Məhkəmə qərarları › İş №2(060)-6601/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6601/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6601/2021 01.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «borc məbləğinin müəyyən edilməsi tələbi» barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, «Nikoyl» İKB ilə X2 arasında istehlak məqsədi ilə istifadə etmək üçün kredit verilməsinə dair 22 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit məbləğinin 6000 manat hissəsinin ona çatması və 500 manat ödəniş etməyi nəzərə alınmaqla 5.500 manat məbləğində cavabdehlərə borcunun qalmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 01.09.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin tarixdə iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini məhkəməyə bildirməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «borc məbləğinin müəyyən edilməsi tələbi» barədə mülki iş baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun İddiaçı qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar