Məhkəmə qərarları › İş №2(060)-6514/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6514/2022

28.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6514/2022 28.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı Dadaşova (Kamilova) Vüsalə Cavanşir qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Dadaşova (Kamilova) Vüsalə Cavanşir qızının Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Dadaşova (Kamilova) Vüsalə Cavanşir qızı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, X2 Cavabdeh nikahın pozulması və aliment tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(060)-6393/2021 saylı qətnaməsilə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi, Cavabdeh 21 may 2006-cı il təvəllüdlü X7 və 07 iyul 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit məbləğində alimentin tutularaq iddiaçı - X3 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2000-ci ildə nikahdan kənar, xx.xx.2002-ci ildə isə nikaha daxil olaraq ailə qurmuşdur. Onların 30 mart 2002-ci ildə X12, 07 iyul 2010-cu ildə X9 və 21 may 2006- ci ildə X10 adlı üç övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(060)- 6393/2021 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında oan nikah pozulmuş, 07 iyul 2010-cu il təvəllüdlü X9 və 21 may 2006-cı il təvəllüdlü X7 iddiaçının- anasının yanında qalması, cavabdehdən xx.xx.2021-ci il tarixdən başlayaraq 07 iyul 2010-cu il təvəllüdlü X9 və 21 may 2006- ci il təvəllüdlü X7 yetkinlik sşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı- X3 ödənilməsi qərara alınmışdır. Cavabdehin təqsiri üzündən birgə yaşamaqları qeyri- mümkün olmuş, xx.xx.2021- ci il tarixdən faktiki olaraq ayrılmışlar. Cavabdeh işləyib normal qazanc əldə etsə də, uşaqlarının saxlanması üçün kifayət qədər maddi köməklik göstərmir. 260 manat məbləğində aliment pulu ilə (onu da vaxtında versə) məktəbli uşaqların maddi tələbatını ödəmək mümkün deyildir. Məhkəmə iclasında iddiaçı Dadaşova (Kamilova) Vüsalə Cavanşir qızı iddia tələbini müdafiə edərək, bildirdi ki, yetkinlik yaşına çatmayan övladları üçün cavabdeh tərəfindən 260 manat aliment ödənilir. Övladları ilə birlikdə kirayədə qalır, cavabdeh rəsmi 320 manat əmək haqqı alsa da, əlbəəl daha artıq gəliri mövcuddur. Uşaqların saxlanılması üçün 260 manat aliment kifayət deyildir. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədi. Bildirdi ki, 320 manat əmək haqqı alır, buna görə də 260 manatdan artıq aliment ödəyə bilmir. Məhkəmə tərəfindən tutulan alimentin əmək haqqına uyğun məbləğdə tutulmasını xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6393/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı X5 ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2002-cı tarixli, 1010 saylı nikah qeydinin pozulmas, nikah pozulduqdan sonra 07 iyul 2010cu il təvəllüdlü X9 və 21 may 2006-cı il təvəllüdlü X10 anaları X2 yanında qalması, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq 07 iyul 2010-cu il təvəllüdlü X9 və 21 may 2006-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli, №- MŞB/6-5718 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X5 ilkin mediasiya sessiyasında iştirak edərək lkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. - AZ-İ № 804318 və AZ-İİ№ 466571 doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X8 atası Cavabdeh, nası X4r. - nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X5 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 627 № ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli № 2(060)-6393/2021 saylı qətnaməsi ilə iddiaçı X5 ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2002-cı tarixli, 1010 saylı nikah qeydinin pozulmas, nikah pozulduqdan sonra 07 iyul 2010-cu il təvəllüdlü X9 və 21 may 2006-cı il təvəllüdlü X10 anaları X2 yanında qalması, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq 07 iyul 2010-cu il təvəllüdlü X9 və 21 may 2006-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. 07 iyul 2010-cu ildə X9 və 21 may 2006- ci ildə X10 hazırda anasının-iddiaçının himayəsindədir, cavabdeh övladının saxlanılmasında lazımi qaydada iştirak etmir. İddiaçı iddia tələbini müdafiə edir. Cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6393/2021 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda 07 iyul 2010-cu ildə X9 və 21 may 2006- ci ildə X1 üçün kifayət etmir. Belə ki, onların böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6393/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək, 07 iyul 2010-cu ildə X9 və 21 may 2006- ci ildə X7 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçı X3 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat həcmində dövlət rüsumu ödənilməlidir. Belə ki, iş materiallarında olan qətnamədən də göründüyü kimi, cavabdeh aylıq 260 manat sabit pul məbləğində aliment ödəyir. Hazırki halda həmin məbləğ 300 manata artırıldığından bir il ərzində ödəmənin məcmusu artırılan aliment miqdarının bir illik ödəmə məcmusu ilə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 1000 manatadək olduğu üçün (hazırki halda 300-260=40; 40x12=480) qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6393/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 21 may 2006-cı il təvəllüdlü X7 və 07 iyul 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Dadaşova (Kamilova) Vüsalə Cavanşir qızına verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar