Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-666/2021 15.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh və nümayəndəsi Rəcəbov Kamil Məhəmməd oğlunun iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmeti olan avtomobilə yönəldilməsinə dair” iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmeti olan avtomobilə yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2012-cu il tarixli, 4635 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 13725,51 manat əsas borc, 2181,20 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 612.33 manat faiz borcu (5%) olmaqla, cəmi 16519.04 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı tutulması, Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı olan məbləğin ilk növbədə, xx.xx.2012-cu il tarixli, 3387 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus “TOYOTA PRADO” markalı, ** DC *** qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili-2012, tip-universal, Ban-JTEBX3FJ90K105240, Mühərrik- 8437719, rəng-Ağ mirvari) yönəldilməsi və avtomobilin açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Sabunçu” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-cu il tarixli, 4635 nömrəli kredit müqaviləsinə əsasən Bank Cavabdeh minik avtomobilinin alınması üçün 60 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə hesablanmaqla, 30.300 manat məbləğində kredit vermişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus “TOYOTA PRADO” markalı, ** DC *** qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili-2012, tip-universal, Ban- JTEBX3FJ90K105240, Mühərrik-8437719, rəng-Ağ mirvari) ipoteka ilə yüklü edilmiş və cavabdehlə xx.xx.2012-cu il tarixli, 3387 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir, ipoteka müqaviləsinə əsasən isə ipoteka qoyan kredit müqaviləsi və bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə tələblərinin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu tələb olunan qaydada ödəməmişdir. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə edilən müraciətlər heç bir nəticə verməmiş və filial tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixə Cavabdeh Banka 13725.51 əsas borc, 2181.20 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 612.33 manat faiz borcu (5%) olmaqla, cəmi 16519.04 manat təşkil edir. Beləliklə, Cavabdeh borc öhdəliyini müqavilə ilə müəyyən edilmiş qaydada icra etmir, buna görə də öhdəliyin icrası vaxtından əvvəl tələb edilərək, təminat kimi ipotekaya qoyulmuş avtomobil açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir. Bankla aralarında müqavilə bağlanmış, borc götürmüş, ilk əvvəl vaxtında öhdəliyini yerinə yetmişdir, lakin sonra əmlak vəziyyətinin pisləşməsi nəticəsində ödənişləri ödəyə bilməmişdir. Hesab edir ki, mübahisələndirilən kredit müqaviləsi üzrə borc Azərbaycan Respublikası Prezidentinin məlum fərmanının təsiri altına düşür. Odur ki, kredit müqaviləsi restrukturizasiya olunmalı və ona yeni ödəniş cədvəli tərtib olunmalıdır. Bu halda o, kredit borcunu ödəməkdən imtina etmir. Cavabdehin nümayəndəsi cavabdehin göstərdiklərini müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: «xxxx» ASC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxxx 2012-ci il tarixli, 4635 saylı Kredit müqaviləsinə əsasən kreditverən kreditalana nəqliyyat vasitəsinin alınması məqsədi ilə 60 ay müddətinə, illik 17 faiz ödəmək şərti ilə 30.300 manat məbləğində kredit verməyi, kreditalan həmin krediti qəbul edib təyinatı üzrə istifadə etməyi, ödəniş qrafiki üzrə kredit və hesablanmaş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh kredit öhdəliyi üzrə 13725.51 manat əsas borcu, 2181.20 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 612.33 manat faiz borcu (5%) olmaqla, cəmi borc 16.519.04 manat təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, «xxxx» ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, borcluya qarşı tələb hüququ iddiaçıya ötürülmüş, cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Məhkəmə həmçinin Mülki Məcəllənin 445-ci maddəsinə əsasən hesab edir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Odur ki, tərəflər arasında kredit müqaviləsinin bitdiyi xx.xx.2017-ci il tarixdən sonrakı dövr nəzər alınmaqla ödənilməmiş əsas borc məbləğinə illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 612,33 manat ödənilməlidir. «xxxx» ASC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxxx 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən, xx xxxxxxx 2012-ci il tarixli, 4635 saylı Kredit müqaviləsi üzrə Cavabdeh kredit öhdəliyinin təminatı olaraq “TOYOTA PRADO” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili-2012, tip-universal, Ban- JTEBX3FJ90K105240, Mühərrik-8437719, rəng-Ağ mirvari) avtomobil ipoteka ilə yüklü edilmişdir. AB N seriyalı 924996 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “TOYOTA PRADO” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə (buraxılış ili-2012, tip-universal, Ban-JTEBX3FJ90K105240, Mühərrik- 8437719, rəng-Ağ mirvari) nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. AA seriyalı, 059714 nömrəli daşınar əmlakın rəsmi reyestrindən çıxarışdan görünür ki, “TOYOTA PRADO” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat və İmtahan Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixində qeydə alınmışdır. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. İş materiallarında olan ərizədən görünür ki, ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında bildiriş DİN BDYPİ Qeydiyyat İmtahan Şöbəsi tərəfindən qeydə alınmışdır. Məhkəmə Mülki Məcəlləsinin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2-ci maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13725,51 manat əsas borc, 2181,20 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 612,33 manat faiz borcu, cəmi 16519,04 manat kredit borcu tutulmalı, tələb cavabdehə məxsus “TOYOTA PRADO” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməlidir. İddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehə qaytarılmalıdır. İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi təmin edildiyindən 30,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13.725,51 manat əsas borc, 2.181,20 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 612,33 manat faiz borcu, cəmi 16.519,04 (on altı min beş yüz on doqquz manat, dörd qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat tutulsun. Tələb Cavabdeh məxsus “TOYOTA PRADO” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı minik avtomobilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilsin. İddiaçı ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh alınaraq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-666/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-666/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver