Məhkəmə qərarları › İş №2(060)-657/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-657/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-657/2021 03.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi , Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin Cavabdeh qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Bank olmayan Kredit Təşkilatı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «29» Aprel 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 400.55 (dörd yüz 55 sent) ABŞ dolları, «29» Aprel 2016-cı il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 ABŞ dolları, cərimə üzrə 0.00 ABŞ dolları olmaqla ümumilikdə 400.55 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin xeyrinə tutulması, tutmanın «29» Aprel 2015-ci il tarixli, girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 40 ABŞ dolları dəyərində olan çəkisi 3 qr olan 1 ədəd üzük, 260 ABŞ dolları dəyərində olan çəkisi 18,4 qram olan 1 dəst boyunbağı, qolbağ, sünbül və 90 ABŞ dolları dəyərində olan çəkisi 6,6 qram olan 1 ədəd boyunbağı qızıl-zinyət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılması, satışdan əldə olunan vəsaitin Bank olmayan Kredit Təşkilatı «xxxx» MMCnin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borca ödənilməsi kifayyət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank olmayan Kredit Təşkilatı «xxxx» MMC məhkəməyə ərizə göndərərək bildirmişdir ki, tələb olunan məbləğ borclunun vərəsəsi tərəfindən tam olaraq banka ödənilmiş və cavabdehin heç bir borcu qalmamışdır. Bununla əlaqədar olaraq verilmiş iddia üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiadan imtina edilməsi barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina edilməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməli, iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı öz iddia tələbindən imtina edilməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ərizə tərtib edərək məhkəməyə təqdim etmişdir, iddiaçının öz iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi” tələbindən imtinası qəbul edildiyi üçün iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R V E R D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi” tələbinə dair 2(060)-657/2021 nömrəli mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar