Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-661/2025 18.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat əsas borcun, 5000 manat mənəvi ziyanın, cəmi 6000 manat vəsaitin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh uşaqlıqdan tanımış, yaxşı münasibətləri olmuşdur. 2022-ci ilin ortalarında Cavabdehlə Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanında görüşmüş və işsiz olduğumu ona bildirmişdir. Cavabdehin Sumqayıt şəhəri, Kristal Abşeron yaşayış massivində yaxın qohumu icra direktor vəzifəsində işlədiyini və ona mühafizəçi işinə qəbul etdirəcəyini təklif etmişdir. Cavabdeh ona işə qəbul üçün 2000 manat pul verməli olduğunu demişdir. İddiaçı işsiz olduğu üçün Cavabdeh ilə razılaşmışdır. Təxminən 2022-ci ilin iyun ayının ortalarında görüşmüşlər və cavabdehə onu işə düzəltməsi üçün 2000 manat pul vermişdir. Lakin cavabdeh iddiaçının etibarından sui-istifadə etmiş, 2000 manat pulunu dələduzluq yolu ilə mənimsəmişdir. Sonradan cavabdehin onu aldatdığını başa düşmüş və verdiyi pulu Cavabdeh geri tələb etmişdir. Lakin o, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, Sumqayıt şəhər Polis İdarəsinin İstintaq İdarəsində NK-1/218 saylı material üzrə xx.xx.2024-cü ildə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. NK-1/218 saylı material üzrə araşdırma zamanı Cavabdeh izahat verərək guya ondan 2000 manat borca pul aldığını təsdiq etmişdir. Cavabdeh pulu qaytarmamasını maddi vəziyyətinin ağır olması ilə əlaqələndirmişdir. NK-1/218 saylı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla maddi ziyanın ödənilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmçinin qeyd edim ki, cavabdehin aldığı pulun 1000 manatını bacısının həyat yoldaşı Şükürət adlı şəxs ona qaytarmışdır. Hal-hazırda cavabdehin ona 1000 manat borcu qalmışdır. Həmçinin cavabdehin günahı üzündən 2 ildən artıq bir müddətdə işsiz qalmış, nəticədə mənə 5000 manat mənəvi ziyan dəymişdir. İddiaçı hesab edir ki, Cavabdeh 1000 manat əsas borcun və 5000 manat mənəvi ziyanın, cəmi 6000 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında NK-1/218 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı əməli törədən şəxs - Cavabdeh izahatında törətdiyi əməli səmimi etiraf etmiş, 2022-ci ilin iyun ayının ortalarında maddi imkanı yaxşı olmadığından İddiaçı Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanında 2000 manat borc pul almışdır. Beləliklə, İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə müraciəti əsasında toplanmış materialla ona Cavabdeh tərəfindən 2000 manat maddi ziyan vurulması öz təsdiqini tapmışdır. Toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 2022-ci ilin ortalarında Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanında İddiaçı 2000 manat məbləğində pul vermişdir. Daha sonra cavabdeh 2000 manat borcun 1000 manatı qaytarılmış, 1000 manat məbləğində borc qalmışdır. Odur ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə 5000 manat vəsaitin Cavabdeh alınaraq İddiaçı ödənilməsinə dair hissəsinə münasibətdə bildirir ki, iddiaçı tərəfindən mənəvi ziyanın dəyməsi ilə bağlı sübutlar iş materiallarına əlavə edilməmiş və məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. Ona görə də iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1000 manat alınaraq İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd edilən normadan görünür ki, iddiaçılar rüsumdan azad olunurlar, belə olan halda Dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1000 manat borc tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilməli olan 30 manat Dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-661/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-661/2025
18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver