Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6622/2022 28.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə 28 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 240.00 (iki yüz qırx) manat məbləğində maddi zərərin, 50.00 (əlli) manat məbləğində hüquqi xidmətə görə və 30.00 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 320.00 (üç yüz iyirmi) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 13 iyun 2022-ci il tarixdə gündüz saat 13.25 radələrində idarə etdiyi özünə məxsus "Opel Astra" minik markalı, **-OY-*** dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə hərəkət edən zaman Koroğlu - Sülh küçələrinin kəsişməsində "Mersedes Benz" markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobil onun idarə etdiyi avtomobili sol tərəfdən vurub əzmiş və hadisə yerindən yayınmışdır. Faktla bağlı Sumqayıt ŞPİ-nin DYPŞ-də araşdırma aparılmış və "Mersedes Benz" markalı avtomobilin sürücüsü - Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi avtomaşın əzilməklə ona 240.00 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi ziyanı könüllü surətdə ödəməkdən boyun qaçırır, ona görə də qanunla qorunan hüquq və maraqlarının müdafiəsi və ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, dəymiş maddi zərərin əvəzinin ödənilməsi üçün Cavabdeh onun xeyrinə 240.00 (iki yüz qırx) manat, hüquqi xidmətə görə 50.00 manat və 30.00 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qət edilməlidir. Qeyd edilənlərə əsasən iddiaç iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, cavabdeh özünə məxsus "Mersedes Benz" markalı avtomobili idarə edərkən yol hərəkəti qaydasını pozmuş, belə ki, o, işıqforun qırmızı işığı yanarkən yüksək sürətlə hərəkət etmiş və nəticədə qeyd edilən yol nəqliyyat hadisəsi baş vermişdir. Qeyd edir ki, hadisə Sülh küçəsi ilə Koroğlu küçələrinin kəsidiyi yerdə baş vermişdir. Hadisə baş verdikdən sonra cavabdeh hadisə yerindən yayınmışdır. O, həmin DİN-nin 102 xidmətinə də zəng vurmuşdur. Cavandeh polis əməkdaşları tərəfindən saxlanılmış və hadisənin onun tərəfindən törədildiyi sübut ediləcəyi halda dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Onu da bildirir ki, o, öz maşınını bu günə kimi təmir etdirməmişdir. İddiaçı qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS799828488AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin İddiaçı ünvanladığı 15 iyul 2022-ci il tarixli 19-2848 H nömrəli məktubundan görünür ki, ona məxsus Opel Astra markalı **-OY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vurub hadisə yerindən yayınmış, Mercedes yük markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, Cavabdeh Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunduğu və ona dəymiş maddi ziyanın vətəndaş Cavabdeh tərəfindən könüllü ödənilmədikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.2-ci maddəsinə əsasən, məsələnin həlli üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməyinin məqsədəmüvafiq olduğu bildirilmişdir. İşdə olan Mərcan Firması tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, "Opel Astra" minik markalı, **-OY-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 240 manatdır. İş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli elektron qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrinə əsasən təqsirli bilinərək 100 manat məbləində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 13 iyun 2022-ci il tarixdə saat 13.25 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Mersedes Benz" yük markalı, 50-BP- 311 dövlət nömrə nişanlı avtomobil İddiaçı məxsus "Opel Astra" minik markalı, **-OY-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və "Opel Astra" minik markalı, **-OY-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, şəxs törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi və baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olması inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 2206.2022-ci il tarixli elektron qərar, Sumqayıt şəhər Polis İdarəsinin İddiaçı ünvanladığı 15 iyul 2022-ci il tarixli 19-2848 H nömrəli məktubu və digər iş materialları ilə təsdiq edilir. Göstərilələrə əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğundan həmin hadisə nəticəsində "Opel Astra" minik markalı, **-OY-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan Cavabdeh tərəfindən avtomaşının sahibi İddiaçı ödənilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş 240 manat məbləğində vəsait (iş materialına əlavə edilmiş Mərcan Firması tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilən xərclərə görə cavabdehdən 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Belə ki, iş materillarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 569767 nömrəli xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən həmin MMC-yə hüquqi xidmətə görə 50 manat pul ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 240 (iki yüz qırx) manat məbləğində maddi zərər, 50 (əlli) manat məbləğində hüquqi xidmətə görə xərc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6622/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6622/2022
28.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver