Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6562/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-191/2018 saylı qətnaməsi ilə təyin edilmiş 155 manat sabit aliment məbləğinin artırılaraq birgə nikahdan dünyaya gəlmiş 06.10.2016-cı il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında qeydə alınmış rəsmi nikahları Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-191/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Buna dair ona 12.10.2018-ci il tarixli, 391 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Həmin qətnaməyə əsasən cavabdehlə birgə nikahlarından dünayaya gəlmiş 06.10.2016-cı il təvəllüdlü X11 onun himayəsinə verilmiş və onun yetkinlik yaşına çatanadək saxlanması üçün 155 manat sabit pul məbləğində alimentin və 3 yaşı tamam olanadək hər ay 50 manat məbləğində pulun tutulması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1503/2018 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi 50 manat əlavə xərclərin tutulması hissəsində ləğv edilmişdir. Qeyd edir ki, 2018-ci ildən alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Hər il övladının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş minimum məbləğində artım olur. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği övladının tələbatlarını ödəmir. Gündəlik məişət xərclərinin, həkim xərclərinin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Cavabdehin isə maddi durumu olduqca yaxşıdır. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, heç bir yerdə işləmir, ona görə də uşağın maddi və mənəvi tələbatlarını ödəməkdə çətinlik çəkir. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə birgə nikahlarından olan övladı Aqşinin saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-191/2018 saylı qətnaməsi ilə 155 manat məbləğində aliment müəyyən edilmişdir. Həmin alimentin ödənilməsində heç bir problem yoxdur. Lakin hazırda Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-191/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsinə, yəni artırılmasına etiraz edir. Belə ki, iddiaçı ilə aralarında olan nikah rəsmi qaydada pozulduqdan sonra yenidən 16.11.2018-ci ildə Cabarova(Ağaməmmədova) Qumral Məbud qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan 25.09.2019-cu il təvəllüdlü X12 adlı bir övladı var. X4 ilə aralarında olan birinci rəsmi nikahından 12.05.2006-cı il təvəllüdlü X13 adlı bir övladı da vardır. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-198/2012 saylı, 16.04.20212-ci il tarixli qətnaməsi ilə X2 üçün 87 manat manat məbləğində aliment müəyyən edilmişdir. Onun hazırda maddi vəziyyəti o qədər də yaxşı deyil. Ailəsini saxlamaqda çətinlik çəkir. Tələb olunan məbləğdə aliment ödəməyə onun maddi gücü çatmır. Ona görə cavabdeh göstərdiklərinin nəzərə alınmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İV-035153 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X11 06.10.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İ 302813 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Cavabdeh ilə X8 arasında olan nikah ləğv edilmiş və bu barədə 2018-ci ilin 10-cu ayının 12-ci günündə 391 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-191/2018 saylı, 16.01.2018-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə İddiaçı arasında 05.05.2005-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində bağlanmış 287 nömrəli akt qeydli nikahın pozulması, Cavabdeh İddiaçı xeyrinə 06.10.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 21.08.2017-ci il tarixdən başlayaraq hər ay 155 manat və 06.10.2016-cı il təvəllüdlü X5 3 yaşı tamam olanadək 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(105)-1503/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 191/2018 saylı, 16.01.2018-ci il tarixli qətnaməsi qismən-06.10.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 21.08.2017-ci il tarixdən başlayaraq hər ay 3 yaşı tamam olanadək 50 manat məbləğində əlavə xərclərin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddia ərizəsinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh ilə İddiaçı arasında 05.05.2005-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində bağlanmış 287 nömrəli akt qeydli nikahın pozulması, Cavabdeh İddiaçı xeyrinə 06.10.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 21.08.2017-ci il tarixdən başlayaraq hər ay 155 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan AZ-İİ 301658 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X15 ilə 16.11.2018-ci il tarixdə Sumqayıt Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 3138 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Ağaməmmədova soyadı verilmişdir. Tərəflərin birgə nikahından 25.09.2019-cu il təvəllüdlü X12 anadan olmuşdur (iş materiallarında olan AZ-İV 350862 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən). İş materiallarında olan AZ-İ 765845 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X13 12.05.2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında isə X6 qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-198/2012 saylı, 16.04.20212-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə Ağamirzəyeva (Ağaməmmədova) Mehtab Mürsəl qızı arasında 10.07.2005-ci il tarixdə Sumqayıt şəhər Nikah evində bağlanmış və 746 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, Cavabdeh ilə Ağamirzəyeva (Ağaməmmədova) Mehtab Mürsəl qızının nikahından 12.05.2006-cı ildə anadan olmuş X9 anası Ağamirzəyeva (Ağaməmmədova) Mehtab Mürsəl qızının yanında qalması, 12.05.2006-cı ildə anadan olmuş X9 hər həftənin şənbə günü saat 09.00-dan bazar günü saat 18.00-dək atası Cavabdeh ilə görüş şəriatinin yaradılması, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh 09.01.2012-ci il tarixdən başlayaraq hər ay 87 manat tutulub nikahından 12.05.2006-cı ildə anadan olmuş X3 üçün Ağamirzəyeva (Ağaməmmədova) Mehtab Mürsəl qızına verilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda həmin Qərarın 8.13-cü bəndinə görə alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünü, iddiaçının əmək qabiliyyətli şəxs olduğunu, cavabdehin əmək haqqının yüksək olması, əlavə gəliri və qazancı barədə iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, alimentin məbləğinin artırılmasına dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən cavabdehin yenidən ailə qurduğunu və himayəsində daha iki övladının olmasını da nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6562/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6562/2021
20.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver