkiz yüz qırx yeddi) manat ödənilməmiş hissə, 184 (bir yüz səksən dörd) manat (0,77 manat x 240 gün) manat dəbbə pulu, 18.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2808 (iki min səkkiz yüz səkkiz) manat (18 ay x 156 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan və Samsung markalı soyuducu üçün ümumilikdə 3120 (üç min yüz iyirmi) manat olmaqla, ondan 2652 (iki min altı yüz əlli iki) manat ödənilməmiş hissə, 468 (dörd yüz altmış səkkiz) manat (1,56 manat x 300 gün) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1844 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə iddiaçı arasında bağlanmış 01.09.2019, 23.08.2019 və 18.11.2019-cu il tarixlərdə bağlanmış kredit müqavilələrinin ləğv edilməsi, 01.09.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı LED televizor üçün 1035 (bir min otuz beş) manat ödənilməmiş hissə, 177 (bir yüz yetmiş yeddi) manat cərimə, cəmi 1212 (bir min iki yüz on iki) manat, 23.08.2019-cu il tarixli müqaviləsinə əsasən LG markalı paltaryuyan, Samsung markalı soyuducu üçün 1876 (bir min səkkiz yüz yetmiş altı) manat ödənilməmiş hissə, 321 (üç yüz iyirmi bir) manat dəbbə, cəmi 2197 (iki yüz doxsan yeddi) manat, 20.05.2019-cu il tarixli müqaviləsinə əsasən Hoffmann markalı LED televizor üçün 847 (səkkiz yüz qırx yeddi) manat ödənilməmiş hissə, 184 (bir yüz səksən dörd) manat cərimə, cəmi 1031 (bir min otuz bir) manat, 18.11.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı paltaryuyan və soyuducu üçün 2652 (iki min altı yüz əlli iki) manat ödənilməmiş hissə, 468 (dörd yüz altmış səkkiz) manat cərimə, cəmi 3120 (üç min yüz iyirmi) manat, ümumilikdə 7560 (yeddi min beş yüz altmış) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 7590 (yeddi min beş yüz doxsan) manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbayçan Respublikası Mülki Prosessaul Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İşə əlavə edilmiş 01.09.2019-cu il tarixli № 00882893 saylı müqavilədən görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında 01.09.2019-cu il tarixdə 00882893 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “xxxx” MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 1648 manatdır. Müqavilənin 3.3-cü bəndinə əsasən “Alıcı” bu Müqavilənin 3-cü bəndinin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 23.08.2019-cu il tarixli № 00864094 saylı müqavilədən görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında 23.08.2019-cu il tarixdə 00864094 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “xxxx” MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 2412 manatdır. Müqavilənin 3.3-cü bəndinə əsasən “Alıcı” bu Müqavilənin 3-cü bəndinin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 18.11.2019-cu il tarixli № 01059817 saylı müqavilədən görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında 18.11.2019-cu il tarixdə ********* №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “xxxx” MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 2808 manatdır. Müqavilənin 3.3-cü bəndinə əsasən “Alıcı” bu Müqavilənin 3-cü bəndinin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 20.05.2019-cu il tarixli № 00672303 saylı müqavilədən görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında 20.05.2019-cu il tarixdə 00672303 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “xxxx” MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 1386 manatdır. Müqavilənin 3.3-cü bəndinə əsasən “Alıcı” bu Müqavilənin 3-cü bəndinin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 14.09.2020-ci il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 01.09.2019-cu il, 23.08.2019-cu il, 20.05.2019-cu il və 18.11.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən “xxxx” MMC-dən ümumi dəyəri 8254 manat olan Samsung markalı LED televizor, LG və Samsung markalı paltaryuayn, 2 ədəd Samsung markalı soyuducu, Hoffmann markalı LED televizor almışdır. Cavabdehin cəmiyyətə olan borcu əsas borcu üzrə 6410, dəbbə borcu üzrə 1150 manat, ümumilikdə 7560 manat ödənilməmiş hissə təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 05.08.2020-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 1, mənzil 10-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 01.09.2019-cu il, 23.08.2019cu il, 20.05.2019-cu il və 18.11.2019-cu il tarixlərindəki müqavilələr üzrə icra edilməmiş borc olaraq əsas borc üzrə 6410 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmə Cavabdeh 6410 (altı min dörd yüz on) manat əsas borc, 115 (bir yüz on beş) manat dəbbə borcu, ümumilikdə 6525 (altı min beş yüz iyirmi beş) manat ödənilməmiş hissə və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 6555 (altı min beş yüz əlli beş) manat məbləğində pulun alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6410 (altı min dörd yüz on) manat əsas borc, 115 (bir yüz on beş) manat dəbbə borcu, ümumilikdə 6525 (altı min beş yüz iyirmi beş) manat ödənilməmiş hissə və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 6555 (altı min beş yüz əlli beş) manat məbləğində pulun alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-647/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-647/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver