Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-653/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «etibarnamə əsasında verilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «etibarnamə əsasında verilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, iddiaçı X3 və Cavabdeh xx xxxx 2018-ci il tarixində nikaha daxil olmuşlar. İddiaçı X3 xx.xx.2019-cu il tarixində Sumqayıt “ASAN” xidmət mərkəzinin notariat ofisində Cavabdeh ** BS *** dövlət qeydiyyat nişanlı, Opel Vectra minik nəqliyyat vasitəsinə dair sərəncam hüququ verən etibarnamə vermişdir. Reyestr nömrəsi 25782 olan, X8 tərəfindən tərtib edilmiş və X4 tərəfindən isə təsdiq edilmiş etibarnamənin etibarlılıq müddəti xx.xx.2020-ci ilədək olmuşdur. Daha sonra, xx.xx.2020-ci il tarixində iddiaçı və cavabdeh arasında münasibətlərdə problem yarandığı üçün iddiaçı “Sənədlərdə imzanın həqiqiliyinin təsdiq edilməsi barədə” notarial hərəkət edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən, yuxarıda göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılması və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Beləliklə, həmin etibarnaməyə iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində Sumqayıt “ASAN” xidmət mərkəzinin notariat ofisində xitam verilmişdir. Bununla yanaşı İddiaçı xx.xx.2020-ci il tarixində Cavabdeh və X2 Sumqayıt şəhər 3 saylı notariat ofisində, ** BS *** dövlət qeydiyyat nişanlı, Opel Vectra minik nəqliyyat vasitəsinə dair sərəncam hüququ verən başqa bir etibarnamə vermişdir. Reyestr nömrəsi 7E-5669 olan, X6 tərəfindən tərtib edilmiş və eyni şəxs tərəfindən təsdiq edilmiş etibarnamənin etibarlılıq müddəti xx.xx.2020-ci ilədək olmuşdur. Bundan sonra, iddiaçı xx.xx.2020-ci il tarixində Sumqayıt “ASAN” xidmət mərkəzinin notariat ofisində “Sənədlərdə imzanın həqiqiliyinin təsdiq edilməsi barədə” notarial hərəkət etmişdir. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixində, Sumqayıt şəhər 3 saylı notariat ofisində, X2 verdiyi 7E-5669 nömrəli etibarnamənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən, qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılması və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsi barədə müraciət etmiş və qeyd olunan etibarnaməni ləğv etmişdir. xx xxxxxxxx 2020-ci il tarixində Sumqayıt şəhər “ASAN” xidmət mərkəzinin notariat ofisinə İddiaçı tərəfindən aparılmış notariat hərəkətləri barədə “Elektron notariat” X1 çıxarışların verilməsi barədə sorğu göndərilmişdir. Sumqayıt şəhər “ASAN” xidmət mərkəzinin notariat ofisi tərəfindən xx xxxxxxxx 2020ci il tarixində həmin çıxarışların təsdiq edilmiş surətləri iddiaçıya göndərilmişdir. Bu çıxarışlara əsasən iddiaçı tərəfindən verilmiş və daha sonra xitam verilmiş etibarnamələri müəyyən etmək mümkündür. Lakin etibarnamələrə notariat ofislərində xitam verilməsinə baxmayaraq, etibarnamələrin xitamı prosesi tam baş tutmamışdır. Belə ki, cavabdeh, Cavabdeh etibarnamələrin xitam verilməsi müddətindən sonra həmin etibarnamələr əsasında, etibarnamədə göstərilmiş nəqliyyat vasitəsi üzrə alqısatqı müqaviləsi bağlamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil onlardan kimin adına olmasına baxmayaraq, birgə nikah dövründə əldə edilmişdir. O, iddiaçının verdiyi etibarnamə əsasında həmin avtomobili öz adına keçirmişdir. Bundan başqa o, həmin avtomobilin qanuna müvafiq qaydada bölünməsinə də etiraz etmir. Həmiçinin o, avtomobilin dəyərinin yarını iddiaçıya ödəməyə belə hazırdır. Hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan “Elektron Notariat” X1 görünür ki, xx.xx.2019-cu il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisində İddiaçı tərəfindən Cavabdeh “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etmək üçün 1 il müddətinə etibarnamə verilmişdir. İş materiallarında olan “Elektron Notariat” X1 görünür ki, xx.xx.2019-cu il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisində İddiaçı tərəfindən Cavabdeh “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı verilmiş etibarnaməyə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ƏN-Vİİ 257735 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən “Opel Vectra” markalı, **-BS- *** dövlət qeydiyyat nişanlı avtomobillə dair X2 mülki etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili 7000 manata Cavabdeh satmışdır. İşin araşdırılan halları, iş materialları və tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan aydın olur ki, xx.xx.2019-cu il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisində İddiaçı tərəfindən Cavabdeh “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı verilmiş etibarnaməyə xx.xx.2020-ci il tarixdə xitam verilmiş, həmin etibarnamənin qanuni qüvvəsi olmadığı halda “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı alqı-satqı hərəkətləri edilmiş, cavabdeh həmin etibarnamə əsasında avtomobili faktiki olaraq öz adına keçirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Beləliklə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-653/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-653/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver