Məhkəmə qərarları › İş №2(060)-6578/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6578/2023

27.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6578/2023 27.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olmuş 29 aprel 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə Rayon Məhkəməsinin 2(021)- 1478/2023 saylı mülki iş üzrə 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək, cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 06 avqust 2007-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 29 aprel 2008-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-1478/2023 saylı mülki iş üzrə 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması, birgə nikahlarından anadan olmuş 29 aprel 2008-ci il təvəllüdlü X3 onun yanında qalması və uşaq yetkinlik yaşına çatanadək Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hesab edir ki, hazırda 15 yaşlı övladının saxlanması üçün aylıq 160 manat aliment kifayət etmir. Bildirmək istəyir ki, bazar qiymətlərinin qalxması, eləcə də uşağının böyüməsinin onların xərclərinə əsaslı təsir göstərdiyindən hazırda 160 manat məbləğində aliment kifayət etmir. Alimentin miqdarı bu günki iqtisadi münasibətlərə uyğun gəlmir. Belə ki, uşağın qida, geyim, müalicə, istirahət və s. Qeyd edir ki, övladının əsas xərcləri məhz təhsili ilə bağlıdır. Belə ki, uşağın qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsi nəzərdə tutulan müddəa «uşağı saxlamaq» anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən icra edilməlidir. Valideynlərin uşağı saxlamaq vəzifəsi nə uşağın buna ehtiyacının, nə də valideynlərin imkanm olub-olmamasından asılı deyildir. Qeyd olunanlara əsasən hesab edir ki, birgə nikahılarından anadan olmuş 29 aprel 2008-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, 2023-cü il üçün yaşayış minimumu müəyyən edən qanunvericiliyin tələblərinə əsasən, uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Hazırda mülki işin baxılması məhkəmənin icraatındadır və məhkəmə iclası xx.xx.2023-cü il saat 12.15-ə təyin edilmişdir. İddiaçının iddia tələbi ilə razı deyil, gəldiyi qənaəti aşağıdakılarla əsaslandırır. Belə ki, Bərdə rayon Məhkəməsinin 2 (021)-1478/2023 saylı mülki iş üzrə 18 iyul 2023-cü il tarixli qətnamə ilə nikahın pozulması, birgə nikahdan anadan olmuş 29 aprel 2008-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması və Cavabdeh uşağın saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qət olunmuşdur. Qeyd edir ki, İddiaçı onun doğma bacısının qızıdır. Gəlin gəldiyi ilk günlərdən o, iddiaçıya ana kimi baxmış, lakin doğma bacısının qızı ona hörmət qoymaq əvəzinə, daim onunla kobud rəftar etmiş, sözlərini eşitməmiş, tənbehinə məhəl qoymamışdır. Bu səbəbdən oğlu Cavabdeh məcbur olub Bərdə rayon Məhkəməsinə müraciət edərək ondan boşanmışdır. Hətta onlar bankdan kredit götürmüşdülər ki, evdə olan oğlu Ruslana ev alsınlar ki, rahat yaşasınlar. İnanıb və güvəndikləri Əfsanə ödənişə verdikləri kreditləri bir başqasına xərcləyib. Bir də o zaman bildilər ki, banklar onlara deyir ki, pulu ödəmirsiz. Bunu eşidən Əfsanə evdən qaçmış, 3 gün kiminsə də yanında qalmıdır. X9 də oxuduğu orta məktəbdən götürərək rayona qaçırmışdır. Hazırda 1 il tamam olmamış o yenidən cavabdehi məhkəməyə verərək alimentin alınmasını tələb edir. Aldığı maaş 600 manat civarındadır. Onun da 350 manatını banka ödəyir. Əslində həmin pulu birgə nikah dövründə götürüblər. O, bu pulu ondan tələb etməsə də, iddiaçı ondan hər gün pul tələb edir. Bütün yuxarıda göstərdiklərini nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, maddi vəziyyəti yaxşı deyil, kirayədə qalır, uşağı təhsil alır. Övladının maddi tələbatlarını təkbaşına ödəməkdə çətinlik çəkir. Bərdə rayon məhkəməsi tərəfindən müəyyən edilən alimentlə razı deyil. Lakin üzrlü səbəblərdən həmin məhkəmədə iştirak edə bilməmişdir. Qətnaməni sonradan əldə etmişdir. Hesab edir ki, məhkəmə tərəfindən müəyyən edilən aliment çox azdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh onun oğludur. Cavabdeh 366 manat əmək haqqı alır. Tələb olunan alimenti ödəmək cavabdehin imkanı daxilində deyil. İddiaçının qeyd etdiyi məbləğdə aliment ödəyəcəyi halda cavabdehə maaşından heç nə qalmır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(021)- 1478/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 06 avqust 2007-ci il tarixdə Sumqayıt şəhər Nikah evində 1174 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 29 aprel 2008-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş 29 aprel 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlamlması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının 06 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan elektron məhkəmə informasiya sistemindən çıxarılmış gəlir məlumatlarına əsasən, Cavabdeh 412 nömrəli hərbi Hissədə Aviasiya cihazlarının təmiri üzrə çilingərmexanik işləyir və 389 manat əmək haqqı alır. İşdə AZ-İİ 100443 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 29 aprel 2008-ci il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmayan bir övladı anadan olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, hal-hazırda Cavabdeh tutulan alimentin miqdarının artırılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyil. Belə ki, İddiaçı alimentin müəyyən edilməsi barədə Bərdə Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(021)-1478/2023 saylı qətnaməsini mübahisələndirməmiş, həmin qətnamə qanuni qüvvəsini aldıqdan təxminən 2 ay sonra alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin qətnamənin qəbul edilməsindən keçən müddət ərzində Cavabdeh maddi vəziyyətində hər hansı dəyişiklik olması, yəni onun maddi vəziyyətinin yaxşılaşması, əlavə qazanc mənbəyi əldə etməsi, yüksək əmək haqqı olan başqa işə başlaması və s. barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar