Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6561/2021 15.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun uşaqlıq dostudur və 2020-ci ilin yanvar ayında onunla iş birliyi yaratmaq qərarına gəlmişdir. 2020-ci ilin mart ayında ümumi iş birliyini reallaşdırmaq üçün cavabdeh ondan 42000 manat pul almışdır. Həmin pulu o, bankdan kredit götürərək cavabdehə vermişdir. Sahibkarlıq fəaliyyətinin məqsədi qazanc əldə etmək olmuşdur. Lakin sonradan cavabdeh ona ölkədə baş vermiş pandemiyanı əsas gətirərək onun verdiyi 42000 manat pulu mənimsəmişdir. Cavabdeh onun etibarından sui-istifadə edərək, onu aldatmış və pulunu mənimsəmişdir. Dəfələrlə cavabdehdən pulu qaytarmasını tələb etsə də hər dəfə bir bəhanə gətirərək onun pulunu qaytarmamışdır. Sonradan o, cavabdehdən verdiyi pula görə onunla borc müqaviləsi bağlamışdır. Müqavilənin 2-ci bəndinə görə cavabdeh borcunu 04.11.2020-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilədə göstərilən vaxt tamam olsa da cavabdeh aldığı borcu qaytarmamışdır. Hər dəfə borcunu qaytarması üçün ona müraciət etdikdə cavabdeh müxtəlif bəhanələr gətirərək, borcu ödəməkdən yayınmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 42000 (qırx iki min) manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin, onun tərəfindən ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunu da cavabdehə aid edilməsini, Cavabdeh hərəkətlərində cinayətin əlamətləri olduğundan onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin xüsusi qərardad çıxarılması hissəsində azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 42000 (qırx iki min) manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin, onun tərəfindən ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunu da cavabdehə aid edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan, notarial qaydada bağlanmış 04.08.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 04.11.2020-ci il tarixinədək 42000 (qırx iki min) manat məbləğində pulu borc vermişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2(060)- 2382/2021 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(060)- 2382/2021 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin verdiyi izahat əsasında müəyyən edildi ki, həqiqətən də İddiaçı Cavabdeh 2020-ci ilin avqust ayında 42000 manat borc pul vermiş, lakin cavabdeh bu vaxta kimi həmin borcu geri qaytarmamışdır. Məhkəmə araşdırması zamanı iddia tələbinin dəlillərini sübutlarla öz təsdiqini tapmışdır. Bundan əlavə, məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, tərəflər arasında öhdəlik münasibətləri olmuşdur. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 42000 (qırx iki min) manat pul vəsaiti və 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 42000 (qırx iki min) manat pul vəsaiti və 31 (otuz bir) manat dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6561/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6561/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver